Qəzavət-Təkbirətul ehramdan qabaq deyilən təkbirlər
+9
Müəllif:
Admin | 14-10-2014, 14:00 | Baxılıb: 1 154
TƏKBİRƏTUL-EHRAMDAN QABAQ DEYİLƏN TƏKBİRLƏR BARƏSİNDƏ
Həzrət Əli (ə.s) təkbirətül-ehrama qədər deyilən təkbirlərin mə`nası barəsində belə buyurmuşdur: «Birinci dəfə «Allahu əkbər» deyəndə öz qəlbindən bu mə`nanı keçirirsən ki, Allah hər şeydən böyükdür, heç vaxt oturmaq və durmaq kimi mə`nalarla vəsf edilməz. İkinci təkbiri deyəndə bunu nəzərdə tutursan ki, Allah hərəkət və sükunətlə vəsf edilməkdən uzaqdır. Üçüncü təkbiri deyəndə qəlbindən bunu keçirdirsən ki, Allah, Onun barəsində «O, cisimdir» – deyilməkdən, yaxud hansısa bir şeylə müqayisə olunmaqdan, ya da bir şeyin Ona oxşadılmasından çox-çox böyükdür. Dördüncü təkbirdə bunu fikirləşirsən ki, Allah, müəyyən şeylərin və xəstəliklərin Ona ariz olmasından böyükdür. Beşinci təkbirdə bunu deyirsən ki, Allah, Ona «cövhər və ya ərəzdir» – deyilməsindən, yaxud bir şeyi həml etməsindən (daşımasından), yaxud bir şeyin Onda hülul etməsindən böyük və uzaqdır. Altıncı təkbirdə deyirsən ki, Allah, zavala uğrama, nəql olunma, bir haldan başqa hala keçirilmə kimi hadis işlərin Onun barəsində fərz edilməsindən böyükdür. Yeddinci təkbirdə də deyirsən ki, Allah beşlik təşkil edən duyğu üzvlərinə sahib olmaqdan çox-çox böyükdür.
HƏZRƏTİ ƏLİ (Ə)-IN QƏZAVƏTLƏRİ
Müəllif: Ayətullah
Məhəmmədtəqi Tustəri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.