![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Məsələ 507: "Möhtəzirin”, yə’ni can verən insanın növbəti Məsələlərdə açıqlanacaq hökmləri var.
Məsələ 508: Vacib ehtiyata əsasən, can verən insan arxası üstə uzadılmalıdır və ayaqlarının altı üzü qibləyə olmalıdır. Onun kişi və ya qadın olmasının, böyük və ya kiçik olmasının fərqi yoxdur. Əgər can verən şəxsi bu qaydada uzatmaq mümkün deyilsə, vacib ehtiyata əsasən, imkan həddində həmin göstərişə əməl olunmalıdır. Bu da mümkün olmasa onu üzü qibləyə oturtmaq lazımdır. Bu da mümkün olmasa, onu üzü qibləyə sağ çiyni və ya sol çiyni üzərində uzatmaq lazımdır.
Məsələ 509: Can verən insanı üzü qibləyə çevirmək hər bir insana vacibdir. Bu işdə onun sahibindən icazə almaq lazım deyil.
Məsələ 510: Müstəhəbdir ki, can verən şəxsə şəhadət kəlmələri, on iki imamın adı və digər dini əqidələr onu anlayacağı şəkildə təlqin olunsun (deyilsin). Müstəhəbdir ki, bu sözlər can verən şəxs ölənədək təkrarlansın.
Məsələ 511: Müstəhəbdir ki, can verən insana belə bir dua təlqin olunsun: "Əllahumməğfirliəl-kəsirə min məasikə vəqbəl minnil-yəsirə min taətikə ya mən yəqbəlul-yəsirə və yə’fu ənil kəsiri iqbəl minnil-yəsirə və’fu hənnil-kəsirə innəkə əntəl-əfuvvul-ğəfur. Allahummərhəm fəinnəkə rəhim.”
Yaxşı olar ki, bu duanı o özü də təkrarlasın.
Məsələ 512: Müstəhəbdir ki, çətin can verən insanı namaz qıldığı yerə aparsınlar.
Məsələ 513: Can verən şəxsin rahatlığı üçün onun başı üzərində "Yasin”, "Saffat”, "Əhzab” surələrini və "Ayatəl-kürsi” oxumaq yaxşıdır. Can verənin başı üzərində bacardıqca çox Qur’an oxunsun.
Məsələ 514: Can verən şəxsi tənha qoymaq, onun qarnı üzərinə ağır bir şey yerləşdirmək, onun yanında cənabətli və heyiz halında insanın qalması, can verənin yanında ağlamaq və danışmaq, can verəni qadınlarla tənha buraxmaq məkruh əməllərdəndir, (pislənilir).
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









