Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
1. Cümə namazı sübh namazı kimi iki rəkətdir. Bu namazın iki qunutu var. Qunutlardan biri birinci rəkətdə rükudan öncə, ikincisi ikinci rəkətdə rükudan sonradır. Müstəhəbdir ki, imam birinci rəkətdə "Həmd”dən sonra "Cumuə” surəsini, ikinci rəkətdə "Həmd”dən sonra "Munafiqun” surəsini oxusun. Vacib ehtiyat budur ki, bu surələrdən birini oxusa, o birini oxumasın.
2.Cümə namazından qabaq imam-cümə iki xütbə oxumalıdır.
3. Vacib ehtiyata əsasən, xütbələr günorta azanından başlayır. Əgər azandan öncə başlasa yenidən oxunmalıdır.
4. Xütbələr aşağıdakı hissələrdən ibarət olur. Allaha həmd-səna; Məhəmməd və Ali-Məhəmmədə salavat; moizə, nəsihət, ilahi təqvaya çağırış; hər xütbədə "İxlas”, "Kafirun”, "Əsr” kimi qısa surələrdən birini oxumaq; vacib ehtiyata əsasən, imamın özü və mö’minlər üçün bağışlanma diləməsi, ikinci xütbədə salavat zamanı imamların adını bir-bir çəkməsi.
Bu əsasla, birinci xütbə beş, ikinci xütbə altı hissədən ibarət olur. İmam xütbələri qiyam (ayaq üstü) halında oxumalı, iki xütbə arasında azca əyləşməli, səsini lazımı həddə namaz qılanlara çatdırmalı, moizə-nəsihəti başa düşülən dildə bəyan etməlidir.
5. Xütbə oxuyanın əmmamə və əbada olması, əsa və ya bu kimi bir şeyə söykənməsi daha yaxşıdır. İmam xütbəyə başlamazdan öncə məmumlara salam verir. Yaxşı olar ki, xütbədə müsəlmanlar, İslam dünyası və həmin məntəqə sakinləri ilə bağlı ictimai-siyasi, əxlaqi mövzular şərh olunsun. Müsəlmanlar bu mövzularla bağlı vəzifələri ilə tanış edilsin. Onlara düşmənin planları haqqında mə’lumat verilsin. Xütbə oxuyan imam öz xütbələrində insanların tə’lim-tərbiyəsinə, onların günün məsələləri ilə tanışlığına xüsusi diqqət yetirməlidir. Xütbənin əsas məqsədlərindən biri budur. Xütbələr aydın, tə’sirli bir dillə bəyan edilməlidir. Bu ibadi-siyasi ne’mətdən lazımınca bəhrələnmək lazımdır. Xütbələrdə müsəlmanlar düşmən qarşısında birliyə çağırılmalı, təfriqə yaradan mövzular açıqlanmamalıdır. Vacib ehtiyata əsasən, xütbə oxunan zaman namaz qılanlar dəstəmazlı olmalı, üzü imama əyləşməli, sakitliyi gözləməli, xütbələri dinləməlidirlər. Amma bilərəkdən də danışsalar, cümə namazı batil olmaz. Amma bu işi görənlər xilafa yol vermişlər.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |