Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Məsələ 1246: Mə’mum imamın namazının batil olduğuna tam əminsə, məsələn, bilirsə ki, imamın dəstəmazı yoxdur, ona iqtida edə bilməz. İmam özü bunu bilməsə də fərqi yoxdur. Amma mə’mum namazdan sonra imamın ədalətli olmadığını, ya Allah eləməmiş, kafir olduğunu, ya namazının batil olduğunu bilərsə namazı düzgündür.
Məsələ 1247: Əgər mə’mum namazın gedişində şəkk etsə ki, iqtida niyyət edib yoxsa yox, əminlik əldə edə bilsə, namazını camaatla başa vurur. Amma əminlik əldə etməsə, namazını fərdi niyyətlə başa çatdırmalıdır.
Məsələ 1248: Üzürsüz səbəbə camaat namazından ayrılmaq, fərdi namaz niyyət etmək olmaz. İnsanın öncədən və ya namaz əsnasında belə bir qərara gəlməsinin fərqi yoxdur.
Məsələ 1249: Əgər mə’mum hər hansı üzür səbəbindən imam Həmd-surəni dedikdən sonra namazdan ayrılarsa və fərdi niyyət edərsə Həmd-surəni oxumamalıdır. Amma əgər həmd-surə başa çatmamış niyyət edərsə, imamın oxumadığı miqdarı oxumalıdır.
Məsələ 1250: Əgər namaz gedişində hər hansı üzür səbəbindən fərdi namaz niyyət edilsə, yenidən camaat namazına qatılmaq olmaz. Əgər fərdi niyyət edib-etməməklə bağlı tərəddüddə olarsa və sonra qərara gələrsə ki, namazı camaatla qılsın, qıldığı namaza irad var. Amma fərdi niyyət edib-etmədiyinə şəkk də olsa, qəbul edir ki, fərdi niyyət etməyib.
Məsələ 1251: İmam rükuda olduğu vaxt ona iqtida edən şəxs imamın rükusuna çatarsa namazı düzgündür. Rükuda imama çatmazsa və ya çatıb-çatmadığına şübhə edərsə, namazı fərdi tamamlasın və vacib ehtiyat budur ki, namazını təzələsin.
Məsələ 1252: Namazın digər rəkətlərində (birinci rəkətdən başqa) və imamın rükusuna çatmaq lazımdır. Yoxsa, şəxsin qıldığı camaat namazına irad var.
Məsələ 1253: Əgər imam rükuda olduğu vaxt iqtida etsə və rüku həddinə əyilənədək imam rükudan qalxsa, fərdi niyyət etsin və namazı düzgündür. Onu təkrarlamaq lazım deyil.
Məsələ 1254: Əgər namazın əvvəlində və ya həmdlə surə arasında iqtida etsə və imamın rükusuna çatmasa, qıldığı camaat namazı düzgün deyil. Üzürlü hal istisnadır.
Məsələ 1255: Camaat namazına çatdığı vaxt imam namazın son təşəhhüdünü oxuyarsa bu namazdan savab əldə etmək məqsədi ilə niyyət edib təkbirətül-ehram deyir və əyləşir. Təşəhhüdü imamla oxuyur, amma salam demir. Bir qədər səbr edir, imam salamı dedikdən sonra ayağa qalxıb namaza davam edir. Yə’ni həmd-surə oxuyur və bunu namazın birinci rəkəti sayır.
Məsələ 1256: Əgər ikinci rəkətdə iqtida etsə, qunut və təşəhhüdü imamla desə, ehtiyat budur ki, təşəhhüdü oxuyarkən dizlərini yerdən qaldırıb yalnız əllərini və ayaqlarını yerdə saxlasın (yarım oturaq vəziyyət alsın). İmamın təşəhhüdündən sonra qalxıb həmd-surə oxusun. Surəyə vaxt olmasa həmdi oxuyub rükuda imama çatsın.
Məsələ 1257: İmamın ikinci rəkətində iqtida edən şəxs öz namazının ikinci rəkətində, imamın namazının üçüncü rəkətində iki səcdədən sonra oturur, təşəhhüdün vacib miqdarını oxuyub qalxır və imama çatır. Əgər üç dəfə təsbihat deməyə vaxt çatmasa, bir dəfə deyir və rükuda özünü imama çatdırır.
Məsələ 1258: Əgər imam üçüncü və ya dördüncü rəkətdə olsa, mə’mum iqtida edəcəyi təqdirdə Həmd oxumaqla rükuda imama çatmayacağını bilsə, vacib ehtiyata əsasən, səbr etsin, imam rükuya getdikdən sonra iqtida etsin.
Məsələ 1259: Əgər üçüncü və ya dördüncü rəkətdə imama iqtida etsə, Həmd və surəni oxumalıdır. Surə üçün vaxt olmasa təkcə Həmdi oxuya bilər. Amma özünü rükuda imama çatdırmalıdır.
Məsələ 1260: Bir şəxs əmin olsa ki, surəni oxusa rükuda imama çatacaq, vacib ehtiyat budur ki, surəni oxusun. Əgər surəni oxuduqda təsadüfən rükuda imama çatmasa, qıldığı camaat namazı düzgündür.
Məsələ 1261: Əgər imam ayaq üstə olsa və mə’mum hansı rəkətin qılındığını bilməsə, iqtida edib, savab məqsədi ilə Həmd surəni oxuya bilər və namazı düzgündür. İmamın üçüncü və ya dördüncü, birinci və ya ikinci rəkətdə olmasının fərqi yoxdur. Bir şərtlə ki, namaz günorta və ikindi namazı olsun və imam Həmd-surəni astadan oxumuş olsun.
Məsələ 1262: Əgər düşünsə ki, imam birinci və ya ikinci rəkətdədir, Həmd-surəni oxumasa və rükudan sonra başa düşsə ki, imam üçüncü və ya dördüncü rəkətdə imiş, namazı düzgündür, amma rükudan öncə bunu başa düşsə, Həmd-surəni oxumalıdır. Vaxtı olmasa təkcə Həmd oxuya bilər. Amma rükuda imama çatmalıdır.
Məsələ 1263: Müstəhəb namaz qıldığı vaxt camaat namazı başlasa namazı bitirdiyi halda camaat namazına çatmayacağından qorxsa, müstəhəbdir ki, namazı saxlayıb camaat namazına qoşulsun.
Məsələ 1264: Vacib namaz qıldığı vaxt camaat namazı başlasa, üçüncü rəkətə daxil olmayıbsa, çatmayacağından qorxduqda müstəhəbdir ki, niyyətini müstəhəb namaza çevirib iki rəkətlə kifayatlənsin və özünü camaat namazına çatdırsın.
Məsələ 1265: Mə’mum təşəhhüd və salam oxuduğu vaxt imam namazını tamamlasa fərdi niyyət etmək lazım deyil.
Məsələ 1266: İmamdan bir rəkət geridə qalmış şəxs imam təşəhhüdü oxuduğu vaxt ehtiyat budur ki, dizlərini yerdən qaldırıb əllərini və ayaqlarını yerdə saxlasın və imamla təşəhhüdü söyləsin. Təşəhhüd əvəzinə zikr də deyə bilər. Əgər təşəhhüd son təşəhhüddürsə səbr etsin ki, imam namazın salamını söyləsin, sonra ayağa qalxıb namazını davam etdirsin.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |