» » Həqiqi şiə kimdir?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Həqiqi şiə kimdir?
    +5
    Müəllif: Ewqi_Kerbela | 25-10-2014, 19:00 | Baxılıb: 6 142

    Həqiqi  şiə kimdir?

    Bəzən müşahidə olunur ki, bir çoxları bu və ya digər məsələdə iddialı çıxışlar edir, lakin əməl baxımından öz etiqadlarında möhkəm olmur, rəhbər prinsiplərə uymurlar. Gurultulu çıxışlarla hansı məzhəbə mənsub olduqlarını önə çəkir, lakin nəinki o məzhəb haqqında hər hansı bir bilikləri olmur, hətta onun prinsiplərini gündəlik həyatlarında tapdayırlar. Belələrini zahirdə iddia etdikləri konkret dinin və ya məzhəbin nümayəndəsi hesab etmək olmaz. Onlar, əslində həmin məzhəb üçün bir ləkədirlər. Adətən belə hallarda müxalif qüvvələr belə, bu kimi iddialara ciddi yanaşmır və onlarla hesablaşmırlar.Şiələr və şiəlik haqqında da belə bir hal müşahidə olunur. Belə ki, bir çoxları Əli (ə) və Əhli-beyt (ə) şiəsi olmalarını iddia etsələr belə, bu iddia onların yalnız dillərində qalır və qəlblərinə yol tapmır. Onlar şiəliyin təməl prinsiplərinə sadiq deyillər. Elə buna görə də onları etiqadi baxımdan şiə adlandırmaq olmaz. Etiqadi baxımdan həqiqi şiə nəinki ımamını öldürmür, əksinə, canını onun yolunda fəda edir. Necə ki, Aşura günü bir çoxları İmam Hüseynin (ə) qiyamından xəbər tutub son dərəcə fədakarlıq göstərərək özlərini İmama (ə) yetirdilər və canlarını aşiqcəsinə ixlas süzgəcindən keçirərək şəhid oldular.Həmin sualı və ya iradı şübhə toxumunu səpənlərin özlərindən soruşmaq daha uyğun olardı. Bu gün İslam ölkələrində yaşayaraq müsəlmanlıq iddiası edənlərin hamısı həqiqətən müsəlmandırmı? Onlar bütünlüklə İslamın təməl prinsiplərinə sadiqdirlərmi? Əksinə, onlar nəinki İslama sadiq deyillər, hətta İslamın məhvinə gətirib çıxaracaq addımlar atır və beləcə beynəlxalq imperializmə xidmət edirlər. Sizcə müsəlman cəmiyyətlərində belələri azdırmı? Təbii ki, siz belələrini həqiqi müsəlman hesab etmirsiniz. Çünki onlar yalnız İslam adını mənimsəmişlər. Bir çox şiələr də bu qəbildəndir. Şiə adını mənimsəmiş, lakin etiqadi baxımdan  onun önə çəkdiyi pirinsiplərə sadiq deyillər.Şeyx Əli Ali-Yasin yazır: "İmam Hüseynin (ə) qatili şiələrdir”, - deyənlərin sözlərində aydın sezilən bir təzad var. Çünki İmam Hüseyn (ə) şiəsi deyildikdə onu sevənlər, ona arxa çıxanlar, tabe olanlar nəzərdə tutulur. Bu anlayışla döyüş, qətl anlayışlarını necə toplayırlar. İmamı (ə) öldürənə necə şiə demək olar? Əgər fərz etsək ki, İmamı (ə) öldürənlər şiələrdən olmuşlar, bu cinayəti törədərək şiəlikdən çıxmış hesab edilirlər.” Seyid Möhsün Əmin Amili buna cavab olaraq  yazır: "İmam Hüseynin (ə) qatillərinin həqiqi şiələr olmasından Allaha pənah aparıram! Onu (ə) qətlə yetirənlərin bəzisi dinlə heç bir bağlılığı olmayan tamahkarlar idi. Bəziləri səviyyəcə ən adi insanlar, bəziləri isə hakim qüvvələrə tabe olan insanlar idilər. Belələrini dünya malı aldatmış və bu növ cinayətə sövq etmişdir. İmamın (ə) şiələrindən, onu (ə) sevənlərdən bir nəfər belə onun qətlində iştirak etməmişdir.İmamın (ə) həqiqi şiələri bütünlüklə ona arxa çıxmiş köməyinə tələsmiş, sonuna qədər onunla çiyin-çiyinə döyüşərək şəhid olmuşlar. Onlar son nəfəsədək İmama (ə) arxa, kömək oldular. Bir çox şiələr İmamın (ə) qiyamından xəbərsiz idilər və ya işin bu yerə gəlib çatacağını güman etmirdilər. Ona görə də Kərbəlada deyildilər. Bəziləri də İbn Ziyadın Kufə ətrafına çəkdiyi qoşun hasarını böyük qəhrəmanlıq, şücaət göstərərək yarır və nəhayət özlərini İmam Hüseynə (ə) yetirirdilər. Lakin onun şiələrinin öz qətlində iştirak etməsi heç bir zaman baş verməmiş bir uydurmadır....”
