1173. Tamahın pislənilməsi
3810. Allahın Peyğəmbəri (s): «Tamah alimin qəlbindən hikməti aparar.»
3811. Allahın Peyğəmbəri (s): «Tamah elə sürüşkən qaya parçasıdır ki, alimlərin ayağı onun üzərində sabit qalmaz.»
3812. Allahın Peyğəmbəri (s): «Tamahdan ehtiyatlı ol ki, o nəqd olan yoxsulluqdur.»
3813. İmam Əli (ə) : «Tamahkarlıq əbədi köləlikdir.»
3814. İmam Əli (ə): «Kim ömrünü azad yaşamaq istəyirsə öz qəlbində tamaha yer verməsin.»
3815. İmam Əli (ə): «Tamahkar xarlığa düçar olubdur.»
3816. İmam Əli (ə): «Kim tamah libasını əyninə geysə, özünü xar edər.»
3817. İmam Əli (ə): «Tamahkardan zəlil adam yoxdur.»
3818. İmam Əli (ə): «Ağılların ən sürüşkən yeri tamahların parıltısı altındadır.»
3819. İmam Əli (ə): «Təqva və tamahkarlıq bir yerə sığmaz.»
3820. İmam Baqir (ə): «Necə də pis bəndədir, rəhbəri tamah olan şəxs.»
3821. İmam Kazım(ə) (Hişama nəsihətindən): «Tamahdan çəkin və insanların malına göz dikmə. Xalqa göz dikmək adətini öz qəlbindən çıxar. Çünki tamah hər zəlalətin açarıdır. O, əqli oğurlayar, insaniyyəti didər, abrı ləkələyər və elmi aradan götürər.»
3822. İmam Hadi (ə): «Tamah çirkin xislətdir.»
3823. İmam Əskəri (ə): «Necə də pisdir mömində onu xarlığa çəkən istəyin olması.»
1174. Yaxşı tamah
Qur‘an:
«Yanlarını yataqlardan ayırarlar. Qorxudan və (ümidə) tamahla Öz Rəbblərini çağırar və onlara verdiyimiz ruzidən ehsan edərlər.»
«Niyə Allaha və haqdan bizə tərəf gələnlərə iman gətirməyək? Halbuki Rəbbimizin bizi layiqlilərin cərgəsinə (cənnətə) çıxaracağına tamah salmışıq?»
Hədis:
3824. İmam Səccad (ə) (duada): «Ey Ağam! Öz günahlarıma baxıram, qorxuram. Sənin bağışlamağına baxıram, (ümidə) tamahlanıram.»
3825. İmam Səccad(ə) (yenə də duada): «İlahi! Sənə bəslədiyim çoxdankı ümidimə, Səndən umduğum böyük təmənnaya görə, Sənin Özünə vacib etdiyin mehribanlıq və rəhmətə xatir dərgahına dilək əllərimi açıram.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild