» » » İmam Həsən Əskəri (əleyhissəlam) (hissə 3)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Həsən Əskəri (əleyhissəlam) (hissə 3)
    +10
    Müəllif: Huseynci Medine | 19-01-2016, 14:30 | Baxılıb: 1 119
     
     
     
    İmamın tərbiyə üsulu

    İmam Sadiq əleyhissalamın nəslindən olan Әbülhəsən Qumda yaşayır və çirkin əməllər sahibi kimi tanınırdı. Bir gün Әbülhəsən Qum şəhərində imam Həsən Әskərinin nümayəndəsi olan Әhməd ibni İshaq Əşərinin qapısına gələrək evə girmək üçün izn istədi, lakin imamın nümayəndəsi onu gördüyü pis işinə görə qəbul etmədi.
    Әbülhəsən kor-peşman evinə qayıtdı və ona edilən bu hörmətsizliyə görə çox narahat oldu.
    Həmin ildə Əhməd ibni İshaq Əşəri Məkkəyə getdi, qayıdanbaş imam Həsən Әskəri əleyhissalamın qapısına gələn Əşərini imam da qəbul etmədi.
    Çox yalvar-yaxardan sonra imamın hüzuruna gəlib bu işin səbəbini soruşdu. Həzrət (ə) belə buyurdu: «Səninlə bizim əmioğlumuzla rəftar etdiyin kimi rəftar etdim».
    Əşəri dedi: Ey Peyğəmbərin övladı, mən onu tərbiyələndirmək və gördüyü pis işlərindən uzaqlaşdırmaq üçün bu işi gördüm.
    Həzrət (ə) buyurdu: «Sənin gördüyün iş doğru deyildi. İslamda yolunu azmış insanlarla belə rəftar etməzlər, əksinə onları hidayət edib doğru yolu göstərərlər.»
    Əşəri Quma qayıtdı və bu münasibətlə hamı onun görüşünə gəlmişdi. Onların arasında Әbülhəsən də var idi. Əşəri onu görən kimi yerindən qalxıb ona hörmət etdi və öz yerini ona verdi. Әbülhəsən onun bu işindən heyrətlənib dedi: "Bu işin keçmişdəki rəftarınla çox fərqlidir. Məni əhvalatdan xəbərdar et." Əşəri əhvalatı olduğu kimi ona danışdı. Әbülhəsən o qədər utanmışdı ki, evə qayıtdıqdan sonra pis işləri buraxıb təqvalı olmaq qərarına gəldi və ondan sonra zahid və pak kişilərdən oldu.

    İmamın qeyb aləmi ilə əlaqəsi
     
    Bir çox kitablarda imamın möcüzəli işlərindən çoxlu rəvayət nəql olunub. Biz burada həmin rəvayətlərdən bir neçəsini qeyd edirik:
    1.Cə᾽fər Cürcani deyir: Həccə getmişdim və imam Həsən Əskəri əleyhissalamın hüzuruna gəldim. Dostlarının verdiyi pullar mənim yanımda idi. İmamdan pulları kimə verəcəyimi soruşmaq istəyirdim ki, hüzurunda olmaq şərəfinə nail olandan sonra mən heç bir söz demədən həzrət (ə) özü belə buyurdu: «Yanındakı pulları xidmətçim Mübarəkə ver.». Mən pulları ona təhvil verib imama «gürgandakı dostlarınız sizə salam söylədilər» - dedim. İmam (ə) belə buyurdu: «Allah onları mükafatlandırsın. Sən Gürgana qayıtdıqdan sonra Allah sənə bir oğlan uşağı əta edəcək. Adını Şərif qoy. O, bizim dostlarımızdan olacaq. Allah-taala bizim dostlarımızdan olan Ibrahimə də bir oğlan uşağı əta edəcək. Ona da de ki, oğlunun adını Әhməd qoysun. O da bizim dostlarımızdan olacaq.» Mən imamla xudahafizləşib getdim və sonralar elə imamın buyurduğu kimi oldu.
    2.Sünni alimlərindən Şəblənci, Әbu Haşimdən belə nəql etmişdir: Mən imamın əshabından dörd nəfərlə birlikdə zindanda idim. Həzrət (ə) bizim yanımıza gəldi. Biz onun ətrafına yığışıb söhbət etməyə başladıq. Bizim aramızda özünü Әli övladından sanan bir kişi də var idi. Həzrət ona işarə etdi ki, bayıra çıxsın. O, gedəndən sonra imam (ə) belə buyurdu: «Bu kişi yalan deyir. O, bizdən deyildir. O, xəlifənin casusudur və sizin haqqınızda məlumat hazırlayaraq paltarında gizlətmişdir ki, xəlifəyə çatdırsın». Biz onu gətirib paltarını axtardıq və imamın buyurduğu kimi bizim haqqımızda yazılmış məlumatı ondan tapdıq ki, əgər xəlifənin əlinə yetişsəydi, bizim hamımızı öldürərdi. Biz həmin kağızı məhv etdik və o gündən etibarən həmişə ehtiyatla hərəkət etməyi qərara aldıq.»
    3.İbrahim adlı bir şəxs belə deyir: Mənimlə qardaşıma xəbər verdilər ki, atamız uzaq bir yerə səfərə gedib, lakin ondan heç bir xəbər-əsər yoxdur. Qardaşımla birlikdə Mədinədən İraqa tərəf yola düşdük. Mən imam Həsən Әskəri əleyhissalamın yanına gedib ondan kömək almaq istəyirdim. Çünki imamlıq elmi ilə atamı tapmaq üçün mənə kömək edə bilən yeganə şəxs yalnız o həzrət idi. Uzaq yollardan gəlib o həzrətin qapısına yetişdim. Bir müddət orada oturdum. Bir nəfərin həzrətin evindən çıxmasını gözləyirdim ki, ona nə üçün oraya gəldiyimi deyim ki, o da imama xəbər versin. Düşüncəyə dalıb gələcəyimi düşünürdüm ki, elə bu zaman evin qapısı açıldı və həzrətin xidmətçisi bayıra çıxdı və «Mədinədən imamı görmək üçün gələn Ibrahim adlı müsafir sizin hansınızdır?» -deyə soruşdu.
    Mən sevinə-sevinə yerimdən qalxıb «buyurun İbrahim mənəm» - dedim. O, mənə baxıb əlindəki kisəni mənə verdi və dedi: "İmam buyurdu ki, yol xərclərini ödəyəcək pul bu kisədədir. Bunu al yoluna davam et. Çox keçməz ki, atanı taparsan." Mən təəccüblənərək kisəni aldım və öz-özümə dedim ki, mən hələ imamla görüşüb əhvalatı ona danışmamış, necə ola bilər ki, o həzrət (ə) mənim məqsədimdən xəbərdar olsun. Xidmətçiyə «məni həzrətin hüzuruna apar ki, atamın harada olduğunu mənə desin» - demək istəyirdim ki, birdən yadıma düşdü ki, o, imamın «yoluna davam et» - deyə buyurduğunu mənə bildirmişdi. Başqa bir tərəfdən isə sirli bir qüvvə məni Təbəristana doğru çəkir və məhz ora səfər etməyə məcbur edirdi. Mən də Təbəristana tərəf yola düşdüm. Oraya yetişəndən sonra bir müddət oyan-buyanı gəzdim və nəhayət atamla qarşılaşdım. Ona tərəf qaçıb onu qucaqladım. Atamı tapa bildiyim üçün çox sevinirdim. Mən bütün əhvalatı təfsilatı ilə atama danışdım və ikimiz də başa düşdük ki, imam bizim gizli sirlərimizdən xəbərdar imiş. Mənim heyrətim o vaxt artdı ki, imamın mənə verdiyi puldan təkcə bir dirhəmin qaldığını gördüm; bu da mənə istədiyim yerə çatmaq üçün kifayət idi.
    4.İsmail adlı bir şəxs isə belə deyir: İmam Həsən Әskərinin keçəcəyi yolun üstündə oturmuşdum ki, həzrət oradan keçəndə ondan köməklik istəyim. Mən qabaqca 200 qızıl sikkə gizlətmişdim ki, gələcəkdə çətinliyə düşəndə xərcləyəm. Düşüncəyə dalmışdım ki, birdən imam Həsən Әskəri əleyhissalam yanımdan keçdi. Ona tərəf qaçıb qabağını kəsdim və öz yoxsulluğum barədə danışıb and içdim ki, dünya malından heç nəyim yoxdur. Mənim and içməyim həzrəti narahat etdi, lakin xidmətçisinə «yanında nə qədər pulun varsa bu kişiyə ver» - deyə buyurdu. Xidmətçi əlini cibinə salıb bir kisə qızıl çıxardıb mənə verdi. Sonra həzrət (ə) mənə tərəf dönüb belə buyurdu: «Biz heç kimi öz köməyimizdən məhrum etmərik, lakin sən yalandan and içdin və Allahı qəzəbləndirdin. Bundan sonra heç vaxt bu işi görmə və Allahın nemətini danma. Həmişə Allaha ümidvar olub sənə verdiyi nemətdən istifadə et. Sən 200 qızıl sikkəni bir yerdə gizlətmisən ki, dar gündə işinə yarasın, lakin bunu bil ki, möhtac olduğun vaxt onu tapmaycaqsan.»
    İsmail belə davam edir: İmam (ə) bu sözləri ilə mənə necə yanıldığımı başa saldı və imamın buyurduğu kimi də oldu. Bir gün həmin sikkələrə ehtiyacım olduqda onları basdırdığım yerə getdim, lakin oranı qazdıqdan sonra sikkələri yerində görmədim. Sonra aşkar oldu ki, oğlum məndən xəbərsiz sikkələrin hamısını götürüb qaçıb. Demək, imamın buyurduğu kimi ehtiyacım olanda sikkələri tapa bilmədim. Ondan sonra belə qərara gəldim ki, Allah qarşısında pak və əməli-saleh olub pis işlərdən çəkinəm.

