«Bir gün Ömər ibni Xəttab müsəlmanların qarşısında xütbə oxuyaraq dedi: Hər kəs öz arvadına 400 dirhəmdən artıq mehriyyə təyin etsə, şallaq vurdurub mehriyyənin artığını beytul-mala daxil edəcəyəm.
Bir qadın ayağa qalxıb Qurani-Kərimin bu ayəsini oxudu:
«Öz arvadınızı boşayıb yeni arvad aldığınız zaman birinciyə təyin etdiyiniz mehriyyə çox olsa da, ondan heç nə almayın!»
Ömər bu ayəni eşitdikdə dedi: Sizin hamınız, hətta qadınlar da Ömərdən savadlıdırlar.»
«Әl-cəm bəynəs-səhihəyn» kitabının müəllifi yazır:
«İkinci xəlifənin dövründə beş kişini tutub Ömərin hüzuruna gətirdilər. Onların zina etdikləri isbat olundu. Xəlifə ilahi hökmün dərhal icrası üçün onların daş-qalaq olunmasına əmr etdi. Bu zaman Әli (ə) oraya çatıb hökmün səhv olduğunu buyurdu. Ömər - sən bizdən daha savadlısan - deyə, hökm etməyi Әli (ə)-a tapşırdı.
Әli (ə) birinci şəxsin boynunu vurdurdu, ikinci şəxsin daş-qalaq olunmasına, üçüncü şəxsə 100 şallaq, dördüncüyə 50 şallaq, beşinciyə 25 şallaq vurulmasına əmr etdi. Ömər hökmün bu qədər müxtəlif olmasına təəccüb edərək bunun səbəbini soruşdu. Әli (ə) onun cavabında dedi: Birinci şəxs İslam hökumətinin himayəsində olan kafir idi. O, müsəlman qadınla zina etdiyi üçün bizim himayədarlığımızdan xaric olaraq ölümə məhkum olundu.
İkinci şəxs evli halda zina etdiyi üçün daş-qalaq olundu.
Üçüncü şəxs subay halda zina etdiyi üçün 100 şallaqla cəzalandı.
Dördüncü şəxsə, qul olduğu üçün azad insanların cəzasının yarısını, yəni 50 şallaq vuruldu.
Beşinci şəxs isə axmaq və ağıldan kəm olduğu üçün rəsmi cəza almamalıdır; yalnız tənbeh üçün 25 şallaq vurmaq olar. Ömər Әli (ə)-ın bu elmindən heyrətlənərək dedi: Әli (ə) olmasaydı Ömər həlak olardı.»
Nurəddin Maliki «Әl-füsulul-muhimmə» kitabında, Gənci Şafei «Kifayətul-talib» kitabında yazırlar:
«Bir gün Ömər ibni Xəttab Həzifə ibni əl-Yəmanla rastlaşaraq soruşdu: Bu gecəni necə sübh etdin?
Həzifə onun cavabında dedi: And olsun Allaha! Elə bir halda sübh etdim ki, haqdan acığım gəlir, fitnəni sevirəm; görmədiyimə inanır, yəhudi və xristianların sözlərini təsdiq edirəm; mənim yer üzündə elə bir şeyim vardır ki, Allahın göylərdə ondan yoxudur...
Xəlifə Ömər bu sözlərdən əsəbləşib onu cəzalandırmaq istədi. Bu zaman Әli (ə) onlara yaxınlaşaraq dedi:
Onun dedikləri bir həqiqətdir.
-Haqqdan acığım gəlir, yəni ölümdən acığım gəlir...
-Fitnəni sevirəm, yəni övladlarımı sevirəm. Әnfal surəsinin 28-ci ayəsində buyurulur: «Bilin ki, sizin malınız və övladlarınız fitnədirlər...»
-Görmədiyimə inanıram, yəni gözlərin görmədiyi Allaha, qiyamətə inanıram...
-Yəhudi və xristianların sözünü təsdiq edirəm, yəni onların bir-birinin haqqında dediklərini təsdiq edirəm. Bəqərə surəsinin 113-cü ayəsində buyurulur: «Yəhudilər dedilər, xristianlar bir şey deyillər və xristianlar dedilər, yəhudilər bir şey deyillər...»
-Mənim yerlərdə bir şeyim vardır ki, Allahın göylərdə ondan yoxudur, yəni mənim arvadım var, Allahın isə yoxdur...
Ömər təəccüb edərək dedi: Әli olmayan (zamanda qarşılaşacağım) çətinlikdən Allaha pənah aparıram...»
İslam xəlifələri dövründə baş vermiş yüzlərlə bu kimi maraqlı hadisələri sadalamaq olar.
Burada yalnız Ömər ibni Xəttabın Әli (ə)-ın müqabilində elmi cəhətdən aciz olduğunu etiraf etməsini təsdiqləyən bəzi əhli-sünnət kitablarının adlarını yazmaqla kifayətlənirik.
1.«Təhzibut-təhzib» - İbni Həcər Әsqəlani;
2.«İbtalul-batil» - Qazi Fəzlullah;
3.«Təvilu-müxtələfil» hədis – İbni Qüteybə;
4.«Әs-səvaiqul-muhriqə» - İbni Həcər Məkki;
5.«Usdul-ğabə» - İbni Әsir;
6.«Tarixul-xülafə» - Cəlaləddin Siyuti;
7.«Әl- füsulul-mühimmə» - Nurəddin ibni Səbbağ;
8.«Әl-mənaqib» - Xətib Xarəzmi;
9.«Müsnəd» - İmam Әhməd ibni Hənbəl;
10.«Kəşful-bəyan» - İmam Sələbi;
11.«Turuqul-həkəmiyyə» - İbni Qəyyim;
12.«Sünən» - İbni Macə;
13.«Şərhu-fəthil-mubin» - Məhəmməd Termezi;
14.«Yənabiul-məvəddə» - Şeyx Süleyman Hənəfi;
15.«Cəvahirul-əqdəyn» - Səmhudi.
Adları çəkilən və digər onlarla kitablarda Ömər ibni Xəttabın bu cümləsi yazılmışdır:
«Әli (ə) olmasaydı Ömər həlak olardı.»
Kitabın adı: İttihamla üz-üzə
Müəllif: Mətləb Baqir