Heydər oğlu
Ey Kufiyan siz çıxmayın sözümdən,
Su olmasa məyusəm öz-özümdən,
İnsaf edin məşkimə ox vurmayın,
ləşkər, vurun bu oxları gözümdən.
Ləşkər, mənəm saqiyi-kövsər oğlu,
Dava günündə şiri-davər oğlu,
Susuzlara müjdə verir Səkinə,
Nəhri alıb bu gündə Heydər oğlu,
Oxlar gələndə at belində yatdım,
Düşmənlərin dərdü-qəmin çoxaltdım,
Qanla liva sağü-sola axanda,
Din pərçəmi xəm oldu, mən ucaltdım.
Qan-qan deyən oxlar gəzir havada,
Məşk axtarır səhrayi Kərbəlada,
Agah olun su məşkimi oxlasaz,
Tufan qopar bu vadiyi-bəlada.
Mən vədə vermişəm ay-ulduzlara,
Təşnə qalan xeymədəki qızlara,
Su məşkim oxlansa yerə su axar,
Var nə cavabım o oğulsuzlara.
Getsə su məşkim xeyməyə salamat
Qopmaz bu çöldə şürüş-qiyamət,
Üç gün olur Əsğər yanır susuzdan,
Peyğəmbər ilə etməyin ədavət.