» » Sual 31: Nə üçün şiələr “Ya Rəsuləllah”(s), və ya “ya Əli”(ə) deyərkən sünnə əhli etiraz edir ?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Sual 31: Nə üçün şiələr “Ya Rəsuləllah”(s), və ya “ya Əli”(ə) deyərkən sünnə əhli etiraz edir ?
+5
Müəllif: RuQeYyA | 26-10-2014, 13:00 | Baxılıb: 4 210
 

Sual 31: Nə üçün şiələr "Ya Rəsuləllah”(s), və ya "ya Əli”(ə) deyərkən sünnə əhli etiraz edir və bildirir ki, dünyadan getmiş adamı çağırmaq şirkdir və təkcə "ya Allah” demək olar?
Cavab: Bu etirazları doğuran İbn Teymiyyə və İbn Bazın "ölüləri çağırmaq şirk və küfrdür” kimi sözləridir. Əvvəla müsəlmanlığın meyarı şəhadət kəlmələri deməkdir. Həmin kəlmələri deyən şəxsin canı və malı möhtərəmdir, həm də insan belə sözlər deməklə dindən çıxmaz.
"Səhihe Buxari”də Ömər ibn Xəttabdan nəql olunur ki, Peyğəmbər (s) buyurdu: "Mən xalq "la ilahə illəllah” deyənədək onlarla vuruşmağa məmuram. Kim "la ilahə illəllah” desə malı və canı amandadır...” Bu rəvayət "Səhihe Müslim”də də nəql olunmuşdur.
"Səhihe-Buxari”də belə bir rəvayət də nəql olunmuşdur: 
"Allahın Rəsulu (s) Bədr döyüşündə öldürülmüş iyirmi dörd nəfərin cəsədini Bədr quyularından birinə atmağı əmr etdi. Üç gündən sonra səhabələri ilə buradan keçərkən quyuya yaxınlaşıb onları adbaad çağırdı və buyurdu: " Əgər Allaha və onun rəsuluna itaət etsəydiniz, şad olmazdınızmı? Həqiqətən də, biz Allahın vəd etdiyini tapdıq. Siz də Onun vəd etdiyini tapdınızmı?” Ömər Peyğəmbərdən soruşdu ki, cansız cəsədlərləmi danışır? Həzrət (s) buyurdu ki, and olsun o kəsə ki, Məhəmmədin canı onun əlindədir, dediyim sözləri onlar sizdən daha yaxşı eşidir.” Başqa bir rəvayətdə nəql olunur ki, Allahın Rəsulu (s) qəbir ziyarətində ölülərə xitabla buyururdu: "Salam olsun sizə, ey qəbir əhli...”
Digər bir rəvayətdə nəql olunur ki, Ömərin oğlu Əbdullah Peyğəmbəri (s), Əbu Bəkri və Öməri ziyarət edərkən dedi: "Əssəlamu ələykə ya rəsulallah, əssəlamu ələykə ya Əbu Bəkr, əssəlamu ələykə ya əbəta”
Qeyd edək ki, dünyanın bütün müsəlmanları namazın təşəhhüdündə deyirlər: "Əssəlamu ələykə əyyuhənnəbiyy”, yəni "salam olsun sənə, ey Allahın rəsulu.” 
İbn Teymiyyə və İbn Bazın sözlərindən belə çıxır ki, hər gün namazda Peyğəmbərə (s) salam göndərən müsəlmanlar müşrik və kafirdirlər. 

Kiçik bir mübahisə

Məscidün-nəbidə namazdan sonra üzümü Peyğəmbərin (s) məzarına tutub dedim: "Əssəlamu ələykə ya rəsuləllah”. Yanımda dayanan şəxs dedi: "Nə üçün bu qədər uzaqdan "ya rəsuləllah” deyirsən? Bu caiz deyil.”
Dedim: Məgər "ya rəsuləllah” kəlməsi ilə "ya əyyuhənnəbiyy” kəlməsi arasında fərq var? Məgər sən hər namazında Peyğəmbərə (s) salam vermirsən?.. Müsahibim səhvini anlayıb, üzr istədi və uzaqlaşdı. 
Bəzən deyirlər ki, şiələr ibadət ünvanı ilə məsumları çağırırlar. Hansı ki, kimsə ibadət məqsədi ilə "ya rəsuləllah”, "ya Əli” demir.
Qeyd edək ki, sünnə əhli, hətta İbn Teymiyyə və İbn Baz etiraf edirlər ki, ölülər ziyarətçilərin səsini eşidir və ruhları qaytarıldığından cavab da verirlər. Amma öz dediklərinə zidd çıxaraq ölüləri çağırmağı onlara ibadət kimi dəyərləndirir və bunu şirk sayırlar. Əslində isə kiminsə ölülərə ibadət etməsi, Peyğəmbəri (s) və Əlini (ə) xaliq sayması gülünc iddiadır. 
Məscidün-nəbinin kənarında vəhhabilərdən biri bir şiəyə deyirdi ki, siz Əlini Allah bilir və ehtiyaclarınızı ondan istəyirsiniz. Şiə belə cavab verdi: "Mən özünü Allah sayan Əlini (ə) qəbul etmirəm.”