     
    Kufəlilərin şiəliyi

    Tarixə nəzər salıb Əlidən (ə) sonra, xüsusilə də İmam Hüseynin (ə) imaməti dönəmində kufəlilərin etiqadi durumunu incələdikdə şahid oluruq ki, onlar əsasən siyasi baxımdan şiəyönlü olmuşlar. Onlar yalnız Əlinin (ə) Osman və digər xəlifələrdən üstün olduğu qənaətində olmuşlar. Lakin Əli ibn Əbu Talibin (ə) və ya digər məsumların (ə) tutarlı dini dəlillərinə görə imam olduqlarını qəbul etmirdilər. Bu növ sırf siyasi baxımdan şiəyönlü olanları etiqadi baxımdan şiə adlandırmaq olmaz. Bunu sübuta yetirmək üçün bir neçə dəlilə nəzər salaq:İbn Əsakir Dəməşqi Şafei özünəməxsus sənədlə Hüreys ibn Əbu Mətərdın Sələmə ibn Küheylin belə dediyini nəql edir: "Mən Müseyyib ibn Nəcəbə Fəzari ilə Kufə məscidində görüşdüm. Orada şiələr çox idilər. Kufəlilərin hansınınsa Peyğəmbərin (s) səhabələri haqqında söhbət edərkən onu tərifləmədiyini eşitmədim, onların bütün sözü, söhbəti Əli (ə) və Osman haqqında idi.”[319]Biz bilirik ki, əhli-sünnə bütün səhabələri heç bir qeyd-şərtsiz mədh edir və adil olduqlarını önə çəkir. Yalnız sonradan siyasi şiələr adlanan qruplaşma İmam Əlinin (ə) Osmandan üstün olduğunu qəbul edirdi. Kufədə bir çoxlarının Əlini (ə) sıradan bir səhabə hesab etdikləri bir halda bəziləri də onu digərlərindən, xüsusilə də Osmandan üstün hesab edirdilər. İbn Əsakirin söylədiklərindən də bu anlaşılır. 

    ÇoxsaylıI etiqadi şiənin sürgün edilməsi
     
    İbn Əbu əl-Hədid, Əbu əl-Həsən Mədainidən nəql edərək yazır: "Müaviyə valilərinə ünvanladığı məktubda yazırdı: "Mən, Əbu Turab (ə) və Əhli-beytin (ə) fəziləti haqqında hədis nəql edənləri bağışlamayacağam”. Bu məktubdan sonra ən ucqar yerlərdə belə bütün xətiblər minbərlərdə Əliyə (ə) lənət oxumağa, ona və Əhli-beytinə (ə) nifrətlərini elan etməyə başladılar. Həmin dövrdə ən çox hücuma məruz qalan Kufə şiələri idilər. Çünki o zaman Kufədə çoxlu sayda şiə yaşayırdı. Müaviyə Ziyadı Kufəyə vali təyin etdi. O, şiələri yaxşı tanıyırdı. Ziyad Müaviyədən aldığı əmrə əsasən şiələri gördüyü yerdə qətlə yetirirdi. Bəzən də onları hədələyərək qorxudur, əl-ayaqlarını kəsir, gözlərini çıxarırdı. O zaman bir çoxları İraqdan sürgün edildilər. Ona görə də tanınmış şiələrdən İraqda qalan olmadı”. 

