» » Yuxu-bərzəx aləminin kiçik nümunəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Yuxu-bərzəx aləminin kiçik nümunəsi
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 8-09-2014, 18:00 | Baxılıb: 1 034
     
     
      Yuxu-bərzəx aləminin kiçik nümunəsi

    Bərzəx aləminin nümunəsi bu dünyada yuxu görməkdir. İnsan yuxuda çoxlu qəribəlikləri müşahidə edir. Bəzən yuxuda görür ki, bir od çalasında yanır. Fəryad edir, "məni qurtarın!”, deyə qışqırır. Oyandıqdan sonra ətrafındakılara deyir ki, mənim səsimi eşitmədinizmi? Deyirlər ki, yox. Halbuki onun özü təsəvvür edirdi ki, boğazı fəryad etmək nəticəsində az qalır ki, deşilsin. Yaxud, yuxuda görür ki, zəncirə çəkilmişdir və zəncirin göstərdiyi təzyiq nəticəsində boğulmaq ərəfəsindədir. Nə qədər fəryad edirsə bir kəs onun dadına çatmır. İndi Allah daha yaxşı bilir ki, ölülər necə də fəryad çəkirlər amma biz eşitmirik. Bəli, ora başqa bir yerdir. Bəzi vaxtlar batini işlər zahirə də sirayət edir. "Kafi” kitabında Həzrət Cəfər ibni Mühəmməd Sadiq əleyhis-salamdan belə rəvayət edilib: Yuxu görmək xilqətin əvvəllərində yox idi. Peyğəmbərlərin birinin zəmanəsində Qiyamət barəsində söhbət etdi, camaat isə suallar verirdilər. Məsələn, ölü necə dirilə bilər? Həmin gecə yatdıqda müxtəlif yuxular gördülər. Sabahkı gün isə həmin yuxuları bir-birinə nəql etdilər. Həmçinin, həmin peyğəmbərə də dedilər. Peyğəmbər buyurdu: Allahın höccəti sizin üçün tamam oldu. Çünki, yuxuda gördükləriniz öldükdən sonra görməli olacaqlarınızın kiçik bir nümunəsidir.
    Bəzən batini işlər zahirdə də təsir qoyur. Bizə deyiləndə ki, qəbirstanın ziyarətinə gedin, "Fatihə” oxuyun, belə bir sual yarana bilər ki, ölünün ruhu bu nöqtədə deyil, əksinə, Allah bilir ki, onun ruhu haradadır. Amma onun cəsədi bu yerdə dəfn olunduğuna görə həmin məkanla əlaqəsi vardır. Rəvayətdə qeyd olunur ki, Möminin ruhu "Vadiyüs-səlam”da, Həzrət Əli əleyhis-salamın qonşuluğunda, kafirin ruhu isə "Bərəhut” səhrasındadır.
    ölümdən sonra bədən bərzəxi bir bədəndir; dünyadakı bədən kimi maddiyyatla əlaqəli olan çirkin bədən deyil, kölgəsi yoxdur. O qədər lətifdir ki, ruhlardan bəziləri (əgər, məhbus olmazsa) bütün aləmə əhatə tapa bilərlər.
    Mərhum Şeyx Mahmud Əraqi "Darüs-səlam” kitabının axırında nəql edir ki, Əl cəlil, böyük arif olan Seyyid Məhəmməd Əli Əraqi (onun adı Həzrəti İmam Zaman əleyhis-salamı görənlər sırasında qeyd olunub) buyurur: Uşaqlıq çağlarında öz əsl vətənimdə (İraqın kəndlərindən biri olan Kərimrub kəndi) idim. Adını və nəsəbini tanıdığım bir şəxs vəfat etdi. Onu gətirib bizim evlə üzbəüz olan məqbərədə dəfn etdilər. 40 gün müddətinə qədər hər vaxt məğrib olanda onun qəbrindən qalxan atəşin, alovun əlamətləri görünürdü. Bu qəbirdən can yandıran nalə və ahu-fəğan eşidirdim. Gecənin əvvəllərində o qədər ahu-nalə şiddətlənirdi ki, mən qorxub, təlaş hissi keçirirdim. öz-özümə əsməyə başlayırdım. Huşdan getmə adəti məndə baş vermişdi. Qohumlarım bu məsələdən agah olub məni götürüb öz evlərinə apardılar. Bir müddətdən sonra özümə gəlib o meyyiti görməklə məndə yaranan bu halətdən təəccübdə qaldım. Çünki, onun həyatının haləti ona köməyi yox idi. Sonradan məlum oldu ki, o kişi, bir müddət hökumət divanxanasında qazi işləyirmiş. Bir seyyiddən ağır məbləğdə vergi istəyib və o seyyid o məbləği verə bilməyib. Bu şəxs o seyyidi həbs etdirmiş və bir müddət zindanın tavanından asılı halda saxlamışdı.
