Namaz qılanın paltarı ilə bağlı müstəhəb və məkruh hallar
0
Müəllif:
Qonaq | 11-09-2014, 23:44 | Baxılıb: 789
Namaz qılanın paltarı ilə bağlı müstəhəb və məkruh hallar
Məsələ 790: Namaz qılanın libası ilə bağlı savab ümidi olan bir neçə hal var. Ağ libas geyinmək, ən pak libasları geymək, xoş ətirdən istifadə etmək, barmağa əqiq üzük salmaq bu qəbil savab işlərdəndir.
Məsələ 791: Namaz qılan şəxs savab ümidi ilə libasına münasibətdə bir neçə işdən çəkinə bilər: Qara libas geyməkdən (əzadarlıqda qara geymək, çadra, əba və seyyidlərin
əmmaməsinin qara olmasının
eybi yoxdur). Çirkin və dar libasdan çəkinmək. Murdar-təmiz bilməyən insanın libasından
çəkinmək savabdır. Xüsusilə şərabxorun libasından çəkinmək lazımdır. Namazda düymələrin
açıq olması, üzərində çöhrə çəkilmiş libas geymək, üzərində insan və ya heyvan şəkli çəkilmiş üzük taxmaq kərahətli (bəyənilməyən) işlərdir.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.