» » » Təmiz və natəmiz qələmlər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Təmiz və natəmiz qələmlər
    +5
    Müəllif: RuQeYyA | 12-11-2014, 13:00 | Baxılıb: 755
     
     
     Təmiz və natəmiz qələmlər 

    Bəşər həyatının tarixi boyunca heç bir ağıllı adama qələmin və yazının dəyəri gizli qalmamışdır. İndi də elmli və dünyagörüşü olan adamların yanında təmiz qələmlər hörmət və izzət zörvəsindədir.
    Həqiqətən də dəyərli qələmlər keçmiş nəsillərin nəsihətlərinin mühafizi onların əməllərinin, rəftarlarının bəyanedicisi, müxtəlif şəxsiyyətləri nümayiş etdirən və cahanı göstərən bir camdır ki, bizdən əvvəl dünya səhnəsini siyasi ehtirasların döyüş meydanı və ya öz fikri-mənəvi aləmlərinin aynası saymış, bəşəri hadisələri tarixin səhifələrində təcəssüm etdirmişlər.
    Dəyərli qələmlər doğru yol göstərənlər kimidir ki, ölçülü-biçili və münasib işarəsi və hərəkəti ilə rahatlıq, səadət və xoşbəxtlik yolunu göstərir, aşkar və ehtimal olunan xətərləri də müəyyən edir və ya bir səfirə bənzər ki, zaman və məkan fəsilələrindən bəşərin bir-birini əvəz edən nəsilləri üçün keçmiş nəsillərin sərgüzəştlərini ərməğan kimi çatdırır, onların xatirələrini canlı və əbədi yadigar kimi saxlayır.
    Lakin hər qələmin, yazının dəyəri və qiyməti onun paklığının, dəqiqliyinin və əhatəliliyinin qədərincədir. Əgər bir yazıçının qələmi ədalətli, düz yazan və realist olsa, yazısında həqiqətlər təsvir edilsə, cəmiyyətin islahında onun təsiri daha artıq, davamiyyəti və sabitliyi daha çox olacaqdır.
    Əksinə, ədalət və həqiqət yolunun xilafına hərəkət eləyən, tarix səhifələrini bu istiqamətdə qaralayan qələmlər zəhərli neştərlər kimidir ki, cəmiyyətin vücuduna batır, onu zəhərləyir və tədricən yoxluğa sürükləyir, insanların fikrini doğru yoldan sapdırır, səadət və təkamüldən geri qoyur. Onun xoşagəlməz təsirləri çox vaxt bir nəsildən başqa nəslə keçir, milləti tarixi həqiqətlərdən və həqiqi kamillikdən uzaqlaşdırır.
    Bu qeyd olunan məsələlərə diqqət yetirməklə yanaşı, onların ən böyük məsuliyyəti, ən mühüm vəzifəsi həqiqətləri və əsil hadisələri göstərməkdən, cəmiyyəti cəhalətdən və nadanlıqdan təmizləməkdən, düzgün tərbiyə və baxış istiqamətini göstərməkdən ibarətdir. Məhz belə qələmlər hörmətə və and içilmək ləyaqətinə malikdirlər. "And olsun qələmə və yazı vasitələrinə” sözləri doğrudur və Allah yolunda şəhid olanların və döyüşənlərin qanından üstündürlər.
    Təəssüf ki, bizim əsrimizdə yazıçılıq öz əsil yolundan kənara çıxmış və öz həqiqi vəzifəsini yerinə yetirməkdə aciz olmuşdur. Qeydsiz-şərtsiz mədhiyyələr kimi, bir çox mövzularda yolunu sapmış, ictimai fəsadlarla həmahəng olaraq sürətlə öz fəaliyyət dairəsini artırmışdır, onun ticarət və fəsadlar marağı başqa məziyyətlərindən qabağa düşmüşdür.
    Bu qəbildən olan yazıçıların həqiqəti yazmaqla işi yoxdur, insanın ali tərbiyəsini və islam mədəniyyət səviyyəsini yüksəltmək fikrində deyillər. Onlar həqiqətdə tacirlər və sövdəgərlərdir ki, xüsusi bir məharətlə al-əlvan və cazibəli ağızları kitab şəklində bazara çıxarır və şəkildə, rəngdə, məzmunda və sairədə elə cəhət və üsullara riayət edirlər ki, mənəvi xeyir, həqiqəti söyləmək və hadisələri bəyan etmək əvəzinə, daha çox maddi mənfəət götürsünlər. Başqa sözlə desək, əlində qələm olan bu dəstənin səy və çalışmağının məqsədi Allahı və vicdanı sevindirmək deyil, insanların razılığını (sevgisini) qazanmaqdır.
