İslam zinəti hüsnü həyası,
Müsəlman qadının gözüdür hicab.
Bizə yadigardı Ali Əbadan,
Xanım Fatimənin özüdür hicab.
Hicab bayrağı başımız üstə,
Canımızdan keçərik ondan keçmərik.
Hicabımızı deyil canımızı istə,
Canımızdan keçərik, ondan keçmərik.
Hicab Xanım Zəhradan bizə yadigar,
Onu Zeynəb bizə edib etibar.
Hicab bu dünyada bizə olub dar,
Canımızdan keçərik, ondan keçmərik.
Hicab Allah əmri, bühütə sayma,
Allahın əmrinə qadağa qoyma.
Hicab dərimizdir,dərimizi soyma,
Canımızdan keçərik, ondan keçmərik.
Hicab ismətimizdir, hicab arımız,
Həm varlığımız həm varımız.
Qiyamət günündə bizim arımız,
Canımızdan keçərik, ondan keçmərik.
Ey hicaba qarşı duran kimsələr.
Mehrini hiylələr qıyan kimsələr.
Zəhranın qəlbini qıran kimsələr,
Canımızdan keçərik ondan keçmərik.