    Kufə şiələrinin bir qrupunun İmam Hüseynə (ə) qoşulması 

    Tarix göstərir ki,  bir çox şiələr bunu bir fürsət kimi dəyərləndirərək mümkün olan hər bir yolla, böyuk zəhmətlərə qatlaşıb özlərini İmam Hüseynin (ə) karvanına yetirirdilər. Buna misal olaraq, Yezid ibn Sübeyt Əbdi və onun Abdullah və Übeydullah adlı iki oğlunu göstərmək olar.Yezid ibn Sübeyt görkəmli şiələrdən, Əbu əl-Əsvədin səhabələrindən hesab edilirdi. O, öz qəbiləsində şərəf və kəramət sahibi kimi məşhurlaşmışdı.Əbu Cəfər Təbəri yazır: "Mariya Mənfəz qızı tanınmış şiələrdən sayılırdı. Şiələr onun evinə toplaşır, məsləhətləşmələr aparırdılar. İbn Ziyada belə bir xəbər çatdırıldı ki, İmam Hüseyn (ə) Yezid ibn Sübeytə məktub yazmışdır və o, Kərbəlaya getmək istəyir. İbn Ziyad Kufənin giriş-çıxış yollarını bağlatdırdı və şəhərə gediş-gəlişə nəzarət etmək üçün gözətçilər qoydu. Bu arada Yezid ibn Sübeyt Kufədən çıxaraq İmam Hüseynə (ə) qoşulmağı qərara almışdı. Onun on övladı var idi. Qərarını onlara da açıqladı və bildirdi ki, onunla birgə gedə bilərlər. On oğlundan yalnız ikisi, Abdullah və Übeydullah bu səfərdə onu müşayiət edəcəklərini bildirdilər.Sonra Yezid ibn Sübeyt Mariyanın evinə gəldi və doslarına dedi: "Mən Kufədən çıxıb İmam Hüseynə (ə) qoşulmağı qərara almışam. Kim mənimlə birgə gəlmək isləyir?” Oradakılar yekdilliklə İbn Ziyadın məmurlarından qorxduqlarını bildirdilər. Bu zaman o, iki övladı, nökərləri Amir, Seyf ibn Malik və Ədhəmlə birgə yola çıxdı. Onlar bacardıqları qədər sürətlə gedirdilər. Belə ki, Məkkədə Əbtəh adlanan bölgədə İmam Hüseynə (ə) çatdılar. İmam Hüseyn (ə) özü onları görməyə  getdi. O, İmam Hüseynlə (ə) görüşdükdə dedi:"Allahın rəhmətinə (İmam Hüseynlə (ə) görüşməyə) nail oldum. Məni təbrik edin”.O, İmama (ə) salam verib qarşısında oturdu. Bir neçə nəfərlə onun köməyinə gəldiklərini bildirdi. İmam (ə) onun üçün dua etdi və onları öz karvanının yerləşdiyi yerə apardı. Nəhayət, Kərbəlada qəhrəmanlıq göstərərək şəhid oldular. Kufədən İmam Hüseynə (ə) qoşulanlardan biri də Büreyd ibn Xüzeyr Həmədani idi. O, tabei, Quran qarisi, Əlinin (ə) səhabələrindən və Kufə zadəganlarından idi. Tarixçilərə görə, İmam Hüseynin (ə) Mədinədən Məkkəyə getdiyini eşitdikdə Kufədən Məkkəyə gedib İmama (ə) qoşuldu və nəhayət, Kərbəlada qəhrəmancasına şəhid edildi. Sonradan İmam Hüseynə (ə) qoşulan kufəli şiələr arasında Səd ibn Hərs Ənsari və Əbu əl-Hütuf ibn Hərs Ənsari də var idi. Onlar öncə Ömər ibn Sədin rəhbərliyi altında İmam Hüseynlə (ə) döyüşmək məqsədi ilə Kərbəlaya gəldilər. Orada İmam Hüseynin (ə) çağırışını eşidib Ömər ibn Sədin qoşunundan ayrılaraq İmamı (ə) müdafiə etməyə tələsdilər. Qarşı tərəfə böyük itki verərək özləri də şəhid edildilər. O həzrətin (ə) həqiqi şiələrindən olub Kufədən Kərbəlaya gələnlər arasında altı nəfərlik kiçik bir karvan da var idi. Buraya Əmr ibn Xalid Seydavi, Mücəmmi əl-Aizi, Aiz ibn Mücəmmi, Cünadə ibn Hərs Salmani və Nafenin qulamı Bəcəli (və ya Cəməli) daxildilər. Nafe özü öncədən İmama (ə) qoşulmuşdu, qulamı isə onun atını gətirirdi. Qeys ibn Müsəhhər Seydavinin İmam Hüseynin (ə) İraqa doğru getdiyini bildirməsi bu altı nəfərin Kufədən çıxaraq İmam Hüseynə (ə) köməyə getməsinə səbəb oldu. Onlar bilirdilər ki, yollar gözətçilərlə doludur, İmam Hüseynə (ə) qoşulmaq məqsədi ilə Kufədən çıxan hər bir şəxsi tuturlar. Elə buna görə də Tirimmah adlı birini onları gizli yollarla İmam Hüseynə (ə) çatdırmaq üçün bələdçi tutdular. Tirimmah onları kəsə yollarla aparır, yol boyunca dəvənin sürətlə irəliləməsi üçün xüsusi nəğmələr oxuyurdu. Səhralardan keçir və gözətçilərin gözünə görünməməyə çalışırdılar. Sonunda özlərini İmama (ə) yetirdilər. İmamın (ə) hüzurunda Tirimmahın şeirlərini oxudular. İmam (ə) onları dinləyib buyurdu: "Ümidvaram ki, Allahın bizim üçün istədiyi daha xeyirlidir; istər ölək, istərsə də sağ qalaq”. Hürr onlara mane olmağa çalışdı. Onları tutmaq və ya Kufəyə qaytarmaq istədi. Bu zaman İmam (ə) buyurdu: "Mən onların tutulmasına imkan verməyəcəyəm. Özümü müdafiə etdiyim kimi onları da müdafiə edəcəyəm. Onlar mənim köməyimə gəliblər. Sən söz vermişdin ki, İbn Ziyaddan məktub gəlincəyə qədər bizimlə işin olmayacaq”. Hürr dedi: "Buyurduqlarınız doğrudur. Lakin bunlar sizinlə gəlməyiblər”. İmam (ə) buyurdu: "Onlar mənimlə gəlməsələr belə mənim tərəfdarlarımdırlar. Öz əhdinə vəfa qıl. Əks halda səninlə döyüşmək məcburiyyətində qalacam”. Vəziyyətin bu yerdə olduğunu görən Hürr sözünü geri götürərək onlardan əl çəkdi. Həmin altı nəfərin hamısı Aşura günü ilk şəhid olanlardan idilər. Onlar döyüşdə mühasirəyə düşdülər. İmam Hüseynin (ə) qardaşı Abbas əmrə itaət edərək düşmən ordusuna hücuma keçdi. Mühasirəni qırdı. Mühasirədən xilas edilmiş gənclər qana bulaşmış halda İmama (ə) tərəf gəldilər. Abbas onların ardınca gəlirdi. Düşmən ordusu onların yolunu bağlamağa çalışdı. Bunu görən gənclər Abbasdan ayrılıb döyüşməyə başladılar və nəticədə hamısı şəhid oldular. Abbas İmamın (ə) yanına gəldi və baş verənləri məruzə etdi. İmam (ə) şəhidlər üçün dua etdi.1  Məşhur kufəlilərdən biri də Həbib ibn Məzahir Əsədi idi. O və Müslim ibn Övsəcə İmama (ə) Kufədə beyət edənlərdən idilər. Übeydullah ibn Ziyad Kufəyə gəldikdən sonra baş verənləri görüb özləri İmam Hüseynə (ə) qoşulmağa tələsdilər. Tarixçilər yazırlar: "Həbib öz atını hazırlayıb nökərinə dedi: "Atımı (Kufənin çıxışına) apar Kimsəyə görünmə. Mənim gəlməyimi gözlə”. Həbib ailəsi ilə vidalaşıb gizlicə şəhərdən çıxdı. Hamı onun Kufə kənarındakı torpaq sahələrinə baş çəkmək üçün getdiyini düşünürdü. Nökəri Həbibin gec gəldiyini görüb ata müraciətlə dedi: "Ey at! Əgər sahibin (Həbib) gəlməsə, özün tək-tənha İmamın (ə) köməyinə get”. Bu zaman onlara yaxınlaşan Həbib nökərinin sözünü eşitdi. Gözləri doldu. Ağlayaraq dedi: "Atam, anam sənə fədə olsun, ey Allah Rəsulunun övladı! Qullar da sənə kömək həsrəti ilə yaşayırlar”. Həbib elə oradaca qulu Allah yolunda azad etdi. Qul ağlayaraq dedi: "Ey mənim ağam! And olsun Allaha, səni tək qoymayacaq və səninlə birgə İmam Hüseynin (ə) köməyinə tələsəcəyəm”. Həccac ibn Məsruq Cövfi İmam Əlinin (ə) şiələrindən idi. O, Kufədən Məkkəyə gəlib İmam Hüseynə (ə) qoşuldu və onunla birgə Kərbəlaya getdi. O, namaz vaxtları azan verirdi. Sonunda Kərbəlada şəhid edildi. Nöman ibn Əmr Əzdi Rasibi və qardaşı Hülas ibn Əmr də Kufədən İmama qoşulanlardandırlar. Onlar öncə Ömər ibn Sədin qoşununda idilər. Lakin gecənin qaranlığında İmama (ə) qoşulub şəhid oldular. Züheyr ibn Qeyn Bəcəli Kufənin şücaətli, adlı-sanlı zadəganlarından idi. Onun özünəməxsus döyüş taktikaları var idi. Zübeyr öncə Osmanın tərəfdarlarından idi. Lakin hicri 60-ci ildə ailəsi ilə həccə getdi. Kufəyə qayıdarkən yolda İmam Hüseynlə (ə) qarşılaşdı. Allah onu hidayət etdi. Elə oradaca İmam Hüseynə (ə) qoşulub Kərbəlaya getdi və döyüş zamanı şəhid edildi. Buradan aydın olur ki, Kufədə xeyli sayda Osman tərəfdarları da var imiş. Hətta İmam Hüseynin (ə) dövründə belə onların Əhli-beytə (ə) rəğbətləri yox imiş. Belə olan halda kufəlilərin hamısının etiqadca şiə olduqlarını necə iddia etmək olar?! Səid ibn Abdullah Hənəfi Kufənin, öz şücaəti və ibadəti ilə ad çıxarmış şiələrindən idi. O, Müaviyənin ölüm xəbərini eşitdikdə Kufədə şiələri ətrafına topladı. İmam Hüseynə (ə) məktub yazıb onu Kufəyə dəvət etdi. Müslim Kufəyə gəldikdə Səid ibn Abdullah canını İmam Hüseyn (ə) üçün fəda edəcəyinə and içdi. Müslim ibn Əqil bir məktub yazıb, Səiddən onu İmam Hüseynə (ə) çatdırmasını istədi. O, məktubu apardı, özü də İmamın (ə) yanında qaldı. Aşura axşamı İmam Hüseyn (ə) xütbə oxuyaraq getmək və ya qalmağı səhabələrinin ixtiyarına qoyduqda, öncə Bəni-Haşimdən olanlar söz alıb İmama (ə) vəfadar qalacaqlarını bildirdilər. Onların sözü qutardıqda Bəni-Haşimdən olmayanlar arasında ilk danışan şəxs Səid ibn Abdullah oldu. O, İmam Hüseynə (ə) dedi: "And olsun Allaha! Heç bir zaman səni tək qoymayacaq və Peyğəmbərin (s) səninlə bağlı haqqını qoruyacağıq. And olsun Yaradana, əgər yetmiş dəfə ölüb dirilsəm belə, heç bir zaman sənə yardımımdan əl çəkməyəcəyəm”. O, Aşura günü sözünə sadiq çıxaraq özünü oxlara, nizələrə qalxan etdi, lakin İmama (ə) bir zərər dəyməsinə imkan vermədi. O qədər yaralandı ki, tab gətirə bilməyib yerə yıxıldı. Düşmənlərə lənət yağdırıb, İmam Hüseynə (ə) müraciətlə dedi: "Ey Allah rəsulunun övladı! Mən əhdimə vəfa etdimmi?” Həzrət (ə) buyurdu: "Bəli, sən behiştin qabaqcıllarındansan”. Bu sözləri eşidib canını tapşırdı.