Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dəfnin hökmləri
    0
    Müəllif: Qonaq | 10-09-2014, 22:02 | Baxılıb: 1 585
     
     

    Dəfnin hökmləri

    Məsələ 574: Meyyit elə dəfn olunmalıdır ki, qoxusu bayıra çıxmasın, vəhşi heyvanlar ona toxuna bilməsinlər. Əgər vəhşi heyvanın cəsədə toxunacağı ehtimal edilsə, qəbri kərpic və bu kimi şeylərlə hörmək lazımdır.

    Məsələ 575: Meyyiti torpaqda dəfn etmək mümkün olmasa, vacibdir ki, dəfn əvəzinə bina və ya tabuta qoyulsun, ətrafı möhkəmləndirilsin.

    Məsələ 576: Dəfn zamanı meyyiti qəbrə sağ çiyni üzərində qoymaq lazımdır. Onun üzü qibləyə olmalıdır.

    Məsələ 577: Bir şəxs gəmidə ölsə, çürümə qorxusu olmasa və gəmidə saxlanması mümkün olsa, quruya çatınca gözləmək lazımdır. Onu gəmidə saxlamaq mümkün olmadıqda qüsül, hənut və kəfənləmədən sonra namaz qılınır, dəniz heyvanlarının toxuna  bilməyəcəyi bir şeydə dənizə atılır. Bu da mümkün olmasa, onun ayağına ağır bir şey bağlanır və dənizə atılır. Meyyit elə bir yerə atılmalıdır ki, atılan kimi heyvanlara yem olmasın.

    Məsələ 578: Əgər düşmənin qəbri açacağından, cəsədi çıxaracağından və ya ona bir zərər yetirəcəyindən qorxsalar, mümkün olduqda yuxarıda deyən şəkildə meyyit dənizə atılmalıdır.

    Məsələ 579: Lazım gəldikdə qəbir xərclərini, eləcə də meyyiti dənizə atmağın xərclərini meyyitin malından ödəmək olar.

    Məsələ 580: Kafir qadın dünyasını dəyişsə və bətnində körpəsi ölsə, həmin körpənin atası müsəlman olduqda qadın qəbrə sol tərəfi üstündə arxası qibləyə qoyulur ki, uşaq üzü qibləyə qalsın. Hətta uşağın bədəninə ruh daxil olmazdan öncə vacib ehtiyata əsasən, bu göstərişə əməl olunmalıdır.

    Məsələ 581: Müsəlmanı qeyri-müsəlman qəbristanlığında, kafiri müsəlman qəbristanlığında dəfn etmək olmaz. Vacib ehtiyata əsasən, müsəlmanı ona ehtiramsızlıq sayılacaq yerdə də dəfn etmək haramdır. (Məsələn, küllük, zibillik)

    Məsələ 582: Meyyit qəsb olunmuş yerdə dəfn edilməməlidir. Meyyiti dəfn üçün vəqf  edilməmiş yerdə dəfn etmək olmaz. (Məsələn, məscid, mədrəsə). Amma öncədən vəqfdə dəfn üçün yer nəzərdə tutulsa eybi yoxdur.

    Məsələ 583: Meyyiti o zaman başqa meyyitin qəbrində dəfn etmək olar ki, əvvəlki ölünün cəsədi görünməsin. Yeri halal və ümumi vəqf olduqda bunun eybi yoxdur.

    Məsələ 584: Vacib ehtiyata əsasən, meyyitdən ayrılan tük, dırnaq və diş kimi şeylər onunla birlikdə dəfn olunmalıdır. Amma bundan ötrü qəbir açılmamalıdır. Amma həyatda olduğu vaxt insanın bədənindən ayrılan dırnaq və dişləri onunla dəfn etmək vacib deyil. Amma bu iş görülsə daha yaxşıdır.

    Məsələ 585: Bir şəxs quyuda ölsə və onu oradan çıxarmaq mümkün olmasa, quyunun ağzını bağlamaq və quyunu həmin şəxsə qəbir qərar vermək lazımdır. Quyu başqa birinə məxsus olduqda, onu bir yolla razı salmaq lazımdır.

