Ey əziz qardaş, qonşuna əziyyət vermə, onların hüquqlarına riayət et! ("Mişkatul-ənvar" Təbərsi, səh.215) Onların evinə boylanıb baxma, əməllərini izləmə! Evinə axan suyu onların evinə axmasına şərait yaratma! Onların qapılarının qarşısına torpaq, zibil və digər tullantı məhsullarını atma! Yeməyinin qoxusu və evinin tüstüsü ilə onlara əziyyət vermə!
Gecəni sən tox, onlar isə ac yatmamalıdır. Həmçinin, sən rahat yaşadıqda onlar məşəqqət, çətinlik və əziyyət çəkməməlidirlər.
Hər bir işdə qonşuna kömək et! Çünki qonşuya yaxşılıq etmək özmrü uzadır və diyarı abadlaşdırır.
Əhli-Bəyt (ə) bir çox hədislərdə qonşuya yaxşılıq etməyi vəsiyyət etmişdir.
Rəsulullah (s) buyurur:
"Qonşuna yaxşılıq et ki, mömin olasan".
"Qonşuya hörmət sanki anaya hörmətdir".
"Cəbrail (ə) qonşunu mənə o qədər vəsiyyət etdi ki, onun məndən irs aparacağını zənn etdim". ("Mişkstul-ənvar" Təbərsi, səh.213, "Bihaul-Ənvar" c.69, səh.368)
Əmirəl möminin (ə) buyurub:
"Qonşuya yaxşılıq edənin xidmətçisi artar" ("Ğurarul-hikəm" səh.437)
"Allaha and olsun ki, qonşuya yaxşılıq Peyğəmbərimizin vəsiyyətidir" ("Nəhcul-Bəlağa" ölümqabağı vəsiyyəti)
İmam Kazımdan (ə) nəql edilən rəvayətdə buyurur:
"Yaxşı qonşuluq əziyyət verməkdən əl çəkmək deyil, əziyyətə səbr etməkdir" ("Mişkatul-ənvar" Təbərsi, səh.215, "Biharul-Ənvar" c.77, səh.320)
Kitabın adı: Əxlaq elmində 50 dərs
Müəllif: Şeyx Abbas Qummi