» » Özümüzü Behiştə və daha yüksək qiymətə sataq!


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Özümüzü Behiştə və daha yüksək qiymətə sataq!
+5
Müəllif: RuQeYyA | 13-11-2014, 13:00 | Baxılıb: 598
 
Özümüzü Behiştə və daha yüksək qiymətə sataq!
 
Bizim dünyamız qaynayıb-coşan və narahat bir bazar kimidir ki, bütün insanlar, qiymətli sərmayələrlə və öz əziz ömürləri ilə orada al-verlə, ticarətlə məşğuldurlar.
Çox dəyərli, lakin məhdud olan qiymətli ömür istər-istəməz bir gün tamam olur, heç bir qüdrət və qüvvə onu artıra bilməz və ya sona çatmasının qarşısını ala bilməz. Çünki hər kəsin ömrü bir təqvim kimidir ki, hər günün keçməsilə ondan bir yarpaq ayrılır və o, unudulmağın və sükunətin əlinə tapşırılır. Nəhayət, onun sonuncu yarpağı ilahi, qaçılmaz, səmavi bir qüdrətin əlilə qoparılır və ömür təqvimi sona yetişir.
Aydındır ki, bu cür iki günlük sərvəti təkrar tapmaq olmaz, qopmalı olan sonuncu yarpağı əsla saxlamaq olmaz.
Şəhidlərin sərvəri özünün mənalı xütbələrinin birində belə buyurmuşdur:
"Ey Adəm oğlu, həqiqətən sən zaman məcmuusan, keçən hər gün sənin bir əzan və bir hissəndir.”("Bəqərə” surəsi, 16)
Bu fikirdən başa düşmək olar ki, zaman özü də bir ölçü vahididir. Onu cisimlərin dördüncü ölçü vahidi adlandırmaq lazımdır. Bu vəziyyət ömrün sərvəti və onun məhdudiyyətidir, hər an azalır, ondan bir yarpaq ayrılır, unudulmaq və sükunət əlinə tapşırılır və bir gün də (çox da yox) ötüb keçir.
Aydındır ki, belə sərvətə biganə yanaşmaq olmaz. Ondan düzgün faydalanmaq üçün daha çox diqqətli olmaq lazımdır. Çünki, keçib getmiş ömrü ikinci dəfə əldə etmək mümkün deyildir.
Yalnız məsələnin zahirinə baxan, yaradılışın hadisələrinə, onun ali və əsl məqsədlərinə diqqət verməyən, hər yerdə və hər şeydə bu əsasda fikir yürüdən, bu qiymətli sərvətin sahibi olan bir qism insanlar bu nəfis mətahı və ömrün qiymətli gövhərini sərf edib qurtardılar, əvəzində yeməkdən, içməkdən, tez ötüb keçən ləzzətlərdən başqa bir şey almadılar, həsrətdən və qəmdən başqa bir ehtiyatları olmadı.
Xudavəndi-aləm onlar haqqında buyurmuşdur:
"Onlar doğru yol (hidayət) əvəzində əyri yolu (zəlaləti) satın almış kəslərdir. Nəticədə onların ticarətlərinin faydası olmadı və hidayət olunanlardan da olmadılar.”("Nur” surəsi, 37)
Yaradılışın əsl məqsədinə diqqət yetirməyən, onu qeydsiz-şərtsiz məsrəf edən, xeyir və ziyanına etinasız olanların əksinə olaraq, çox dəqiq, anları belə hesaba alan, bir qrup zamanşünas adamlar da olmuşlar ki, öz ömrünün bir anını da faydasız, mənasız xərcləməmiş, əldən verməmişlər. Hətta onların baxışı və sükutu da daha çox xeyir götürməyə və daha üstün kamilliyə nail olmağa xidmət etmişdir.
Bununla belə onlar da başqaları kimi, bu dünyada müəyyən işlərlə məşğul olmuş, guşənişinliyə, tərki-dünyalığa, inzivaya çəkilməmiş və həyatın hay-küyündən uzaq olmamışlar. Onların da evi, zövcəsi, deyib-danışmağı, oyaqlığı, yatmağı, dərdi-dərmanı, ahı və fəryadı, qəmginliyi və şadlığı olmuşdur, ancaq heç vaxt səhv etməmişlər, öz sevdiklərindən əl çəkməmişlər, əsl məqsədi unutmamışlar. Xudavəndi-aləm onların şənində belə buyurmuşdur:
"O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən saxlamaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar.”
Çox qiymətli ömrün sərvəti, mətahı və onunla sövdələşənlərin vəziyyəti belədir. Yaxşısı budur ki, bu məsələnin daha yaxşı aydın olması üçün yenə, şəhidlərin sərvəri, cəsurların rəhbərinin evinə baş çəkək və İslamın rəşadətli övladı İmam Hüseyn (əleyhissalam)-dan dəyərli bir mətləb öyrənək, onu dünyanın qaynar bazarının mehvəri sayaq ki, öz əziz ömrümüzün qiymətli sərvətini müft uduzmayaq.
Şəhidlərin sərvəri özünün dürr saçan kəlamlarının birində dünya insanlarına xitab edərək belə buyurmuşdur:
"Sizin (canınız və ömrünüz) üçün behiştdən qiymətli bir şey yoxdur. Elə isə diqqətli olun və onu behiştdən başqa bir şeyə satmayın ki, ziyana düşərsiniz.”("Nəfsətül-məsdur, səh.45 (daş çapı))
Şəhidlərin sərvəri başqa bir hədisdə belə buyurmuşdur:
"Hər kəs Allahın nemətlərindən və vədlərindən yalnız dünyadakı həyatla kifayətlənərsə, həqiqətən ən alçaq bir şeyi seçmişdir.”
 
Kitabın adı: İmam Hüseynin (ə) əxlaqi görüşləri
Müəllif: Ayətullah Əhməd Sabiri Həmədani
 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.