ALLAHIN NİŞANƏSİ
Bir nəfər Əli (ə.s)-ın yanına gəlib dedi: – Ya Əmirəl-mö`minin! Allahı nə ilə tanıdın?
Buyurdu: – Mənim əzm və qərarlarımı pozması ilə. Mən bir işi görməyə dair iradə və əzm etdim, maneələr və qəzavü-qədər onunla məqsədlərim arasında fasilə salaraq onun həyata keçməsinə mane oldu. Başa düşdüm ki, (bu işi) tədbir edən və onun axırını fikirləşən başqa bir Kəsdir.
Soruşdu: – Hansı səbəbə görə Allaha həmd edirsən?
Buyurdu: – Məndən necə (böyük) bəlaları dəf etdiyini, həmçinin başqalarına bəlalar varid etdiyini gördükdə başa düşdüm ki, O mənə minnət qoymuşdur. Mən də Ona şükür etdim.
Soruşdu: – Nəyə görə Onunla görüşəcəyinə bu qədər şövq bəsləyirsən?
Buyurdu: – Öz mələklərinin və peyğəmbərlərinin ayinini mənim üçün seçdiyini, ne`məti mənə tamamladığını gördükdə bildim ki, məni bu qədər əzizləyən Allah heç vaxt məni unutmaz. Buna görə də Onunla görüşə müştaq oldum.[
HƏZRƏTİ ƏLİ (Ə)-IN QƏZAVƏTLƏRİ
Müəllif: Ayətullah
Məhəmmədtəqi Tustəri