"Mutəffifin” surəsi
(Tərfif və İnşiqaq)
İmam Sadiq (ə) buyurdu: Hər kəs özünün vacibi namazlarında "Vəylun lilmutəffifin" surəsini oxusa, Allah onu Qiyamətdə Cəhənnəm odundan amanda saxlayar, elə bir tərzdə ki, nə od onu görə bilər, və nədə ki, o odu görə bilər, və Cəhənnəmin üstündəki körpüdən keçməz, hesabı elə də çətin çəkilməz.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Mutəffifin surəsini oxuyan kəsi Allah rəhiq məxtumdan (qapağı bağlı qablardan) sirab edər.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs inşəqqət surəsini oxusa, Allah əməl dəftərinin arxa tərəfindən verilməsindən onu qoruyar.
"Buruc” surəsi
İmam Sadiq (ə) buyurdu: Hər kəs "Vəssəmai zatil buruc" surəsini buna xatir ki, o Peyğəmbərlər surəsidir. Məhşərdə və hesab üçün dayandırılanda Peyğəmbərlərlə, göndərilmişlərlə, ləyaqətli insanlarla birlikdə olacaqdır.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Buruc surəsini oxuyan kəsə, Allah bütün cümə və ərəfə günlərinin sayı qədər ona on həsənə əta edər.
Hər kəs bu surəni yatanda oxusa, yuxudan oyanana kimi qorunar. Mənzildən çıxan zaman bu surəni oxuyub mənzilə tərəf pilə ki, mənzil, onu oxuyan və bütün bəlalardan qorusun.