» » Ağ vərəqdə nə yazmalıyıq?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Ağ vərəqdə nə yazmalıyıq?
    +10
    Müəllif: Huseynci Medine | 3-10-2014, 21:00 | Baxılıb: 1 349

    Hər bir valideyn öz övladı qarşısında müəyyən vəzifələrə görə məsuliyyət daşıyır. Bütün valideyinlərin ən böyük istəkləri, övladlarını gözəl, əxlaqlı və təhsilli görməkdir. Çünki bu sifətlərin hər iki dünyada böyük faydaları vardır. Bəs mən valideyn olaraq övladlarımı necə tərbiyə etməliyəm? Necə etməliyəm ki, nümunəvi insan tərbiyə edib cəmiyyətə təhvil verim? İmam Səccad (ə) buyurmuşdur :
    «Uşağın qarşısında borcun bundan ibarətdir ki, - o pis də olsa, yaxşı da olsa səndən yaranıb və sənə mənsubdur buna görə də - onu ədəbli etmək məsuliyyəti sənin boynunadır. Ulu Tanrını tanımaqda ona yol göstərməli, itaət etməkdə isə yardım etməlisən. Bunu da bilməlisən ki, uşağınla yaxşı rəftarına görə Allah tərəfindən mükafatlanacaq və pis rəftarına görə isə cəzalandırılacaqsan.»
    (Məkarumul – əxlaq S 484.)
    Övladın gələcək həyatı onun tərbiyəsindən asılıdır. Tərbiyə etmək vəzifəsi isə valideynin öhdəsinə düşür. Həzrəti Peyğəmbər(s) buyurmuşdur:
    «Ən yaxşı şey ədəb və yaxşı tərbiyədir»
    ( Məcməüz zəvaid. c.8 s.159). Saleh övlad yetişdirən həm özünə yaxşılıq etmiş olur - başı uca olur, həm də cəmiyyətə xeyir vermiş olur. Çünki, o uşaq gələcəyin valideyni və gələcəyin vətəndaşı olacaq. Bəs düzgün tərbiyə üçün nə lazımdır? Hər şeydən əvvəl tərbiyəçi təcrübəli, səbrli, tədbirli olmalıdır. Hər bir uşağın gələcək şəxsiyyətinin bünövrəsi məhz uşaqlıq çağında qoyulur. Ən kiçik səhv və ya səhlənkarlıq uşağın şəxsiyyətinə zərbə vura bilər. Uşaq ilk üç ildə formalaşır, onun əxlaqı, içtimai və dini şəxsiyyətinin təməli qoyulur. Bu üç il ərzində o yaxşılığı, pisliyi, düşmənçiliyi, məhəbbəti, qorxunu, gözəlliyi və s. bu kimi hissləri başa düşür və dərk edir.
    Burada həzrət Əli (ə) oğlu imam Həsənə (ə) buyurduğu hədisi qeyd etsək yerinə düşər.
    «Uşağın ürəyi xam torpaq kimidir, onda nə əksən bitər. Buna görə də mən sənin ürəyin bərkiməmişdən öncə səni tərbiyə etmək işinə başladım. ( Yəsail J.15 S.197). İslam peyğəmbəri Məhəmməd (s)-ın çox əhəmiyyət verdiyi bir əməl - yenicə dünyaya gələn uşağın qulağına azan və iqamə deməyin nə mənası var, axı körpə heç nə duymur, anlamır. Bəli, uşaq azan, iqamə və Quran ayələrinin mənasını başa düşmür, amma bütün bu kəlmələrin uşağın həssas ruhuna böyük təsiri var. Bu təsir yalnız eşitmək yolu ilə deyil, umumiyyətlə bütün hislərin vasitəsilə uşağın beyni və əsəblərində həkk olunur. Uşağın tərbiyəsində məhəbbətin rolu əvəzsizdir. Heç kimin tərəfindən sevilmədiyini bilən kimsə özünü bu dünyada tək-tənha hiss edər və həmişə qəmqin olar. Uşaların isə məhəbbətə daha artıq ehtiyacı var. Uşaq üçün sarayda və ya daxmada yaşamağın elə bir fərqi yoxdur, amma sevilib sevilmədiyinin əhəmiyyəti çoxdur. Məhəbbət görən uşağın ruhu şən və şad olar, özünü məhrum hiss etməz, buna görə də pis reaksiya göstərməz, mehriban və insanpərvər olar. Amma məhəbbətsiz bir mühütdə böyüyən, ata-ana məhəbbətindən məhrum olan uşaq insanpərvər olmaz, özündə çatışmamazlıqlar hiss edər, bu səbəbdən azğınlığa düşə bilər. Məhəbbət yaxşı əxlaqın əsasıdır.
