Aşağıdakı sadalanan əməllər nankorluğun zahiri əlamətlərindəndir:
1.Valideynlərin hər hansı bir söz və ya hərəkətlə ağlatmaq, kədərləndirmək.
2.Onların üstünə qışqırıb acılamaq.
3.Onların buyurduqlarına " uff " deyərək və s. etiraz etmək.
4.Onların hüzurunda qaşqabaq tökmək.
5.Onlara nifrətlə baxmaq.
6.Onlara nəyi isə əmr etmək.
7.Onların təqdim etdiyi ruzini və s. bəyənməmək, eyib etmək.
8.Ev işlərində onlara yardım etməmək.
9.Onların danışdığı an üz çevirmək və danışıqlarına məhəl qoymamaq.
10.Onların məsləhətinin (qocaldıqlarına və s. görə) faydasız olduğunu hesab etmək.
11.Onların yanına (otağa və s.) icazəsiz daxil olmaq.
12.Onların önündə (həyat yoldaşı,dost,övlad və s.ilə) əxlaqsız mübahisə aparmaq.
13.Qeyrilərinin yanında onları pisləmək və eyiblərini xatırlamaq.
14.Onları söymək və onlara lənət oxumaq.
15.Onların xoşuna gəlməyən canlını və ya əşyanı evə gətirmək.
16.Onların önündə əxlaqsızlıq etmək (siqaret çəkmək, telefonla qızla (oğlanla) məhəbbətdən danışmaq,alt paltarda gəzmək və s.)
17.Onların hüzurunda əxlaqsız əməlləri xatırlamaq.
18.Onları çətin vəziyyətə salmaq (borca girmək, cinayət törətmək,əxlaqsızlıqla onların adını ləkələmək və s.)
19.Günlərlə evdən didərgin düşmək və bununla da onları narahat etmək.
20.Onlara imkanları çatmadığı bir şeyi aldırmaq və ya tələb etmək.
21.Həyat yoldaşına (zövcəsinə)valideynlərindən daha artıq itaət etmək.
22.Qocalıq çağında onları tərk etmək.
23.Onları valideyn kimi təqdim etməkdən utanmaq.
24.Onları vurmaq.
25.Onların səhvlərini bağışlamamaq.
26.Onlara mal-dövlətdən xərcləməmək.
27.Onlara hər hansı bir əmələ görə minnət qoymaq.
28.Onların mal-dövlətindən oğurlamaq.
29.Onların ölümünü təmənna etmək.
30.Onlardan xilas olmaq üçün onları öldürmək.
Övladın nankor olmasının əsas səbəbləri:
1.Cəhalət (elmsizlik)
2.Pis tərbiyə.
3.Ziddiyət (məsələn, valideyn övladına emr etdiyinə özü əməl etmir).
4.Övladla sərt rəftar etmək.
5.Valideynlərin öz valideynlərinə qarşı nankor olması.
6.Allahdan qorxmamaq.
7.Övladın birini digərindən üstün tutmaq.
8.Həyat yoldaşının əxlaqsız olması.
9.Valideynin necə əziyyət çəkdiyinə məhəl qoymamaq.
10.Övladı yaxşı işlər görməyə həvəsləndirməmək.
Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu
Mənbə: "Valideynlərə münasibət" kitabı