«İdrislə söhbət»
Əllamə Təbatəbai yazır:
Yadımdadır, Nəcəf-Əşrəfdə Mirzə Əli Qazinin əxlaqi və irfani tərbiyəsi altında olduğum vaxtlarda bir səhər damın üstündə səccadənin üzərində ibadətə oturmuşdum.
Bu an məni yüngül bir yuxu apardı. Gördüm qarşımda iki nəfər əyləşibdir. Onlardan biri həzrət İdris (ə), digəri əziz qardaşım seyyid Məhəmməd Həsən Təbatəbai idi.
Həzrət İdris (ə) mənimlə söhbətə başladı. Amma söhbətin tərzi bir cür idi ki, həzrət İdris (ə) sözünü mənim qəlbimə ilqa edərək deyirdi, səsini isə qardaşımın dili ilə eşidirdim. Bu mənim üçün təbiət aləmini metafizik aləmlə qovuşduran ilk müşahidəm idi ki, baş verirdi. Mənim o biri aləmlə ilk bağlantım buradan başladı.
Üzüldük, bu yolda çox cəfalar çəkdik.
Əl-minnətallah ki, məqsədə yetdik.
Hicran sona yetdi qəm ürəkdən çəkildi
Yarla həmdəm olub vüsal meyini içdik.
Elmdən yəqinə keçdik qulaqdan qəlbə
Dildə eşitdiklərimizi əyanda gördük.
«Xalis incilər silsiləsindən»
İmam Sadiq (ə) buyurur:
Arifin cismi camaat ilə, qəlbi isə Allahladır. Əgər bir göz qırpımı qədəri qəlbi Allahı yad etməkdən qafil olsa, Onun şövqündən ölər.
Arif ilahi əmanətin əmini, ilahi sirlərin xəzinəsi və Allah nurunun mədənidir. Xalqa ilahi rəhmətin dəlili odur, ilahi elmlərin daşıyıcısı, pərvərdigarın fəzli və ədalət tərəzisi odur.
Arif xalqdan tamahını kəsmiş, dünya və dünya əhlindən meylini üzmüşdür. Onun Allahdan başqa heç bir munisi yoxdur. Ancaq Allah üçün danışar, Onun yolunda işarə edər, Onunla nəfəs çəkər.
Belə bir şəxs Allahın qüdsü bağçalarında gəzib dolaşar və İlahi fəzlin kolundan lətif güllər dərər. Mərifət imanın əsli (kökü) və iman mərifətin fəridir. (budağıdır.)
Deməli, mərifəti olmayan kəsin imanı da olmaz.
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı