Bu qürbətdə Allah gözüm yoldadır
Ki, dərdim dəvası uzun qoldadır
Xəbər yox əlimdən tutar kim əlimdən üzüm gülmədi
Həsən çox yubandı Əbəlfəzl utandı Huseyn gülmədi
Bacı can verəndə baxar qardaşa
Vəli qəmli Zeynəb baxır daş-daşa
Bu həsrət yetişdi başa
Mənə dağlar ağlar mənə daşlar ağlar bağı neyləyim
Mənə Kərbəlada kəsik başlar ağlar bağı neyləyim
Ayaqdan düşənlər yanar qan udar
Əgər gəlsə Abbas əlimdən tutar
Yoruldum İlahi day öldür qurtar
Çəkib əlli dörd il bəla dağlanan del qara salmışam
Yoxum yarı yoldaş, hanı yeddi qardaş? Qərib qalmışam