     İmamın öz səhabələrindən birinə yazdığı məktub
     
    Həzrət (ə) öz əshabına məktublar yazıb göndərirdi. Həmin məktublardan biri Әli ibni Babviyhi Qumiyə yazılmış məktubdur. Bu məktubun bəzi hissələrinin tərcüməsi belədir: «Allaha həmd və sənadan sonra, sənə ki, bizim əshabımızdansan deyə tövsiyə edirəm: pəhrizkar olasan, camaatın səhvlərini bağışla, öz qəzəbinə hakim ol, qohumlarını-əqrabanı həmişə başa çıx, yoxsulların ehtiyaclarını təmin et, dinini düzgün şəkildə qiymətləndir, Qur᾽anı öyrən, namaz və ibadətlərinə diqqətli ol. Mənim əmirlərimi yerinə yetirmək və şiələrimi onları həyata keçirməyə vadar etmək sənin borcundur.

    Kitabın adı: İmam Həsən Əskəri (əleyhissəlam)

     
     
    Bölmə: Əhli Beyt / İmam Həsən Əskəri (ə)
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 19 Ocak 2016 20:05 | Sayt nəzarətçisi | Şərh yazdı
    Ehsen baci Allah razi olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 17 Eylül 2014 16:39 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun baci  cox maraqlidir 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 17 Eylül 2014 13:59 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACI AMIN INSALLAH.YAZAN ELLERIN DERD GORMESIN INSALLAH
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 17 Eylül 2014 11:48 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACI INWALLAH ALLAH SIZE AGANIN ZIYARETIN NESIB EDER AMIN

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.