Geniş bir mübahisə

Onlardan biri mənə dedi: "Şiələr Peyğəmbərə (s) və Bəqidəki imamlara ibadət edirlər. Üzü qəbirlərə doğru dayanır, əllərini dua üçün açır və onlardan arzularını, xəstələrinə şəfa diləyirlər.”
Dedim: "Şiələr dualarında deyirlər: "Çarəsiz qalıb Ona dua edən kəsin duasını qəbul edən, şəri sovuşduran, sizi yer üzünün varisi buyuran Allah daha yaxşı deyilmi?! Məgər Allahdan başqa tanrımı var?! Sən hansı əsasla şiələri qınayırsan?! Gəl Məşhəd şəhərinə və gör ki, minlərlə insan imam Rizanın (ə) qəbri arxada qaldığı halda, üzünü qibləyə tutub namaz qılır. Əlbəttə ki, məsumların ziyarətindən sonra dua zamanı üzü qibləyə tutmaq müstəhəbdir. Nə edək ki, bəziləri bu məsələyə diqqətsiz yanaşır. Amma üzü qəbrə dayanıb dua üçün əlləri qaldırmaq qəbir sahibinə ibadət sayılmamalıdır. Bu adamların hər biri Allaha yalvarır, ya da Peyğəmbər və imamları vasitəçi seçir ki, onlar Allaha vəsilə olsunlar. Heç bir şiə öz arzusunu Peyğəmbər (s) və imamlardan istəmir və anlayır ki, bütün işlər yalnız Allahın əlindədir.” 
Dedi: "Elə müşriklər də bütləri vasitəçi seçiblər. "Allahı qoyub bütləri dost tutanlar deyirlər ki, bizi Allaha yaxınlaşdırmaları üçün bütlərə ibadət edirik.” Şiələr də Allaha yaxınlaşmaq üçün imamları çağırırlar.”
Dedim: "Misal gətirdiyin ayədə sualının cavabı var. Həmin ayədə deyilir ki, müşriklər bütlərə ibadət edirdilər. Bəli, bütpərəstlər bütlərə səcdə edir, onlara nəzir boyun alırdılar. Bir şiənin imama səcdə etdiyini görmüsənmi?! Bir şiə risaləsini gözdən keçirsəydin, belə sözlər danışmazdın. Bütün şiə risalələrində bildirilir ki, namaz yalnız "qürbətən iləllah”, yəni Allaha yaxınlaşmaq məqsədi ilə qılınmalıdır. Belə olmasa namaz, oruc, zəkat, həcc, bir sözlə bütün ibadətlər batildir.”
Dedi: "Biz şiələrin zahirən əməllərinə baxır, danışdıqlarını eşidirik. Həm də bizə deyirlər ki, şiələr "ya Allah” əvəzinə "ya Əli” çağırır, Hüseyn və Əbülfəzldən kömək istəyirlər.”
Dedim: "Əvvəla bir şəxsi çağırmaq ona ibadət etmək deyil. İbadət bir varlığı Allah sayaraq ona təzim etməkdir. Şiələr heç vaxt bu məqsədlə Allahdan qeyrisinə təzim etmirlər. Sən özün də buna şahid ola bilərsən. Şiələr cümə axşamı "Kumeyl”, ramazanda "İftitah” və "Əbu Həmzə”, qədr gecələrində "Cuşən-kəbir” dualarını oxuyurlar. Yüz bəndlik duanın hər bəndində "subhanəkə ya la ilahə illa əntə...”sözləri təkrarlanır.”
Dedi: "Doğrudurmu ki, şiələr Peyğəmbərdən sonrakı üç xəlifəni lənətləyirlər?”
Dedim: "Şiə rəvayətlərində mömini lənətləmək qadağan olunmuşdur. İmamlarımız buyururlar ki, lənət nahaq olduqda şəxsin özünə qayıdır.”
Dedi: "Xeyr xəlifələrə lənət oxumaq şirk və küfrdən də pisdir. Onlar behişt əhlidirlər və onlara lənət oxuyanlar cəzalandırılacaqlar. Bu işin qarşısı alınmalıdır.”
Dedim: "Əvvəla şiələr heç vaxt behişt əhlini lənətləməmiş və lənətləməzlər. İkincisi, de görüm Əli ibn Əbu Talib həmin xəlifələrdəndir, yoxsa yox? O, behişt əhli deyilmi?”
Dedi: "Əlbəttə ki, o, behişt əhlidir və raşidi xəlifələrdəndir.” 
Dedim: "Bəs nə üçün Müaviyə onu düşmən tutur, onunla vuruşur, ona lənət oxumayanları cəzalandırırdı? Nə üçün Mədinə hakimi Mərvan Peyğəmbər (s) səhabələrinə əmr edirdi ki, Əliyə lənət oxusunlar? Məgər Əliyə lənət oxumaq şirk və küfrdən pis deyilmi? Bundan əlavə, xəlifələrə lənət oxumağın şirk və küfrdən pis olması hansı ayədə bəyan olunub? Bəli, möminə behişt əhlinə lənət oxumaq haramdır. 
Bunu nəzərə alaraq, şiələr Əliyə lənət oxutduran Müaviyə və ali-Mərvana pis baxırlar.”
Dedi: "Axı bu barədə rəvayət yoxdur.”
Dedim: "Mötəbər kitabınız "Səhihe-Müslim”i yaxşı mütaliə et. Bəsrədə, Süffeyndə, Nəhrəvanda həzrət Əli ilə döyüşənlər, onu şəhid edənlər üçün Əliyə (ə) lənət oxumaq asan işdir.”
Müsahibim bir qədər fikrə gedib, sonra dedi: "Mən bu məsələni hökmən araşdıraram. Bir kitabda oxumuşam ki, şiələr sarı bir keçini dövrəyə alıb, onu Aişə adlandıraraq gülürlər. Doğrudanmı belə edirsiniz?”
Dedim: "Şiələrə qarşı böhtanlardan biri də budur. Şiəliyə qarşı yazılmış kitablarda mən də belə uydurma əhvalatlar oxumuşam. Əslində isə şiəlik ruhu bu səviyyədən çox-çox ucadır. Bəli, Aişənin ikili hərəkətləri şiələri narahat edir və suallar doğurur. Aişə Peyğəmbərin xanımı, "ümmül-möminin” olsa da öz hörmətini saxlamamışdır. Hər kəs özünə hörmət etməlidir ki, başqaları da ona hörmət etsin. Ömərin cəsədini naməhrəm hesab edib qəbirlə öz arasına divar çəkən Aişə günlərin bir günü dəvəyə minib, naməhrəm kişilərlə çiyin-çiyinə Peyğəmbərin (s) xəlifəsi ilə savaşa qalxır. Beləcə, Peyğəmbərin (s), həm də özünün hörmətini sındırır.” 
Dedi: "Bu söhbətlər tarixdə qalıb, yaxşı olar ki, bu barədə danışmayaq.”
Təklif etdim ki, söhbətin ardını sabaha saxlayaq. O, razılaşdı və "hələ suallarım var”, dedi. 
Səhəri gün həmsöhbətimin tək gəlmədiyini gördüm. O bildirdi ki, yanındakı şəxs dostudur və onun da sualları var. Məscidin bir kənarına çəkilib söhbətə başladıq. Dedilər: "Nə üçün şiələr Kərbəla torpağından şəfa istəyir, hətta şəfa üçün xəstəyə bu torpaqdan yedirirlər? Məgər torpaqdan şəfa olarmı?”
Dedim: "Allahın qüdrətinə şəkmi edirsiniz? Balı bir çox xəstəliklər üçün şəfa edən Allah üçün bu iş çətindirmi? Həzrət Yusifin köynəyini onun atasının gözlərinə dərman edən Allah deyildimi? Bu həmin Allahdır ki, Onun hökmü ilə bir parça ət ölüyə toxunan kimi ölü dirilir və öz qatilini tanıtdırır. Musanın əsasına böyük güc verən Allah Kərbəla torpağını şəfalı etməyə qadirdir. Ərəb olduğunuz halda Qurana bu qədər diqqətsizliyiniz təəccüb doğurur.”
Mən ayələri sadaladıqca onlar daha çox təəccüblənirdilər. Axır ki, deyilənləri qəbul etdilər və sonuncu suallarını verdilər:
"Nəzir Allaha aid olduğu halda, nə üçün şiələr imamlarına nəzir edirlər?”
Dedim: "Şiələr nəziri Allaha edir və onun savabını imamlara bağışlayırlar. Şiə fiqhində Allaha yaxınlıq məqsədi nəzirin niyyətində (siğəsində) qeyd olunur. Başqa şəkildə nəziri şiələr doğru saymır.”
 
Kitabın adı: Vəhhabi suallarına cavablarımız 
Müəllif: Əli Ətai İsfahani

 
 
Bölmə: Şübhələr / Suallar
Şərhlər: 5
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: ZEHRA ASHİQİ | Status: İstifadəçi Offline | 20 Aralık 2014 21:12 | İstifadəçi | Şərh yazdı
Çox  sağ olun, Allah imanınızı kamil etsin,ne gözel deliller getirdiniz

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: pəri | Status: İstifadəçi Offline | 8 Kasım 2014 14:02 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZİ OLSUN
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Nurane | Status: İstifadəçi Offline | 27 Ekim 2014 15:26 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN BACIM.ALLAH WIELERI QEBUL ETMEYENLERI,WIELERI GOZU GOTURMEYENLERI ISLAQ ETSIN,ISLAQ OLMURLARSA LENET ETSIN INWALLAH

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Tamara | Status: İstifadəçi Offline | 26 Ekim 2014 20:20 | İstifadəçi | Şərh yazdı
Allah cox-cox razi olsun mentiqli cavablardir bunlar her bir wiyeye lazimdir bu kelmelerle taniw olsun ki bezi qerezli suallarin qarwisinda aciz qalmasinAllahumme selli ala Muhammedin ve ali Muhammed

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Neyneva | Status: | 26 Ekim 2014 13:20 | Qonaq | Şərh yazdı
ALLAH RAZI OLSUN BACIM
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.