Tibb
+5
Müəllif:
Elya | 16-10-2014, 12:00 | Baxılıb: 613
251 Tibb
1167. Həqiqi həkim
3793. Allahın Peyğəmbəri (s): «Həkim Allahdır, sənsə mehriban dost.»
1168. İnsanı təbabətdən ehtiyacsız edən şey
3794. İmam Əli (ə) (oğlu Həsən (ə)-a tövsiyəsindən): «Oğlum! Sənə dörd incə məqamı öyrədimmi ki, onlara riayət etməklə təbabətdən ehtiyacsız olasan?» Ərz etdi: «Bəli, ey Əmirəl-möminin (ə).» Həzrət (ə) buyurdu: «Acmamış yemək yemə, doymamış yeməkdən əlini çək, yeməyi yaxşı çeynə və yatmaqdan qabaq ayaqyoluna gedib rahatlan. Əgər bu məqamlara riayət etsən, həkimə ehtiyacın olmaz.»
3795. İmam Əli (ə): «Havaların soyumağının əvvəlində özünüzü soyuqdan qoruyun (soyuq hava fəslinin) sonunda ona üz tutun. Çünki soyuq ağaclarla etdiyini, bədənlərlə də edir. Əvvəldə (ağacların yarpaqlarını) yandırar və sonda yarpaqları bitirər.»
1169. Təbibdən daha yaxşı həkim
3796. İmam Əli (ə): «Təcrübəli insan təbibdən daha yaxşı həkimdir.»
3797. İmam Əli (ə): «Həkimlik edən şəxs Allahdan qorxmalı, xeyirxah olmalı və öz səyini əsirgəməməlidir.»
Kitabın adı: Mizanul–Hikmət (xülasəsi) 2-ci cild
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.