» » 21. Müaviyə İbni Әbu Süfyan


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
21. Müaviyə İbni Әbu Süfyan
0
Müəllif: Fatimə Nuri Xuda | 20-03-2014, 14:00 | Baxılıb: 1 195
 

21. Müaviyə İbni Әbu Süfyan

Üçüncü xəlifə Osman ibni Әfvanın haqqında danışarkən onun Bəni-üməyyə tayfasına öz hakimiyyətində xüsusi yer verməsini qeyd etmişdik. Xüsusilə, Müaviyə ibni Әbu Süfyanın Şam şəhərinə (indiki Dəməşq) hakim təyin olunması barədə qısaca məlumat vermişdik. Müaviyənin necə bir məlun və çirkin şəxsiyyət olması bütün İslam tarixçilərinə məlumdur. Təəssüflə qeyd etməliyik ki, bəzi əhli-sünnət alimləri, Müaviyə Peyğəmbərin (s) səhabəsi və ya vəhy katibidir - deyə, onun cinayətlərinə göz yummağa çalışırlar. Lakin insafla demək lazımdır ki, belə alimlər çox azdır. O alimlər özləri də yaxşı bilirdilər ki, hər hansı bir cinayəti ört-basdır etmək və o cinayətlə razılaşmaq həmin cinayətə şərik olmaq deməkdir.
İlk növbədə Müaviyənin xilafət və hakimiyyətinin əsaslarına nəzər salaq. O, hansı əsasla İslam xəlifəsi sayılır? Müaviyə Osman ibni Әfvan tərəfindən Şam şəhərinə hakim, yəni xəlifənin nümayəndəsi təyin olundu. Bütün əhli-sünnətin rəsmi şəkildə dördüncü xəlifə qəbul etdikləri Әli (ə) xilafətə çatdığı ilk gündən Müaviyəni bu vəzifədən kənarlaşdırdı. Lakin Müaviyə dövri xəlifənin hökmünü ayaq altına ataraq özünü müstəqil bir hökumət elan etdi. Buna görə də tam qətiyyətlə deyə bilərik ki, İslam xilafətini parçalayıb ümməti fəlakətə salan ilk şəxs Müaviyə olmuşdur.
Müaviyənin lənətlənməyə layiq olduğunu təsdiqləyən bəzi dəlilləri əziz oxuculara təqdim edirik:
1.Qurani-Kərimin açıq-aşkar ayəsinin hökmünə əsasən Müaviyə və atası Әbu Süfyan başda olmaqla Bəni-üməyyə tayfası Allah tərəfindən lənətlənmişdir.
Bütün təfsirçilərin, o cümlədən İmam Sələbi, İmam Fəxri Razi, Siyuti və başqalarının yazdıqlarına əsasən Peyğəmbər (s) bir gecə Bəni-üməyyə tayfasının meymun şəklində onun mənbərinə çıxdıqlarını gördü. Həzrət yuxudan ayılan kimi bu ayə nazil oldu:
«Biz sənin gördüyün yuxunu xalq üçün bir imtahan qərar vermişik. Həmçinin Quranda zikr olunan lənətlənmiş ağac da (belədir).» 
Qeyd etdiyimiz təfsirçilər və onlarla digər alimlər ayədə deyilən «lənətlənmiş ağacın» Bəni-üməyyə tayfası olduğunu yazmışlar.
2.Ötən bəhslərimizdə Məhəmməd Təbərinin «Tarixul-uməmi vəl-müluk» kitabında yazdığı bir hədisi təqdim etmişdik. Әbu Süfyan bir ulağa minib oğlu Müaviyə və nəvəsi Yezidlə birlikdə getdiyi zaman Peyğəmbər (s) onların hər üçünü lənətlədi.
3.Qurani-Kərim günahsız insanların öldürülməsi barədə buyurur:
«Bir mömini bilərəkdən öldürən şəxsin cəzası əbədi cəhənnəmdir. Allah o şəxsə qəzəb və lənət edər, onu böyük bir əzaba düçar edər.» 
Minlərlə günahsız insanın qanını tökən Müaviyə şübhəsiz ki, bu ayənin hökmünə daxildir.
İbni Әsakir, Yəqub ibni Әbu Süfyan, Beyhəqi, İbni Әbdül-birr, İbni Әsir və başqaları öz tarix kitablarında yazırlar:
«Peyğəmbərin (s) ən sadiq səhabələrindən olan Hücr (ya Hicr) ibni Әdi (Üdey) və digər yeddi nəfər səhabə Әli (ə)-a lənət oxumadıqlarına görə Müaviyənin əmri ilə ağır işgəncələrlə öldürüldülər.» 
(Bu səhabələrin qəbri indiyə qədər Dəməşq şəhərində qalır.)
Peyğəmbərin (s) əziz nəvəsi, behişt cavanlarının ağası imam Həsən ibni Әli (ə) Müaviyənin planı ilə öldürülmədimi?
Məsudi, İbni Әbdül-birr, Әbdul-fərəc İsfəhani, Məhəmməd ibni Səd öz tarix kitablarında imam Həsən (ə)-ın Müaviyənin hiyləsi ilə öz arvadı tərəfindən zəhərlə öldürülməsini geniş şəkildə yazmışlar.
Təbəri, İbni Xəldun, Səmhudi kimi tarixçilərin yazdığına əsasən qaniçmiş sərkərdə Bosr ibni Әrtat Müaviyənin əmri ilə Peyğəmbərin (s) müqəddəs şəhəri Mədinəyə və eləcə də Yəmənə hücum edərək qocalı, cavanlı, qadınlı, uşaqlı 30 mindən artıq müsəlmanı qılıncdan keçirdilər.
Bu qədər tökülən müsəlman qanları Müaviyənin məlun və zalim olduğunu isbat etməyə yetərli deyilmi?
4.Әllidən artıq əhli-sünnət alimi, o cümlədən İmam Sələbi, imam Fəxri Razi, İbni Səbbağ Maliki, İmamul-hərəm, Müslim ibni Həccac (Səhihi-Müslimin müəllifi) və başqaları Peyğəmbərdən (s) bu hədisi nəql edirlər:
«Hər kəs Әli (ə)-ı söyərsə, məni söymüşdür. Məni söyənsə, Allahı söymüşdür.»
Məscidlərdə, mənbərlərdə Әli (ə)-a lənət və söyüş söydürən Müaviyə kafir və məlun sayılmırmı?
Bütün tarixçilərin yazdığına əsasən Müaviyənin qoyduğu bu bidət səbəb oldu ki, Әli (ə) 69 il müsəlmanlar tərəfindən nalayiq sözlərlə təhqir olunub söyülsün.
Müaviyənin Peyğəmbər (s) səhabəsi və ya vəhy katibi olması onun bu cinayətlərinə, fəsad və küfrünə bəraət qazandıra bilərmi?
Yeri gəlmişkən Müaviyənin vəhy katibi (Quran yazan) olması barədə də bir neçə kəlmə məlumat verək. Müaviyə Peyğəmbərin (s) risalətinin son illərində iman gətirdi. Hamıdan axırda iman gətirdiyi üçün xalq arasında xəcalət çəkirdi. Tarixçilərin yazdığına əsasən Peyğəmbərin (s) əmisi Abbas o həzrətdən xahiş etdi ki, Müaviyəyə bir iş tapşırmaqla onu bu vəziyyətdən xilas etsin. Peyğəmbər (s) ərəblərə göndərdiyi məktubları yazmağı Müaviyəyə tapşırdı.
Әhli-sünnət tarixçisi Mədaini nəql edir ki, Zeyd ibni Sabit vəhy katibi idi.
Müaviyə isə Peyğəmbərlə (s) ərəblər arasında olan məktubları yazırdı.
Təəccüblüdür ki, fasiq və məlun olması bütün tarix kitablarında təsdiqlənən bir şəxsin cinayətləri ört-basdır edilir və Peyğəmbərin (s) yoldaşı ummul-həbibənin qardaşı olduğu üçün xalul-möminin - möminlərin dayısı adlanır!? Lakin xəlifə Әbu Bəkrin oğlu, Aişə xanımın qardaşı Məhəmməd ibni Әbu Bəkr Әli (ə)-ın sədaqətli səhabəsi olduğu üçün heç kim tərəfindən xatırlanmır...!
 
Kitabın adı: İttihamla üz-üzə
Müəllif: Mətləb Baqir

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.