    Məsələ 586: Körpə ananın bətnində ölsə və onun bətində qalması ana üçün zərərli olsa, onu ən asan yolla çıxarmaq lazımdır. Körpəni doğramaq lazım gəlsə belə bu iş görülməlidir. Bu işi ilk növbədə ixtisası olan ər görməlidir. Ər bacarmasa, bu iş ixtisaslı qadına tapşırılmalıdır. Bu da mümkün olmasa, həmin işi bacaran məhrəm kişi körpəni çıxarmalıdır. Başqa yol qalmadıqda həmin işi mütəxəssis naməhrəm kişi görə bilər.

    Məsələ 587: Ana ölsə və bətnindəki körpə sağ qalsa, həmin körpəni dərhal çıxarmaq lazımdır. Körpə yuxarıda qeyd olunan qaydada çıxarılmalıdır. Körpəni hansı tərəfdən sağlam çıxarmaq mümkünsə həmin tərəfdən də çıxarılmalıdır. Ölmüş ananın yarılmış bədəni yenidən tikilir. Bu iş peşəkar bir adamın nəzarəti altında görülür. Peşəkar olmadıqda meyyitin sol tərəfi yarılır və körpə dərhal çıxarılır.

    Dəfndə müstəhəb əməllər

    Məsələ 588: Müstəhəbdir ki, Allahın razılığını qazanmaq ümidi ilə dəfndə aşağıdakı işlər görülsün:

    1. Qəbir orta boylu insanın qaməti ölçüsündə qazılsın.

    2. Meyyit ən yaxın qəbristanlıqda basdırılsın. Amma uzaqdakı qəbristanlığın üstünlükləri varsa, məsələn orada mö’min insanlar dəfn olunmuşsa və ya "Fatihə” oxuyan çoxsa, meyyiti həmin qəbristanlıqda basdrmaq olar.

    3. Dəfn zamanı cənazəni qəbrin bir neçə addımlığında yerə qoysunlar, üç dəfəyə asta-asta qəbrə yaxınlaşdırsınlar və dördüncü dəfə onu qəbrə salsınlar.

    4. Meyyit kişi olsa onu baş tərəfindən qəbrə daxil etsinlər. Meyyit qadındırsa, onu qəbrə eninə daxil etsinlər. Qadını qəbrə daxil edərkən qəbrin üzərinə parça tutsunlar.

    5. Cənazəni tabutdan asta-asta çıxarıb, aramlıqla qəbrə qoysunlar. Dəfndən öncə və dəfn zamanı göstəriş verilən duaları oxusunlar.

    6. Qəbirdə meyyiti yerləşdirmək üçün "ləhəd” olmalıdır. Ləhəd elə hazırlanmalıdır ki, torpaq meyyitin üstünə tökülməsin. Qəbrin aşağı hissəsi dar olmalıdır. Meyyit qəbrə qoyulduqdan sonra yuxarı hissəyə kəsək və ya kərpic qoyulur, ya da qəbrin qiblə tərəfi aşağıdan azca genişləndirilir. Belə ki, meyyit orada yerləşsin.

    7. Meyyitin başının arxa tərəfinə torpaq və ya kəsək qoyulur ki, onu sağ tərəfi üstə uzadanda arxaya aşmasın.

    8. Meyyit qəbrə qoyulduqdan sonra kəfənin düyünləri açılır, meyyitin üzü torpağa qoyulur, başının altına torpaqdan balış düzəldilir.

    9. Meyyiti qəbrə qoyan şəxs pak (təharətli), başı və ayağı açıq olmalıdır. Bu şəxsin qohumlardan olmaması lazımdır. Əlin arxası ilə torpaq qəbirə tökülür və deyilir: "İnna lillahi və inna iləyhi raciun.” Əgər meyyit qadın olsa, ona məhrəm şəxs meyyiti qəbrə qoyur. Məhrəm olmasa qohumları onu qəbrə yerləşdirir.

    10. Ləhədi örtməzdən öncə sağ əl meyyitin çiyninə vurulur və hərəkət etdirilərək üç dəfə deyilir: "İsmə’ ifhəm ya fulanəbnə fulan” (filan sözünün yerinə meyyitin adı və atasının adı deyilir.) Məsələn üç dəfə deyilir:

    اِسمَع اِفهَم يَا مُحَمَّد بن عِلِىًّ

    "İsmə ifhəm ya Muhəmmədəbnə Əli”.

