Ya Hüseyn...
Verrik anan Fatimiyə biz qəsəm (2), Qıl nəzər aşiqlərivə ya Hüseyn
Qoyma qalaq qəbrivə həsrət bu il (2), İstə bizi məhzərivə ya Hüseyn
Yada düşər çün o
zərihi təla[1], Ney kimi dildən edərik biz nəva
Bərməla eylərik həqqidən dua, Etsin o qəbri bizə qismət Xuda
Əxz eliyək xaki dərindən[2] şəfa
Türbəti pakın eliyək tutiya,
Cari edək şövqilə sübhü-məsa[3]
Dərcdi bəsərdən köhəri por bəha, Ol hərəmi əthərivə ya Hüseyn
Yada düşər bülbülü-xunin pərin, Mərhəmi zəxmi dili qəm pərvərin
Sinəvün üstündə yatan Əsğərin,
Mərhəmi zəxmi dili qəmpərvərin
Ziri qədəmində mələk mənzərin,
Mahi liqa zöhrə cəbin Əkbərin
Sübhü həyatindəki əşk əxtərin, Gül kimi səd parə o gül peykərin
İstə hüzurində bu aşiqlərin, Tutsun əza Əkbərivə ya Hüseyn