İBNİ KƏVVANIN SUALI
İbni Kəvva Əli (ə.s)-dan soruşdu: – Allah Həzrət Musadan qabaq insanlardan bir kəslə danışmışdırmı?
Əli (ə.s) buyurdu: – Bəli. Allah-Taala hamı ilə – istər yaxşı, istərsə də pis adam olsun – danışmışdır, onlar da Allaha cavab vermişlər.
Bu cavab İbni Kəvvaya ağır gəldi və mə`nasını başa düşmədiyi üçün dedi: – Necə yə`ni Allah hər kəslə danışmışdır və onlar da cavab vermişdir?!
İmam (ə.s) buyurdu: – Məgər Qur`an oxumamısanmı?! Allah Öz Peyğəmbərinə buyurur: «Ey Peyğəmbər! Yada sal o zamanı ki, sənin Rəbbin Adəm övladlarından – onların arxalarından (sülblərindən) nəsillərini çıxartdı və onları özlərinə şahid tutaraq dedi: «Mən sizin Pərvərdigarınız deyiləmmi?!» Dedilər: «Əlbəttə ki, (bizim Pərvərdigarımızsan)!»[196]
Buna əsasən, Allah bütün Adəm övladları ilə danışmış, onlar da Allaha cavab vermişlər. Başqa ayədə də buyurulur ki, onlar (zər aləmində) öz Rəblərinə müsbət cavab vermişlər, Allah da onlara buyurmuşdur: «Mənəm yeganə Allah, Mənəm bağışlayan və mehriban.»
HƏZRƏTİ ƏLİ (Ə)-IN QƏZAVƏTLƏRİ
Müəllif: Ayətullah
Məhəmmədtəqi Tustəri