    Həzrət Peyğəmbər (s) buyurub:
    «Uşaqlarınızı çox öpün, çünki hər dəfə onları öpdükda sizin cənnətdəki dərəcəniz yüksəlir»
    (Bihar c. 104, s. 92). «Uşaqları sevin və onlara mehribanlıq edin». (Bihar c. 104, s. 92) Uşaq həmişə məhəbbətə möhtacdır. O, ata-ananın məhəbbətindən sevinir, onların laqeydliyindən və məhəbbətsizliyindən isə kədərlənir. Elə valideyinlər var ki, uşağa deyərlər: «filan işi görsən anan səni çox istəyər, amma filan işi görsən səni sevməz». Belə işin aqibəti çox pisdir. Uşaq ikiüzlü və yalançı ola bilər. Başqalarının məhəbbətini qazanmaq üçün hər şey edə bilər.
    Həddindən artıq məhəbbət isə uşağın ərköyün olmağına gətirib çıxarır. Uşaq əmr etdiyi zaman valideyn tez-tələsik yerinə yetirdikdə əziz-xələf uşaqda hökmranlıq hissi yaranar, gündən-günə artar. Bu isə nöqsanlı sifətdir. Ərköyün insanın ailə həyatı uğurlu olmur, məhz bu səbəbə görə bütün istəklərini əldə edə bilmədikdən ailələri dağılır. Ərköyün adamlar inciyən və xudbin sifətə malik olurlar. Həddindən artıq məhəbbət düzgün tərbiyə olunmamasına gətirib çıxarar.
    İmam Məhəmməd Baqir (ə) buyurmuşdur:
    «Ən pis ata uşağına həddindən artıq məhəbbət göstərən atadır».
    Valideyinlər uşaq tərbiyəsində qorxu hissindən də istifadə edirlər. Görək bu hissin nə kimi faydası var? Qorxu Allahın insana bəxş etdiyi nemətlərdən biridir. Amma bu düzgün şəkildə istifadə olunarsa fayldalı olar. Əks halda pis nəticə verər. Uşağın qorxaq yetişməyinə səbəb olan işlərdən biri onu yersiz tənbeh etmək, qaranlıq yerə salmaq, it-pişiklə, cin-xuxu və s. ilə qorxutmağınızdır. Əgər o bu kimi şeylərdən qorxursa onun ruhunu sakitləşdirməyə, qorxaqlığını aradan qaldırmağa çalışın. Onu danlamaqla yox, başa salmaqla pis işdən çəkindirin. Qorxulu və təhlükəli məsələlərdə isə məs: qaz, kibrit, elektrik və s. düzgün istifadə qaydalarını valideyinlər öyrətməlidirlər, düzgün istifadə olunmadıqda isə baş verə biləcək işlərin fəsadını başa salmaq lazımdır. Müəyyən vaxta qədər uşağa cəhənnəm, günah etmək, Qiyamət günü və s bu kimi məsələlərdən danışılmamalıdır, Allahın mehribanlığından, bağışlayan olmasından, insanları sevdiyindən danışılmalıdır. Bəzən uşaqlarda inadkarlıq hissi olur. İnadkar uşağı nə döyməklə, nə də hər nə istəsə verməklə düzgün tərbiyə etmiş olmarıq.
    Həzrət Əli (ə) buyurmuşdur:
    «İnsanın dünya və axirəti üçün inadcılığın ziyanı hər şeydən çoxdur».
    (Fürəkül – hükəm c.104.) Tərbiyəçi uşaqla dostluq etməli, yol göstərməlidir, onun inadkar olmasının səbəbini tapmalıdır. Zərərsiz bir şey istəsə ona sərbəstlik verməlidir. Uşağı bərk danlamaq, təhqir etmək və döymək olmaz.
    Həzrət Əli (ə) buyurmuşdur:
    «Danlamaqda həddi aşmaq, inadçılıq odunu alovlandırar.»
    (Təhəfül – üqul s.80.) Əgər uşağın inadcıllığının səbəbini tapa bilmirsinizsə, onda özünüzə fikir verin, bəlkə özünüz də inad edirsiniz. Bəzən də uşaqlarda paxıllıq hiss olunur. Paxıllıq pis hisdir. İnsanı günah etməyə vadar edər.
    İmam Mühəmməd Baqir (ə) buyurmuşdur:
    «Od odunu yandırdığı kimi paxıllıq da insanı yandırar.»
    (Şafeyi J.1 S. 173) Valideyn bütün uşaqları ilə ədalətli şəkildə rəftar etsə, birini o birindən üstün tutmasa və müqaisə etməsə, onlar arasında fərq qoymasa uşaqlarda paxıllıq hissi yaranmaz. Paxıl insan başqasında nemət görərsə gözü götürməz, onun məhv olmasını istəyər. Valideynin səhvi üzündən uşaq bədbəxt ola bilər.
    Başqa bir hiss, qəzəb hissi haqda da qeyd etmək lazımdır.
    Həzrət Əli (ə) buyurmuşdur:
    «Qəzəblənməyin, çünki qəzəbin əvvəli dəlilik, sonu peşmançılıqdır»
    (Müstədrək c.2 s.326). Hirsli, qəzəbli uşaq qışqırar, ayağını yerə vurar, küsər və s. Uşaq zatən pis deyil. Burada da valideyn tədbirli olmalı, qəzəbi aradan qaldırmaq üçün səbəbini tapmalıdır. Uşağı təhqir etmək, incitmək, istəklərini saymamaq, sevilmədiyini hiss etdirmək, qorxutmaq və s. ilə uşaqda qəzəb dərəcəsi tədricən qüvvətlənər və gələcəkdə o hirsli bir adama çevrilə bilər.
    Peyğəmbər Əkrəm (ə) buyurmuşdur:
    «Təlim – tərbiyə işində nəzakətli olun və sərt davranmayın. Çünki elmli müəllim sərt müəllimdən daha yaxşıdır.»
    (Bihar c.77 s. 175) Ümumiyyətlə uşağı pis bir hərəkətinə görə döymək, tənbeh etmək bəyənilmir, çünki döyülən uşaq valideynə qarşı kinli olar, qorxaq olar. Döyməklə uşağı pis bir işdən çəkindirmək mümkündür, lakin o imkan tapanda həmin əməli təkrar edəcək. Uşağı başqasının yanında tənbeh etməyin, çünki, uşaq heç bir zaman bu hadisəni unutmaz, bu onun ruhunda pis təsir qoyar, əgər cəzalandırmağı lazım bilirsinizsə, döyərkən elə etməlisiniz ki, yeri qalmasın, qızarmasın, göyərməsin çünki bunlar … verməyə səbəb olar.
    Bəli, məqalənin sonunda bu nəticəyə gəlirik ki, hər insan övladı dünyaya gələrkən pak dünyaya gəlir - ağ kağız kimi. Bəs biz bu ağ kağız üzərində nə yazmalıyıq? Allahdan diləyirik ki, övladlarımızın təlim – tərbiyəsində bizi diqqətli etsin. Bilməyərəkdən edilən bir səhv övladlarımızı uçuruma apara bilər. Allah bütün valideyinləri saleh övladları ilə hər xəta və bəladan qorusun.

