Sual 81-90
Sual 81: Məsciddə Amerikaya, İsrailə (Ermənistana) ölüm şüarları vermək olarmı?
Cavab: Quran müsəlmanları belə tanıtdırır: "Məhəmməd (s) Allahın rəsuludur və onunla olanlar kafirlərə qarşı sərt və bir-birlərinə qarşı mərhəmətlidirlər.”
Kafirlərə qarşı ölüm şüarları oxumaq ayədəki "sərtliyin” bir nümunəsidir. Əlbəttə ki, şüarla kifayətlənmək olmaz və bu sərtlik əməldə də özünü büruzə verməlidir.
Quranda Peyğəmbərin xanımlarına buyurulur ki, yumşaq danışsanız, düşmən tamaha düşər.
Amma bu gün peyğəmbər xanımları yoxsa da, ayədə mühüm bir siyasi işarə var: müsəlmanlar mərhəmətli olsalar da, düşmənlə yumşaq davranmamalıdırlar. Bizim yumşaqlığımız pusquda durmuş düşmən üçün yaşıl işıq yandırır.
Sual 82: Kafirlərə qarşı nümayişlərdə iştirak etmək vacibdirmi?
Cavab: Quran buyurur: "Kafirlərin qəzəbinə səbəb olan bir yerə ayaq basanlar üçün saleh əməlin mükafatı yazılar."
Müqəddəs amallar məqsədi ilə keçirilən nümayişlərdə də iştirak etmək ibadət etməklə yanaşı, xalqın ruhunu gücləndirən dəvətdir.
Sual 83: Nə üçün dini hökmlərdə müctəhidə təqlid edilməlidir?
Cavab: Həyatımızda elə bir sahə yoxdur ki, mütəxəssisə ehtiyac olmasın. Din bilicisi olan müctəhidlər özləri də xəstələndikləri vaxt həkimə müraciət edirlərsə, həkimin dini məsələdə müctəhidə təqlid etməsi nə üçün təəccüb doğurmalıdır.
Quran buyurur: "Bilmədiyinizi zikr əhlindən soruşun.”
Diqqət etməliyik ki, söhbət adi alimdən yox, təqva sahibi olan zikr əhlindən gedir.
Rəvayətlərə əsasən agah, adil, həva-həvəsdən uzaq alimlərə təqlid olunmalıdır. Sənədsiz ev, avtomobil qeyri-qanuni hesab olunduğu kimi, təqlidsiz əməl də batildir.
Sual 84: Vilayət nədir?
Cavab: Cəmiyyət rəhbərə ehtiyaclıdır. Rəhbərsiz cəmiyyət hərc-mərcliyə məhkumdur. Rəhbər islamşunas, savadlı, şücaətli, təqvalı, dünya hadisələrindən xəbərdar bir müsəlman olmalıdır. Layiqli rəhbəri xalqın seçdiyi islamşünaslar təyin etməlidir.
Sual 85: Əsrlər keçdikdən sonra peyğəmbərin göstərişlərinə həvəslə əməl olunmasının səbəbi nədir?
Cavab: Peybəmbərlərin müvəffəqiyyətlərinin bir sıra dəlilləri vardır:
1. Paklıq, xalislik, canıyananlıq, nöqsansız keçmiş.
2. Dəlil və məntiq.
3. Öz dediklərinə şəxsən əməl etmələri.
4. Geniş qəlb və xoş rəftar.
5. Göstərişlərin insan fitrətinə uyğunluğu.
6. Göstərişlərin bütün ehtiyaclara cavab verməsi.
7. Göstərişlərin asanlığı.
Həkim iynədən qorxan uşağı ələ almaq üçün deyir: "Əzizim bütün xəstələrə iynə vurulur. İynənin ağrısı üçə sayanadək keçəcək. Əgər indi iynə vurulmasa, sonra daha çox iynə vurulmalıdır.” Mümkün olduqda həkim uşağı tabletlə müalicə etməyə üstünlük verir. Görün Allah öz bəndələrini oruca necə dəvət edir: "Ey iman gətirənlər, əvvəlki ümmətlərə vacib olduğu kimi oruc sizə də vacib oldu. Bəlkə, bu yolla pis işlərdən çəkinəsiniz; Oruc sayı müəyyən olan günlərdir…”
Bu ayələrlə həkimin dedikləri arasında oxşarlıq görürsünüzmü?!
Sual 86: Bütün işlərimizə İlahi rəng vura bilərikmi?
Cavab: Quran buyurur ki, işlərinizə ilahi rəng verin. İlahi rəng vurmaq Allahın razılığına uyğun iş görməkdir.
Məsələn, xanımınıza aldığınız paltarı ona həzrət Fatimə (ə)-nın doğum günü təqdim etsəniz, işinizə İlahi rəng vurmuş olarsınız. Bir yerdə əyləşərkən üzüqibləyə əyləşsəniz Allahın razılığını qazanarsınız.
