İmam-camaatla bağlı şərtlər
Məsələ 1267: İmam-camaat büluğ həddinə çatmış, ağıllı, adil, halalzadə, on iki imamçı şiə və qiraəti düzgün şəxs olmalıdır. Mə’mum kişidirsə, imam da kişi olmalıdır. Amma qadın qadınlar üçün imam dayana bilər.
Məsələ 1268: Ədalət dedikdə insanın batinindəki
Allah qorxusu nəzərdə tutulur. Belə bir qorxu insanı böyük günahlara batmaqdan və kiçik günahları təkrarlamaqdan çəkindirir. Ünsiyyətdə olduğumuz
bir şəxsdən günah görməmişiksə, bu onun ədalətini göstərir.
Məsələ 1269: Əvvəllər ədalətli olmuş şəxsin həmin halda qalıb-qalmadığına şəkk varsa, onu ədalətli saymaq lazımdır. Amma ədalətdən düşdüyünə əmin olduqda münasibət dəyişir.
Məsələ 1270: Ayaq üstə namaz qılan şəxs oturan və ya uzanmış halda namaz qılan şəxsə iqtida edə bilməz. Oturaq vəziyyətdə
namaz qılan şəxs uzanmış vəziyyətdə namaz qılan şəxsə iqtida edə bilməz.
Məsələ 1271: Əgər imam-camaat təyəmmüm və ya cəbirə ilə namaz qılırsa, ona iqtida etmək olar. Amma üzürlü səbəbdən murdar libasla məcbur qalıb namaz qılırsa, vacib ehtiyata əsasən, ona iqtida edilməməlidir. Eləcə də, sidik və nəcisini saxlaya bilməyən şəxs, istihazə halında olan qadın, ümumi şəkildə namazını üzürlü səbəbdən naqis qılan şəxs imam-camaat dayana bilməz. Amma təyəmmüm və cəbirə dəstəmaz istisnadır.
Məsələ 1272: Xora və ala xəstəliyinə tutulmuş şəxs ehtiyata əsasən imam-camaat dayana bilməz. Hətta özü kimiləri üçün də imam dayanması yaxşı deyil.