    Sonra aşağıdakı qaydada İslam əqidələri meyyitə təlqin olunur və belə deyilir:

    هَل اَنتَ عَلىَ العَهدِ الَّذىِ فَارَقتَنَا عَليهِ مِن شَهَادَتِ اَن لاَ اِلهَ اِلاَّاللَّه وَحدَهُ لاَشَرِيكَ لَهُ وَاَنَّ مُحَمَّدًا صَلّى اللَّهُ عَلَيهِ وَآلِهِ عَبدُهُ وَرَسُولُهُ وَسَيّدُ النَّبِيَّينَ وَخَاتَمُ المُرسَلِنَ وَاَنَّ عَلِيَّا علیه السلام اَمِير المُومِنِينَ وَسَيِّدُ الوَصيَّينَ وَاِمَامُ اِفتَرَضَ اللهُ طاَعَتَهَ عَلَى العَالَمِينَ وَاَنَّ الحَسَنَ وَالحُسَينَ وَعَلىَّ بنَ الحُسَين وَمُحَمَّدَ بنَ عَلِىّ وَجَعفَرَبنَ مُحَمَّدٍ وَمُوسی بنَ جَعفَرٍ وَعَلِىَّبنَ مُوسىَ وَمُحَمَّدَ بنَ عَلىّ وَعَلِىّ بنَ مُحَمَّدٍ وَالحَسَنَ بنَ عِلِىّ وَالقَايئمَ الحُجّةَ المَهدِىّ صَلَواَتُ اللهِ عَلَيهِم ائمَّةُ المُومِنِينَ وَحُجَجُ اللهِ عَلىَ الخَلقِ اجمَعِينَ وَاَيئمَّتَكَ اَئمّةُ هُدِىَ بِهِم اَبراَرُ يَا فُلانَ بنَ فُلاَن

    "Həl əntə ələl-əhdil-ləzi farəqtəna ələyhi min şəhadəti ənla ilahə illəllahu vəhdəhula şərikə ləhu və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi əbduhu və rəsuluhu və səyyidun-nəbiyyinə və xatəmul-mursəlinə və ənnə Əyiyyən Əmirul-mo’mininə və səyyidul-vəsiyyinə və imamuniftərəzəllahu taətəhu ələl-aləmin və ənnəl-Həsənə vəl-Huseynə və Əliyyəbnəl-Huseyni və Muhəmmədəbnə Əliyyin və Cəfərəbnə Muhəmmədin və Musəbnə Cəfərin və Əliyyəbnə Musa və Muhəmmədəbnə Əliyyin və Əliyyəbnə Muhəmmədin vəl-Həsənəbnə Əliyyin vəl Qaiməl-Huccətəl-Məhdiyyə sələvatullahi ələyhim əimmətul-mu’mininə və hucəcullahi ələl-xəlqi əcməin və əimmətukə əimmətu hudən əbrarun ya fulanəbnə fulan ("filan”) əvəzinə meyyitin adı və atasının adı deyilir.)

    Sonra deyilir:

    اِذا اَتَاكَ المَلَكَانِ المُقَرَّبَانِ رَسُولَينِ مِن عِندِاللهِ تَبَارَكَ وَتَعَالىَ وَسَألاَكَ عَن رَبِّكَ وَعَن نَبِيِّكَ وَعَن دِينِكَ وَعَن كِتَابِكَ وَعَن قِبلَتِكَ وَعَن اَئمَّتِكَ فَلاَتَخَف وَلاَتَحزَن وَقُل فِى جواَبِهِمَااللهُ رَبىِّ وَمُحمَّدًُ صَلَّىاللهُ عَلَيهِ وَآلِهِ نَبيِّىِ وَالاِسلاَمُ دِينِيَ والقُراَنُ كِتَابِى وَالكَعبةُ قِبلَتىِ وَاَمِيرُ المُؤْمِنِينَ عَلِىُّ بنُ اَبِى طَالِبٍ علیه السلام اِمَامِى وَالحَسَنُ بنُ عَلَىٍّ المُجتَبىَ علیه السلام اِمَامِى وَالحُسَينُ بنُ عَلِىٍّ الشَّهِيدُ بِكَربَلاَ علیه السلام اِمَامِى وَعَلِىٌّ زَينُ العَابِدِينَ علیه السلام اِمَامِى وَمُحَمَّدًُ البَاقِرُ علیه السلام اِمَامِى وَجَعفَرًُ الصَّادِقُ علیه السلام اِمَامِى وَمُوسَى الكاَظِمُ علیه السلام اِمَامِى وَعَلِىُّ الرِّضَا علیه السلام اِمَامِى وَمُحَمَّدًُ الجَواَدُ علیه السلام اِمَامِى وَعَلِىًُّ الهاَدِى علیه السلام اِمَامِىوَالحَسَنُ العَسكَرىِ علیه السلام اِمَامِى وَالحُجَّةُ المُنتَظَرُ علیه السلام اِمَامِى هَوُلاَءِ صَلَوَاتُ اللهِ عَلَيهِم اَجمَعِينَ اَئِمَّتِى وَساَدَتىِ وَقَادَتِى وَشُفَعَائي بِهِم اَتَوَلَّى وَمِن اَعدائهِم اَتَبَرَّءُ فِى الدُنْيَا وَالاَخِرَةِ ثُمَّ اعلَم يَا فُلاَنَ بنَ فُلاَن

    "İza ətakəl-mələkanil-muqərrəbani və rəsuləyni min indillahi təbarəkə və təala və səəlakə ən rəbbikə və ən nəbiyyikə və ən dinikə və ən kitabikə və ən qiblətikə və ən əimmətikə fələ təxəv vələ təhzən və qul fi cəvabihima Allahu Rəbbi və Muhəmmədun səlləllahu ələyhi və alihi nəbiyyi vəl-İslamu dini vəl-Qur’anu kitabi vəl-Kəbətu qibləti vəl-Əmirəl-mö’mininə Əliyyubnu Əbi Talibin imami vəl-Həsənubnu Əliyyinil-Muctəba imami vəl-Huseynubnu Əliyyiniş-şəhidu bi-Kərbəla imami və əliyyun Zəynul-Abidinə imami və Muhəmmədunil-Baqiru imami və Cəfərunis-Sadiqu imami və Musəl Kazimu imami və Əliyyunir-Riza imami və Muhəmmədunil-Cəvadu imami və Əliyyunil-Hadiyyu imami vəl-Həsənul Əskəriyyu imami vəl-Huccətul muntəzəru imami həulai sələvatullahu ələyhim əcməinə əimməti və sadəti və qadəti və şufəai bihim ətəvəlla və min ə’daihim ətəbərruu fid dünya vəl axirəti summə’ləm ya fulanəbnə fulan ("filan”) əvəzinə meyyitin adı və atasının adı deyilir.”

    Sonra deyilir:

    اِنَّ اللهَ تَبَارَكَ وَتَعَالَى نِعمَ الرَّبُّ وَاَنَّ مُحَمَّداً صَلًى اللهُ عَلَيهِ وَآلِهِ نِعمَ الرَّسُولُ وَاَنَّ عَلِىَّ بنَ اَبِى طاَلِبٍ وَاَولاَدَهُ المَعصُومِينَ الاَئمَّةَ الاِثنىَ عَشرَ نِعمَ الاَئِمَّةُ وَاَنَّ مَاجَاءَ بِهِ مُحَمَّدًُ صَلَّى اللهُ عَلَيهِ وَ آلِهِ حَقٌّ وَاَنَّ المَوتَ حَقٌّ وَسُؤاَلَ مُنكَرٍ وَنَكِيرٍ فِى القَبرِ حَقٌّ وَالبَعثَ حَقٌّ وَالنُّشُورَ حَقٌّ وَالصِّراطَ حَقٌّ وَالمِيزاَنَ حَقٌّ وَتَطاَيُرَ الكُتُبِ حَقٌّ وَاَنَّ الجَنَّةَ حَقٌّ وَالناَّرَ حَقٌّ وَاَنَّ السَّاعَةَ آتِيَةُ لاَرَيبَ فِيهَا وَاَنَّ اللهَ يَبعَثُ مَن فِى القُبُورِ

