35-ci dərs: Sirr saxlamaq
Ey əziz qardaş, əgər sirr saxlamaq istəyirsənsə, o zaman heç kəsin onu bilməsinə şərait yaratma! Hətta sənin ixlaslı dostun olsa belə! Çünli onun da sənin kimi dostları vardır.
Bəzi alimlər deyir: Sirr iki şey dən - dodaqdan və ya iki nəfər arasından kənara çıxarsa, yayılar.
Əmirəl-möminin (ə) buyurur:
"Sirr əsirindir, ifşa etsən əsri olacaqsan" ("Ğurarul-Hikəm" səh.320, 7416-cı hədis)
"Bir sirri saxlayanlar artarsa, ifşa edənlərdə artar" ("Ğurarul-Hikəm" səh.320, 7418-cı hədis)
"Dostuna yaxşılıq etməyə çalış, lakin tam arxayın olma" ("Ğurarul-Hikəm" səh.320, 7419-cu hədis)
İmam Sadiq (ə)-dan nəql edilən rəvayətdə buyurur:
"Sirr sənin qanındır və yalnız sənin vücudunda axır" ("Usulul-Kafi" c.2, səh.175, "Biharul-Ənvar" c.75, səh.71)
Kitabın adı: Əxlaq elmində 50 dərs
Müəllif: Şeyx Abbas Qummi