Şəvzəb ibn Abdullah Həmdani, Abis ibn Əbu Şəbib Şakiri də İmam Hüseynə (ə) Kufədən qatılanlar arasında idilər. Şəvzəb Kufənin şücaət simvollarından olan şiələrindən idi. O, hədis hafizlərindən idi və daim Əlidən (ə) hədis nəql edərdi. O, öz sahibi ilə birgə Müslimin İmama (ə) məktubunu Məkkəyə çatdırdı. Oradan da İmamla (ə) birgə Kərbəlaya gəldi və Aşura günü şəhadət məqamına yüksəldi. Abis ibn Əbu Şəbib Şakiri də Kufənin görkəmli şiələrindən idi. O, şücaətli qəbilə başçısı idi. Özünəməxsus nitq mədəniyyəti və ibadətləri ilə seçilirdi. Bəni-Şakir qəbiləsi Əlinin (ə) sadiq tərəfdarlarından idi. O, Aşura günü tək-tənha döyüş meydanına atılaraq fəryad çəkdi: "Mənimlə qarşılaşacaq bir kimsə varmı?” Heç kim onun qarşısına çıxmağa cəsarət etmədi. Sonda Ömər ibn Səd onun daşqalaq edilməsini əmr etdi. Vəziyyətin bu yerdə olduğunu görən Abis zireh və dəbilqəsini arxaya ataraq qəhrəmancasına döyüşdü və şəhid oldu. Abdullah ibn Ümeyr Kəlbi həyat yoldaşı Ümmü-Vəhəb ilə birgə İmam Hüseynin (ə) karvanına qoşuldu. Aşura günü Ümmü-Vəhəb xeymənin sütununu əlinə alaraq Abdullah ibn Ümeyrə doğru gedib dedi: "Atam, anam sənə fəda olsun! Peyğəmbərin (s) övladı yolunda döyüş”. Abdullah ibn Ümeyr onu qadınlara doğru yolladı. Lakin Ümmü-Vəhəb onun libasından tutaraq deyirdi: "Mən səndən əl çəkməyəcəm və səninlə şəhid olacağam”. İmam Hüseyn (ə) ona buyurdu: "Əhli-beyt (ə) tərəfindən mükafatlandırılacaqsan. Allahın rəhməti üzərindən əskik olmasın. Qadınların yanına qayıt və orada qal. Çünki döyüş qadınlara aid deyil”. O, qadınların yanına qayıtdı. Əri şəhid olduqdan sonra onun başının üstünə gəlib üzünün torpağını sildi və dedi: "Behişt sənə halal olsun!” Şimr öz nökərinə ağacla onu vurmasını əmr etdi. Rüstəm adlı nökəri ağacla onun başına elə vurdu ki, yerindəcə canını tapşırdı. Abdullah ibn Ürvə Qifari və qardaşı Əbd ər-Rəhman da İmama (ə) qoşulan kufəlilər sırasında idilər. Bu iki qardaş İmama (ə) Kərbəlada qoşuldular. Aşura günü İmamın (ə) yanına gəlib dedilər: "Düşmən sizi hər tərəfdən əhatə edib. Biz sizə qoşulub düşmənlərinizlə döyüşmək istəyirik”. İmam Hüseyn (ə) buyurdu: "Bizim qapımız sizin üzünüzə açıqdır. Xoş gəlmisiniz”. Onların hər ikisi İmamın (ə) yaxınlığında döyüşərək şəhid edildilər.