    Gözəl zövqlü bir yazıçı aylarla vaxt sərf etməklə maraqlı, cəlbedici, yalan və süni şeylərlə dolu bir kitab yazıb xalqın ixtiyarına verir, ona gözəl bir islami ad da seçir, özü də mənfəət axtarmaq prinsipi üzərində qurulmuş bir müəssisə və ya nəşriyyat da ondan istifadə etmək üçün geniş təbliğata başlayır, ancaq o kitabın əvvəlindən axırına qədər müsəlmanların Quranından bir ayə və ya İslam Peyğəmbərindən bir rəvayət də yoxdur, əgər varsa da, kitabın həcmi müqabilində elə bir şey deyildir, ancaq şərqin və qərbin müsəlman olmayan alimlərinin nəzəriyyələri barədə o kitabda çoxlu səhifələr yazılmışdır, sanki onu İslamla, onun ali təlimləri ilə tanış olmayan və ya ayələrdən və rəvayətlərdən bəhrələnməmiş bir xarici qələmə almışdır.
    Mən heç vaxt deməmişəm və indi də demirəm ki, başqalarından bilik öyrənmək olmaz, elm dalınca Çinə qədər getmək lazım deyil və ya bilik əldə etmək, məlumatının səviyyəsini yüksəltmək üçün okeanların dibinə baş vurmaq, elmlərin, fənlərin və peşələrin müxtəlif sahələrində və ya müsəlman olmayanların təcrübələrindən bir şey öyrənmək lazım deyil. Necə ola bilər ki, bir kəs belə sözlər danışsın və ya öz beynində belə fikirlər yaşatsın? Halbuki, bizim uca məqamlı və həqiqi rəhbərlərimiz buyurmuşlar: "Elm və hikmət möminin itirdiyidir ki, həmişə axtarır, harda tapsa, əldə edər.”("Səfinətül-bihar”, 1-ci cild, səh.291)
    Buna görə elm və bilik öyrənmək üçün hədd, sərhəd və ya yaş şərtlərini nəzərə almaq olmaz. Amma şərh edilməsi lazım olan cəhət budur:
    Elmi istinadlarının çoxu xaricilərin sözləri və fikirləri olan möhtərəm bir yazıçı, bir az artıq mütaliə etmək və tədqiqat aparmaq əziyyətinə dözsün və Qurani kərim məktəbinə, İslam Peyğəmbəri ənənələrinə, din başçılarının əsərlərinə, Həzrət İmam Əli, İmam Baqir, İmam Sadiq (əleyhimussalam) və başqa İmamların yaradıcı məktəblərinə də bir baş çəksin.
    İlahi ayələrin, Quran elmlərinin varislərinin dəyərli kəlmələrini nəql etməklə öz yazısına daha dəyər və daha artıq etibar bəxş edər, bəzilərinin çirkin fikirlərini hörümçək kimi öz ətrafına hörməz, toxumaz; Qarışqa kimi də olmaz ki, hər qurunu-yaşı toplasın, kitabın həcmini, kağızın vəznini artırsın. Əksinə, bal arısı kimi zərif olar ki, ətirli və pak güllərin üstünə qonar, hər güldən bir şirə çəkər, onu şəfaverici şərbət şəklində hazırlayar, insanların ruhuna və canına qüvvət, səfa və cila verər, əsassız, bəzən yüz faiz ziyankar və ya zəruri olmayan bihudə mətləb və məsələlərdən danışmaqdan çəkinər.
    Əgər qələm sahiblərinin müqəddəs məqamlarına hörmətsizlik sayılmasaydı, sizin üçün bəzi mətləblər danışardım. Lakin elə buna görə və həm də bihudə söhbətlərin özünün də bihudə vaxt apardığını nəzərə alaraq bu fikirdən daşınıram. Və bu məsələdə də şəhidlər sərvərinin feyzlə dolu məktəbinə baş çəkək, şəhadət və can fəda etmək rəmzi sayılan bir mətləbi öyrənək və sonra elmi, əxlaqi, tədqiqi, tərbiyəvi digər söhbətlərimizi bunlarla zinətləndirək, beləliklə, hər yazıçının əqli və fikri inkişafını da qiymətləndirək.
    Hüseyn ibni Əli (əleyhissalam), İslam Peyğəmbərinin elm şəhərinin qapısı olan böyük atası Əliyyibni Əbi Talib (əleyhissalam)-dan belə rəvayət etmişdir:
    "İnsanların ən ağılsızı (axmağı) o kəsdir ki, öz yazılarını puç və bihudə mətləblərlə doldurur.” 
     
    Kitabın adı: İmam Hüseynin (ə) əxlaqi görüşləri
    Müəllif: Ayətullah Əhməd Sabiri Həmədani

     
     
    Bölmə: Əhli Beyt / İmam Huseyn (ə)
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.