Huseyn eşqin şəhididi, haqqın şəhidi
Susuzluqdan içi yanmayan nə bilər Huseyn olmağı,
Susuzluqdan parçalanan dodaqları Kərbəladan soruş.
Bir eşqin əlinə düşüb yanmağı, aşiq olmayan nə bilər,
Eşqin atəşində yanmağı qırıq qanadlı Abbasdan soruş.
Eşqi üçün qiyam etməyən, nə bilər o mübarək qəzayı,
Zalimə qarşı qiyamı, ay kimi parlayan çöhrədən soruş.
Gülün çevrəsinə saran tikanlar kimi, yara gedən bütün yollar kəsildi,
Batdı tikanlar bədəninə, yenədə yetişdi sevdiyinə.
Eşqə yetişmək üçün yol axtarırsansa, Kərbəlada batan o günəşdən soruş.
Əsirlərdir yanan atəşdən soruş, zəncirlərə vurulan əllərdən soruş,
Eşqə yetişməyi kəsik başdakı mızraqlardan soruş, başından hicabı çəkilən Zeynəbdən soruş.
Eşqi soruşandan Kərbəlanı soruş, bağla gözlərini indi, sakitcə dinlə ürəyini,
Qəlbindən soruş, kimdir bu Huseyn? Huseyn eşqin şəhididir, haqqın şəhidi.
Huseyn eşqin şəhididi, haqqın şəhidi.