İmam Hüseyn (ə)-ın dililə
Əbbasımı düşmən yıxıb meydana, Zeynəb,
Məşk oxlanıb pərçəm batıb əmana, Zeynəb.
Qardaşımı yıxdı yerə qövmi-şəqavət,
Day əl açarlar sizlərə əhli-ədavət,
Amadə ol, oldu sənə axır-qiyamət,
Ey qəm çəkən, səbr et, gələn hicranə Zeynəb.
Aləm yanar Əbbasımın hər bir qəmindən,
Əhli-hərəm ağlar, yanar bu matəmindən,
Çox-çox hifazət eylədi öz pərçəmindən,
Axırda təslim olmadı üdvanə, Zeynəb.
Dərk eləyən vaxt səsin səbrim azaldı,
Qəlbim alovlandı mənim rəngim saraldı,
Qardaşımın gül peykəri sinəmdə qaldı,
Qurban olum mən eylə bir qurbanə, Zeynəb.
Vədə verən axır gedər çun vədə gahə,
Qandan yetibdi münxəsif rövşənli mahə,
Şam əhli əsla baxmadı bu suzi-ahə,
Döndü gözüm yaşı mənim ümmalinə, Zeynəb.
Ox vurdular məşgə, axıb yerdə əmanət,
Əbbasıma ol halidə oldu qiyamət,
Teşnə qalan ətfalidən çəkdi xəcalət,
Yandı uşaqlar atəşi suzanə, Zeynəb.
Atdan düşəndə qardaşım qəlbim sıxıldı,
Birdən dedim ey vay, evim Allah, yıxıldı,
Qan gəldi başdan gül üzə neylim yıxıldı,
Haqq müştəridir vaqiən ol qanə, Zeynəb.
Məqtəldə aldım nəşini cəllad əlindən,
Ahunu qurtardım bu gün səyyad əlindən,
Ey-vay Nöfəl xanəsi bərbad əlindən,
Yarə vurubdur bu del şanə-şanə, Zeynəb.