Görmüşəm şəfaətin, yenə pənah gətirmişəm.
Söyləyirlər Sənə qərib, qəriblərin Ağasısan,
Sən şəhadət kəlməsi, bu kəlmənin ziyasısan.
Sən imamət kövsəri, hidəyət Rizasısan,
Üz tutub imanıma, dinə pənah gətirmişəm,
Görmüşəm şəfaətin, yenə pənah gətirmişəm.
Şükürlillah mən Səni, gəlib ziyarət etmişəm,
Haqq əməl edib ehsan, zikri ibadət etmişəm.
Bir daha istiğfarı deyib şəhadət etmişəm,
Yetirib hidayət- haqq mənə, pənah gətirmişəm,
Görmüşəm şəfaətin,yenə pənah gətirmişəm.
Çox məriz olub sağlam, Hərəminə çatan kimi,
Çox zəlil tapıb şəfa, bayılıban yatan kimi.
Şil-şikəst addım atıb, sağlam adam atan kimi,
Var imanım, axirət günə pənah gətirmişəm,
Görmüşəm şəfaətin, yenə pənah gətirmişəm.
Ya qərib İmam Rza, Peyğəmbərin nəvəsisən,
Bir İlahi Məsumi-İmami-qəlb nəğməsisən.
Biçarə bu Rafiqin dilinin pak kəlməsisən,
İlahi müqəddəs, hüsnünə pənah gətirmişəm,
Görmüşəm şəfaətin, yenə pənah gətirmişəm.