    "İnnəllahə təbarəkə və təala ni’mər rəbbu və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi nimər rəsulu və ənnə Əniyyəbnə Əbi Talibin və əvladul-məsuminəl-əimmətəl-isna əşərə niməl-əimmətu və ənnə maca əbihi Muhəmmədun səlləllahu ələyhi və alihi həqqun və ənnəl-məvtə həqqun və sualə munkərin və nəkirin fil-qəbri həqqun vəl-bəsə həqqun vən-nuşurə həqqun və siratə həqqun vəl-mizanə həqqun və tətayurəl-kutubi həqqun və ənnəl-cənnətə həqqun vən-narə həqqun və ənnəs-saətə atiyətun-la rəybə fiha və ənəllahə yəbəsu mən fil-qubur.” Sonra deyilir: "Əfəhimtə ya fulan ("filan”) əvəzinə meyyitin adı çəkilir) sonra deyilir:

    ثَبَّتَكَ اللهُ بِالقولِ الثَابِتِ وَهَداَكَ اللهُ اِلى صِراَطٍ مُستَقِيمٍ عَرَّفَ اللهُ بَينَكَ وَبَينَ اَولِيَاءِكَ فِى مُستَقَرٍّ مِن رَحمَتِهِ

    "Səbbətəkəllahu bil-qəvlis-sabiti və hədəkəllahu ila siratin mustəqimin ərrəfəllahu bəynəkə və bəynə əvliyaikə fi mustəqərrin min rəhməti.” Sonra deyilir: "Əllahummə cafil-ərzə ən cənbəyhi və əs’id biruhihi iləykə vəl-ləqhihi minkə bürhanən Allahummə əffəkə əffəkə.”

    11. Qəbir düzbucaqlı formasında düzəldilir və yerdən dörd barmaq qaldırılır. Onun üzərinə nişan qoyulur ki, tanınsın. Qəbirin üzərinə su səpilir və su səpdikdən sonra orada iştirak edənlər əllərini qəbrə qoyub barmaqlarını açılmış vəziyyətdə torpaqa daxil edirlər, yeddi dəfə "İnna ənzəlna” surəsini oxuyurlar. Sonra meyyit üçün bağışlanma dilənilir.

    12. Sonra bu dua oxunur:

    اَللَّهُمَّ جَافِ الاَرضَ عَن جَنبَيهِ واصعَد بِرُوحِهِ اِلَيكَ وَلَقِّه مِنكَ بُرهَانًا اللَّهُمَّ عَفوَكَ عَفوَكَ

    Allahummə cafil-ərzə ən cənbəyhi və əsid iləykə ruhəhu vəl-ləqhihi minkə rizvanən və əskin qəbrəhu min rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən sivak.”

    Məsələ 589: Əzadarlıq sahiblərinə başsağlığı vermək müstəhəbdir. Amma əzadarlıqdan bir müddət ötmüşsə və müsibət yaddan çıxmışsa başsağlığı ilə müsibəti yada salmamaq üçün bu işi tərk etmək daha yaxşıdır. Yaxşı olar ki, meyyitin əhlinə üç gün təam göndərilsin.

    Məsələ 590: Yaxşı olar ki, insan qohumlarının, xüsusilə övladının ölümü müqabilində səbirli olsun, hər dəfə meyyiti yada salanda "İnna lillahi və inna iləyhi raciun” söyləsin və meyyit üçün Qur’an oxuyub bağışlanma diləsin.

    Məsələ 591: Bir şəxsin ölümünə görə üzü və bədəni cırmaq, yaralamaq olmaz. Ata və qardaşdan başqa ölənlər üçün yaxanı cırmağa da icazə verilmir.

    sələ 592: Əgər kişi öz zövcəsinin və ya övladının ölümünə görə libasını cırarsa və ya qadın meyyitin əzadarlığında üzünü cırarsa (belə ki, qan gəlsin), saçını yolarsa, vacib ehtiyata əsasən, and kəffarəsi kimi kəffarə versin, yə’ni bir bəndə azad etməli, ya on fəqirə təam verməli, ya da onları geyindirməlidir. Hətta üzünü cırarkən qan gəlməsə bu göstərişə əməl etsin.

    Məsələ 593: Vacib ehtiyat budur ki, meyyitə ağlayarkən səs qaldırılmasın, fəryad çəkilməsin.

     


     
     
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.