Həzrət Əli (ə) qonaq gedərkən əvvəlcə evdə yeyər, sonra gedərdi. Soruşanlara bildirərdi ki, qonaqlığa getməkdə məqsəd möminlə görüş olsa daha yaxşıdır.
Quranda bəyan olunur ki, axirət üçün çalışan insan dünyadan da faydalanırsa, dünya üçün çalışan insan axirətdən məhrum olur.
Sual 87: Hər şeyi bilmək faydalıdırmı?
Cavab: İnsan bəzi şeyləri bilməsə yaxşıdır. Quran buyurur: "Qanınızı qaraldacaq şeylər barəsində soruşmayın.”
Dövlət bir neçə günlük taxıl ehtiyatı qaldığını xalqa bildirdikdə insanlar narahat olub, ehtiyat toplamağa başlayır, iqtisadi durum bir qədər də ağırlaşır. Amma yaxşı olar ki, dövlət belə bir xəbəri yaymaq əvəzinə taxıl tədarükü üçün çalışsın.
Quran bütün bilikləri üç qismə ayırır:
1. Faydalı elmlər. Həzrət Musa (ə) belə bir elmə sahib olmaq üçün Xızra yoldaş olmaq istəyir.
2. Zərərli elmlər (bax: "Bəqərə”, 102).
3. Nə faydası nə də zərəri olan elmlər. Məsələn, Kəhf əshabının sayını bilməyin nə zərəri var, nə də faydası (bax: ”Kəhf”, 22).
Tarixdə zərərli biliklərdən qorunmaq üçün hicrət edənlər az olmayıb.
Sual 88: Dini qəbul etməyən adama son sözümüz nə olsun?
Cavab: Sürücülər yolda karlarına gələ biləcək bəzi şeyləri özləri ilə götürürlər. Ehtiyat təkəri olan avtomobilin yolda təkəri buraxmasa, sürücü bir şey itirmir. Amma ehtiyat təkəri olmayan avtomobilin təkəri yolda buraxsa sürücü əziyyət çəkməlidir.
Bəli, insan ehtimal verdiyi hadisələrə qarşı hazırlıq görməlidir. Ehtiyatlı insan soyuqda donmaz, yağışda islanmaz.
Bəs dində necədir? Peyğəmbərlər ölümdən sonrakı həyat, sorğu-sual haqqında kifayət qədər məlumat vermişlər. Xalqın onlara inanan hissəsi sutkada on-on beş dəqiqə namaz qılır, ildə bir dəfə bir ay müddətində oruc tutur və zərərli işlərdən çəkinirlər. Bu insanlar axirətdə bir şey qazanmasalar da (hansı ki, veriləcək) heç nə itirməyəcəklər. Bəs peyğəmbərlərə inanmayıb, kefindən qalmayan insanlar qiyamət sorğusu düz olarsa (hansı ki, düzdür) nə edəcəklər?
Bəli, hər bir ağıllı insan ehtiyatlı olmalı, mümkün çətinliklərə hazırlaşmalıdır. Əgər qarşınızdakı insan Quran həqiqətlərinə inanmırsa, o, təkcə imansız yox, həm də ehtiyatsız adamdır.
Sual 89: Ən yaxşı əməl nədir?
Cavab: Ən yaxşı əməl Allahın qəbul etdiyi əməldir. Əməlin böyük-kiçikliyi yox, onun qəbulu şərtdir.
Həzrət İbrahim (ə) oğlu İsmailin köməyi ilə Kəbənin dayaqlarını qaldırarkən Allahdan bu əməli qəbul etməsini istədi. Demək, görülən iş çox əhəmiyyətli bir iş olsa da hansısa səbəblərdən qəbul olunmaya bilər.
Sual 90: Allah hansı işləri qəbul edir?
Cavab: Əməlin qəbul olması üçün həm hədəf, həm iş, həm də vasitə düzgün olmalıdır. Məsələn, həccə getmək düzgün hədəfdir. Amma oğurluq at ilə bu səfərə çıxmaq nəinki savab deyil, hətta günahdır. Təmizliyi qorumaq yaxşı işdir. Amma qara kömürlə ağ divara "zibil atmayın” yazmaq özü çirkin bir işdir.
Bəzən isə üsul və vasitə düz olduğu halda hədəf yanlış olur. Həzrət Əli (ə) ilə müxalif olan xəvaric dəstəsi "hökm yalnız Allaha məxsusdur” şüarı ilə çıxış edirdilər. Şüar öz-özlüyündə düzgün olsa da, onu göyə qaldıranlar həqiqəti tapdamaqla məşğul idilər. Quranı başına qaldıran insan onun göstərişlərinə əməl etməlidir. Həkimin yazdığı nüsxəni çərçivəyə salıb divardan asan, amma dərmanları qəbul etməyən xəstə sağalarmı?!
Kitabın adı: Məsəllər
Müəllif: Möhsin Qəraəti