Əmr ibn Qərəzə Ənsari İmam Əlinin (ə) səhabələrindən və hədis rəvayətçilərindən idi. O, Kufədə Əli (ə) ilə birgə bütün döyüşlərdə iştirak etmişdi. O da Kərbəlada özünü İmam Hüseynə (ə) yetirdi. Əmr Ənsari Aşura günü bədənini oxlar, nizələr qarşısında sipər edərək, onların İmam Hüseynə (ə) toxunmamasına çalışdı. Aldığı ağır yaralardan və qan itkisindən tab gətirməyib yerə yıxıldı. Bu zaman üzünü İmam Hüseynə (ə) tutaraq dedi: "Mən əhdimə vəfa qıldımmı?” İmam Hüseyn (ə) buyurdu: "Bəli, sən behiştdə mənim qabaqcıllarımdansan. Allahın rəsuluna (ə) mənim salamımı yetir və söylə ki, sənin ardınca mən də oraya gələcəyəm”. O, bu sözləri eşidib canını can sahibinə tapşırdı.Əbu Sümamə Əmr Saidi Əlinin (ə) və İmam Həsənin (ə) dönəmində daim onların əmrində olan kufəlilərdən idi. O, Müaviyə öldükdən sonra İmam Hüseynə (ə) məktub yazaraq onu Kufəyə dəvət etdi. O, Kufədə Müslimin əmri ilə silahlanmaq üçün maddi yardım toplayanlardan biri idi. Übeydullah ibn Ziyad məmurlarını onu tutmaq üçün göndərdikdə, Əmr, Nafe ibn Hilal Bəcəli ilə birgə Kufədən qaçıb özünü İmam Hüseynə (ə) yetirdi. O, Aşura günü İmam Hüseyn (ə) namaz qılarkən, İmama (ə) zərbə dəyməsin deyə, özünü onun qarşısında sipər edənlərdən biri idi. O, aldığı on üç nizə yarası nəticəsində namazdan sonra şəhid oldu.Qasit ibn Züheyr və iki qardaşı Kürdus və Məsqət İmam Əli (ə) və İmam Həsənin (ə) yaxın səhabələrindən olmuşlar. Onlar da İmam Hüseynin (ə) Kərbəlaya getdiyini eşidib özlərini ona yetirdilər. İlk hücumda hər üçü şəhid oldular.Müslim ibn Övsəcə Peyğəmbərin (s) səhabələrindən idi. O, Kufədə İmam Hüseyn (ə) üçün beyət alırdı. Lakin Müslim və Hani ibn Ürvənin şəhadətindən sonra bir müddət Kufədə gizləndi. Sonra ailəsi ilə Kufədən qaçıb İmam Hüseynə (ə) qoşuldu və öz canını o həzrətin (ə) yolunda fəda etdi.Müslim ibn Kəsir Ərəc Əzdi Əli (ə) dönəmindəki döyüşlərdə bir ayağını itirmişdi. Ona cihad vacib olmasa da Kufədən qaçıb Kərbəlada özünü İmama (ə) yetirdi və Aşura günü ilk hücumda şəhid oldu. Müvəqqə ibn Səmamə Əsədi də Kufədən Kərbəlaya gələnlərdən idi. O, Kufədən gecə çıxdı və özünü İmama (ə) yetirdi. Aşura günü böyük igidliklə döyüşdü. Sonda zəifləyib yerə yıxıldı. Başını bədənindən ayırmaq istəyirdilər. Lakin onun düşmən qoşununda qohumları var idi. Özlərini yetirib onu döyüşçülərin əlindən aldılar və Kufəyə apardılar. Onu gizlincə müalicə etmək istədilərsə də sirri saxlaya bilmədilər. Xəbər Kufə hakiminə çatdı. Onun göstərişi ilə Müvəqqə yaralı-yaralı zəncirlənib sürgün edildi. O, bir il beləcə zəncirlənmiş vəziyyətdə, al-qan içində keçirdi. Bir ildən sonra dünyasını dəyişərək İmam Hüseynə (ə) qovuşdu. Yuxarıda adı çəkilənlər etiqadca şiə olanlar idilər. Onlar canlarını İmam Hüseynə (ə) və onun haqq yoluna qurban verdilər. Əlbəttə, bu adları davam etdirmək də olardı. Lakin bu, tamamilə başqa bir kitabın mövzusudu.

