» » 14. Birinci xəlifə Әbu Bəkr ibni Əbu Qəhafə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    14. Birinci xəlifə Әbu Bəkr ibni Əbu Qəhafə
    0
    Müəllif: Fatimə Nuri Xuda | 12-09-2014, 14:00 | Baxılıb: 1 250
     
     
     14. Birinci xəlifə Әbu Bəkr ibni Əbu Qəhafə 

    Ötən bəhslərimizdə Peyğəmbərin (s) səhabələri barədə söhbət açdıq. Әhli-sünnə məzhəblərinin səhabələrə ifrat dərəcədə etiqad bəsləməsinin əsassız olduğunu bəyan etdik. Qeyd etdik ki, onlar mötəbər olmayan hədislərə və məntiqsiz əsaslara istinad edərək səhabələri olduqlarından daha yüksək məqamlarda təsəvvür edirlər. Xüsusi ilə onların xəlifələr haqda olan etiqadları ifrat məhəbbət üzərində qurulmuşdur. Buna görə də ilk üç xəlifə barəsində nisbətən geniş izah və təhlillər verməyi qərara aldıq.
    Həzrət Peyğəmbərdən (s) sonra məşhur səhabələrdən biri olan Әbu Bəkr ibni Әbu Qəhafə ilk xəlifə təyin olundu.
    Bu ilk xilafətin İslam əsaslarına, hətta əhli-sünnənin məqbul hesab etdiyi icma və səsvermə yolu ilə təyin olunmadığı barədə kifayət qədər məlumat vermişik.
    Әhli-sünnə qardaşlarımız Әbu Bəkrin bu xilafətə başqalarından daha layiqli və əfzəl olduğunu deyirlər. Bu ləyaqət və fəzilətin isbat olunması üçün onlar bəzi dəlillərə istinad etmişlər. Biz bu dəlillərlə tanış olur, onları bir-bir təhlil və mülahizə edirik. Әhli-sünnə məzhəbləri ilk növbədə Әbu Bəkrin Peyğəmbər (s) hicrət edərkən onunla birlikdə olmasını və bu barədə müqəddəs Qurani-Kərimdə ayə nazil olmasını onun ən böyük fəzilətlərindən sayırlar. Onlar bu ayəni iftixar hissi ilə təkrar-təkrar oxuyur (Məşhur Misir qarisi mərhum Әbdül-basit Məhəmməd Әbdüssəməd bu ayəni bir məclisdə 5 dəfə qiraət edir) və ayədən aşağıdakı müsbət nöqtələri çıxarırlar:
    «Onu (Peyğəmbəri) kafirlər (Məkkədən) çıxardıqları zaman, iki nəfərdən biri olduğu halda Allah ona kömək etdi. O iki nəfər (Peyğəmbər və Әbu Bəkr) mağarada gizləndikləri zaman öz yoldaşına dedi: Qorxma Allah bizimlədir. Allah ona rahatlıq verdi və onu gözəgörünməz bir ordu ilə müdafiə etdi».
    1.Peyğəmbər (s) Әbu Bəkri özü ilə ona görə apardı ki, özündən sonra xəlifə olacaq bir şəxs müşriklər tərəfindən öldürülməsin.
    2.Allah-taala Özü Әbu Bəkri Qurani-Kərimdə Peyğəmbərə yoldaş adlandırmışdır.
    3.Ayədə Peyğəmbər (s) Әbu Bəkrə «Allah bizimlədir» deyir. Bu isə Allahın Әbu Bəkrlə olmasını göstərir.
    4.Ayədə buyurulur ki, Allah-taala Әbu Bəkrə rahatlıq verdi.
    Qeyd olunan müsbət nöqtələri sıra ilə bir-bir nəzərdən keçirək:
    1.Peyğəmbər (s) Әbu Bəkri özü ilə nə üçün apardı?
    Әgər həqiqətən Peyğəmbər (s) Әbu Bəkri öz gələcək xəlifəsini qorumaq məqsədi ilə aparırdısa, bəs nə üçün digər xəlifələri, o cümlədən Ömər, Osman və Әlini özü ilə aparmadı? Xatırladırıq ki, əhli-sünnə məzhəbləri bu dörd xəlifəni eyni səviyyədə və heç bir fərq qoymadan qəbul edirlər.
    Әhli-sünnə məzhəblərinin əqidəsinə görə Peyğəmbər (s) heç bir kəsi xəlifə təyin etməmişdir. Müsəlmanlar hər bir şəxsi xəlifə seçərsə (icma), onun itaəti hamıya lazımdır. Bu əqidə ilə təhlil etdiyimiz fikir bir-birinə tamamilə ziddir.
    Әhli-sünnə tarixçisi Təbəri öz tarix kitabının 3-cü cildində yazır:
    «Әbu Bəkr həzrət Peyğəmbərin (s) evinə gəlib həzrəti soruşduqda, Әli ibn Әbu Talib, Peyğəmbərin (s) getdiyi yolu ona göstərdi. Әbu Bəkr sürətlə həzrətin dalınca yollanaraq yolda ona çatdı. Onlar birlikdə mağaraya getdilər...» 
    Hətta bəzi əhli-sünnə alimləri yazırlar ki, Peyğəmbər (s) Әbu Bəkrin müşriklərə xəbər verəcəyindən qorxub onu özü ilə apardı. Məşhur əhli-sünnə alimi Şeyx Әbul Qasim ibni Səbbağ «Әn-nuru vəl-bürhan» kitabında Məhəmməd ibni İshaqdan, o isə Həssan ibni Sabitdən nəql edir:
    «Hicrətdən əvvəl ümrə ziyarəti üçün Məkkəyə getmişdim. Kafirlər Peyğəmbəri (s) və müsəlmanları söyür, incidirdilər....
    Peyğəmbər (s) Әliyə əmr etdi ki, gecə onun yatağında yatsın. Sonra Әbu Bəkrin müşriklərə xəbər verəcəyindən qorxub onu da özü ilə götürüb mağaraya getdi...» 
    2.Allah-taalanın Qurani-Kərimdə Әbu Bəkrə Peyğəmbərin (s) yoldaşı deməsi heç bir fəzilət daşımır.
    Әrəb dilində yoldaş mənasını ifadə edən «sahib» kəlməsi Qurani-Kərimdə kafirlərin barəsində də dəfələrlə işlədilmişdir.
    Misir hökmdarının zindanında həbsdə olarkən Yusif peyğəmbərin digər iki cavan məhbusa «yoldaş» deməsi Qurani-Kərimdə belə ifadə olunur:
    «Ey mənim zindan yoldaşlarım, müxtəlif və çoxsaylı Allahlar (bütlər) yaxşıdır, yoxsa vahid və güclü Allah!?» (Yusif–39). 
    Ayənin mənasından aydın olduğu kimi, bu iki cavan (padşahın aşpazı və şərab paylayanı) kafir və müşrik idilər. Lakin Quran onları Yusif peyğəmbərin yoldaşı kimi təqdim edir.
    Qurani-Kərim biri mömin, digəri kafir olan iki nəfərin (iki qardaş olmaları ehtimal olunur) mübahisəsini Kəhf surəsində bəyan edərkən kafir şəxsi mömin şəxsə «yoldaş» adlandırır:
    «Ona (kafir şəxsə) öz yoldaşı nəsihət edərək dedi: Səni torpaqdan, sonra nütfədən (sperma) yaradan, sonra səni kişi qərar verən Allaha kafir olursan?» 
    Gördüyünüz kimi bir şəxsin Peyğəmbər və ya mömin bir şəxslə «yoldaş» olması ona heç bir fəzilət və üstünlük gətirməz.
    3.Peyğəmbərin (s) – Allah bizimlədir – deməkdə məqsədi nə idi?
    Әvvəla Allahın bir şəxslə olması onun haqq və fəzilət sahibi olmasına dəlalət etməz. İslam etiqadına görə Allah-taala yaxşı və pisliyindən asılı olmayaraq, bütün insanlarladır, onlara şax damarlarından belə yaxındır:
    «Görmürsən (bilmirsən) ki, Allah göydə və yerdə olanları bilir? Üç nəfər pıçıltı edərsə, dördüncü Allahdır (ki, onları eşidir). Beş nəfərdirlərsə, altıncısı Allahdır....» 
    Әgər burada «Allah bizimlədir» kəlməsinin tərəfdarlıq mənasında olduğunu desək, yenə də mütləq bir fəzilət ortaya çıxmır. Belə ki, Әbu Bəkrin Peyğəmbərlə (s) hicrət etməsi sözsüz ki, müsbət bir əməl idi. Bu işdə Allahın onlarla olmağında şübhə yoxdur.
    Allahın onlarla olması Әbu Bəkrin şəxsiyyətinə görə yox, həmin işin əhəmiyyətinə görə idi. Hər hansı bir şəxs o zaman Peyğəmbərlə (s) birgə olsaydı, bu kəlmə ona da aid olardı.
    Bu o deməkdir ki, Allahın həmin zaman Әbu Bəkrin tərəfində olması ona mütləq bir fəzilət gətirmir və bütün zamanlarda belə olduğuna dəlalət etmir.
    4.Ayənin sonunda «Allah ona rahatlıq verdi» cümləsində kim nəzərdə tutulur?
    Ayədə heç bir ad çəkilmədən «o» əvəzliyindən istifadə olunur, ilahi kömək və rahatlıqdan danışılır. Heç bir əlamət və izah olmadan əvəzliyi məhz Әbu Bəkrə aid etmək qrammatik qaydalarla uyğun gəlmir.
    Daha sonra buyurulan «və onu gözə görünməz bir ordu ilə müdafiə etdi» cümləsi açıq şəkildə göstərir ki, bu rahatlıq Peyğəmbərə (s) nazil olmuşdur. Şübhəsiz ki, Allah-taala gözəgörünməz bir ordu ilə Öz peyğəmbərini müdafiə etməsindən söhbət açır.
    Qarşıya belə bir sual çıxır: Peyğəmbərin (s) qeyd olunan rahatlığa, ilahi köməyə ehtiyacı var idimi?
    Məqam və şəxsiyyətindən asılı olmayaraq, bütün insanların ilahi köməyə, çətinlik zamanı ruhi təskinliyə (Allah tərəfindən) ehtiyacı vardır. Qurani-Kərimin digər ayələri bu həqiqəti təsdiq edir-«Sonra Allah Öz təskinlik və rahatlığını Rəsuluna və möminlərə əta etdi....» Әhli-sünnə qardaşlarımızın bu ayədən istifadə edərək üzə çıxardıqları nöqtələri təhlil etdikdən sonra ayədə mövcud olan digər bir həqiqəti də aşkarlamaq yerinə düşərdi.Ayədə deyilir- O iki nəfər mağarada olarkən Peyğəmbər (s) öz yoldaşına (Әbu Bəkrə) dedi- Qorxma, Allah bizimlədir.Ayədə açıq şəkildə Peyğəmbərin (s) Әbu Bəkrə «qorxma» deməsi onun bu zaman qorxduğundan xəbər verir. Çünki, Peyğəmbərin qorxmayan bir şəxsə «qorxma» deməsi əbəs və mənasız görünür.«Allahın dostları (ona qəlbən bağlı olan kəslər) qorxu və qəmginlik bilməzlər» Bu ayə Әbu Bəkrin nə dərəcədə Allah dostu olmasını çox gözəl bəyan edir-

    Kitabın adı: İttihamla üz-üzə
    Müəllif: Mətləb Baqir

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 13 Eylül 2014 12:48 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim.Allah ehlibeyt duwmenlerine lenet etsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 12 Eylül 2014 21:04 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.