    Mənbə: "Ağ vərəqdə nə yazmalıyıq" kitabı
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 7
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 4 Ekim 2014 13:22 | Redaktor | Şərh yazdı
    Sitat: mehebbet
    ALLAH RAZI OLDUGU QULLARINDAN OLASAN.BELEDI BELI EN YAXIN TANIWIM VALIDEYN OVLADINA SOYUQ MUNASIBETDEN YANA QIZ XESTE OLDU.OZUNE QAPANDI.SAYRIWAN TELLER XESTELIYI QIZDA GETDIKCE GUCLENDI.AILELIYI DE COX CEKMEDI.BOWANDI.ATA-ANADAN COX WEY ASILIDI MENIM BALAM.

    ALLAHIN SALAM VE SALAVATI OLSUN MENIM XALAMA. ALLAH SENDEN RAZI OLSUN XALACAN. XALA DUZ DEYIRSEN VALIDEYNDEN COX SEY ASLIDI HEM VALIDEYNDEN HEM OVLADDAN. SEN DEDIYIN KIMI XALAM BEZI VALIDEYNLERIN UCBATINDAN OVLADLAR PIS YOLLARA DUSUR. TEK VALIDEYNIN GUNAHI DEYIL HEMDE OVLADIN.XALAM BIZ GENC NESILIY. BIR AZ DELI DOLU VURDULU QIRDILI OLURUG. (sebebi ise cavanligdi) AMMA COX SUKUR PIS YOLLARA DUSMURUK. CUNKI EHLI-BEYT ASIQLERINDENIK. CENNETIN 2 GENCI HESEN VE HUSEN E ORNEY ALIRIQ. XALACAN MENIM AILE VELIDEYN-OVLAD MUNASIBETINE COX FIKRIM VAR. HEM GORDUKLERM HEM YASADIQLAR. XALACAN ALLAH HER KESI XOSBEXT ETSIN. OVLAD VALIDEYNNEN UZ AG OLMASIN. VALIDEYNDE BUNA IMKAN YARTAMASIN.EN GOZEL AILE. OVLADIN ANA ATASI ILE DOST OLMASIDIR. DOSLTLUQ OLANDA VALLAH BELE PIS YOLLARADA DUSMUR CAVANLAR.XALACAN ALLAH SENI QORUSUN SENI MNIM BASIMDAN EKSIY ETMESIN. MENIM CANIM XALAM . ALLAH NEVELERINI BALALARINI QORUSUN. ONLAR XOSBEXTDILERKI SEN ONLARIN BASININ UTUNDESEN . VE MENDE COX AMMA COX XOSBEXTEM. SENIN BALANAM XALAMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMM

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: mehebbet | Status: İstifadəçi Offline | 4 Ekim 2014 12:43 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLDUGU QULLARINDAN OLASAN.BELEDI BELI EN YAXIN TANIWIM VALIDEYN OVLADINA SOYUQ MUNASIBETDEN YANA QIZ XESTE OLDU.OZUNE QAPANDI.SAYRIWAN TELLER XESTELIYI QIZDA GETDIKCE GUCLENDI.AILELIYI DE COX CEKMEDI.BOWANDI.ATA-ANADAN COX WEY ASILIDI MENIM BALAM.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: mehebbet | Status: İstifadəçi Offline | 4 Ekim 2014 12:11 | İstifadəçi | Şərh yazdı
    ALLAHIN RAZI QALDIGI QULLARINDAN OLASAN.ELLERIN CENNETDE GULLER DERSIN.YAXWI TERBIYEVI SOZLERDI.AMMA HAMI EMEL EDE BILMIR.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Rehime | Status: İstifadəçi Offline | 4 Ekim 2014 10:56 | İstifadəçi | Şərh yazdı
    COX SAG OLUN ALLAH RAZI OPLSUN AMIN REHIMLI ALLAHIM QARSINIZA HEMISE XEYIR CIXARSIN AMIN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 4 Ekim 2014 08:28 | Sayt nəzarətçisi | Şərh yazdı
    cox sagol bacim menim Allah komeyin olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 4 Ekim 2014 01:06 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI OLSUN GÖZEL BACIM ÇOX DEYERLİ SÖZLERDİ ELLERİN VAR OLSUN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 4 Ekim 2014 00:39 | Sayt nəzarətçisi | Şərh yazdı
    Cox gozeldi, Allah komeyin olsun bacim,Allah razi olsun. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.