     Elçi şəhidlər

    Bir çox şiələr Kufədən Məkkəyə, Məkkədən Kufəyə məktub aparır və bu yolda şəhid olurdular. Bir neçə nümunəyə nəzər salaq:

    Abdullah İbn Yəqtur Himyəti ( İmam Hüseynin (ə) süd qardaşı)

    Tarixçilər yazırlar: "İmam Hüseyn (ə) onu Müslim ibn Əqilin məktubuna yazdığı cavabla Kufəyə göndərdi. Hüseyn ibn Təmim onu Qadisiyyədə ələ keçirdi və Übeydullah ibn Ziyadın yanına göndərdi. Übeydullah ondan: "Nə məqsədlə gəlmisən?” ─ deyə soruşsa da cavab ala bilməyib dedi:"Qəsrin üstünə çıx və yalançı oğlu yalançıya lənət oxu. Sonra sənin haqqında bir qərara gəlim”. O, qəsrin üstünə çıxıb dedi: "Ey Camaat! Mən Peyğəmbərin (s) qızı  Fatimənin (ə) oğlu Hüseyn (ə) tərəfindən gəlmişəm. Gəlmişəm ki, ona Mərcanənin oğlu Übeydullaha qarşı kömək edəsiniz”.O, Übeydullahın əmri ilə qəsrin üstündən yerə atıldı. Nəticədə sümükləri sındı. Özündə deyildi. Kufə qazısı fəqih Əbd əl-Məlik ibn Ümeyr onun başını bədənindən ayırdı. Onun bu hərəkətinə etiraz etdikdə "Onu rahatlamaq istədim”, – deyə cavab verdi.Qeys ibn Müsəhhər SeydaviQasid şəhidlərdən biri də Qeys ibn Müsəhhər Seydavidir. O, Müslim ibn Əqil tərəfindən İmam Hüseynə (ə) məktub aparmışdı. İmamın (ə) cavabını Kufəyə apararkən yolda Hüseyn ibn Təmim tərəfindən tutulub Übeydullah ibn Ziyadın yanına göndərildi. Übeydullah ondan məktubun məzmunu haqqında soruşduqda, dedi: "Məktubu cırdım. Cırdım ki, sən onun məzmunu haqqında heç bir məlumat ala bilməyəsən”.İbn Ziyad dedi: "Məktub kimlərə göndərilmişdi? Əgər onu da demirsənsə minbərə çıx və yalançı oğlu yalançıya lənət oxu”. O, minbərə çıxıb dedi: "Ey camaat! Həqiqətən, Hüseyn ibn Əli (ə) yaradılmışların ən yaxşısıdır. O, Peyğəmbər (s) qızı Fatimənin (ə) oğludur. Mən onun tərəfindən göndərilmişəm. Mən ondan Hacərdə ayrılmışam. Özünüzü ona yetirin”. Bu sözlərdən sonra Übeydullaha və atası Ziyada lənət oxuyub İmam Əliyə (ə) salam göndərdi. İbn Ziyadın göstərişi ilə o, minbərdən yerə atıldı. Beləcə onu da şəhid etdilər. Bunlar həqiqi şiələr idilər.

    Kitabın adı: Haqqın izi ilə
    Müəllif: Əli Əsğər Rizvani


     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: huseyin asiqi | Status: | 25 Ekim 2014 21:17 | Qonaq | Şərh yazdı
    allah razi olsun canim menim ellerin derd gormesin
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.