    Kitabın müəllifi mərhum Əraqi deyir: Mən o ölən şəxsi görmüşdüm, ancaq rüsvay olmasın deyə, adını nəsəbini demirəm. (Sonra deyir:) Bu seyyid nəql edir ki, Tehranın ətraf məntəqələrindən birində yerləşən İmamzadə Həsən əleyhis-salamın ziyarətinə getdik. Yoldaşlardan biri qəbrin yanında zikr deməyə, ziyarət etməyə məşğul idi. Gün batan çağı gözlənilmədən o qəbirdən şiddətli hərarət qalxmağa başladı. Sanki onun daxilində dəmir əridilən sobalar qızdırılmışdı. O qəbrin ətrafında yaşamaq mümkün deyildi. Oradakı camaat da bu hadisəni müşahidə edirdilər. Elə ki, qəbrin daşını oxuyanda gördüm ki, bir qadının adı yazılıb. Mətləbin qısası budur ki, bəzi vaxtlarda əzabın şiddətindən ruh bərzəx aləmində həmin cəsədə də təsir qoyur. Məsələn, Yəzid ibni Müaviyənin (Allah ona lə”nət etsin) misal göstərmək olar. Belə ki, Bəni Abbas dövründə Bəni Üməyyədən olanların qəbirlərini açır, cəsədlərini yandırırdılar. Yezidin qəbrini açanda, cəsədin yanıb külə dönməsini göstərən nazik bir xətdən başqa bir şey tapmadılar. Bu mətləbin şahidləri olduqca çoxdur, qeyd olunanlarla kifayətlənirik. Belə ki, ruh bərzəx aləmində sevincdə, yüksək əhval-ruhiyyədədirsə, onun cəsədi də həyatın müəyyən mərhələsindən bəhrələnir. Bəlkə də bu mətləb də çoxdur. Baş vermiş bir neçə halı qeyd etməklə kifayətlənirik.
    "Səfinətul-bihar” kitabının 2-ci cildinin 562-ci səhifəsində nəql olunur ki, Müaviyənin zamanında o məl”unun köstərişi ilə "Ühüd” dağını kəhriz çəkmək üçün qazırdılar. Həzrət Həmzənin barmağına külüng dəyir və qan axmağa başlayır. Əmr ibni Cəmu və Əbdüllah ibni Əmr–hər ikisi "Ühüd” şəhidlərindən idi. Amma kəhrizin yolu üstündə olduqlarına görə pak cəsədləri çölə çıxmışdı. Halbuki tər-təzə idi. Bir qəbir qazıb onları yenidən orada dəfn edirlər. O böyük şəxsiyyətlərin dəfn olunduğu vaxtdan Müaviyənin hakimiyyətə gəldiyi vaxta qədər 40 il keçmişdi.
    "Rovzatul-cənnat” kitabında nəql olunub ki, Bağdad hakimlərindən bəzisi camaaatın Həzrəti Musəbni Cəfər əleyhis-salamın qəbrini çox ziyarət etdiyini görəndə, şərif qəbri dağıtmaq qərarına gəldilər. Dedilər ki, gəlin qəbri açaq. Əgər cəsəd təzə olsa, ziyarətinə icazə verərik; yox əgər təzə olmasa, icazə vermərik. Onlardan biri dedi ki, şiələrin öz alimləri barəsində olan əqidələri, elə həmin əqidədir. Yaxınlıqda, çayın kənarında şiələrin böyük alimlərindən biri olan Məhəmməd ibni Kuleyninin qəbri yerləşir. Şiələrin əqidələrinin doğruluğunu bilmək üçün yaxşı olar ki, əvvəlcə onun qəbrini açaq. Sonra mərhum Kuleyninin qəbrini açırlar və cəsədinin sanki təzəcə dəfn olunmuş kimi təzə-tər, çürüməmiş görürlər. Cəsədinin kənarında bir uşaq da dəfn edilmişdi. Deyəsən, onun övladlarından imiş. Bağdadın hakimi əmr edir ki, o böyük alimin qəbrini təmir edib üstündə böyük bir məqbərə düzəltsinlər. Bundan sonra həmin qəbir böyük ziyarətgah kimi məşhurlaşır. Həmin kitabda Şeyx Səduq Məhəmməd ibni Babəveyhin kəramətlərindən də qeyd olunub (O, Rey şəhərində, Həzrəti Əbdül-Əzim əleyhis-salamın qəbrinin yanında dəfn olunub). Bu kəramətlərdən bəzisi bizim zəmanəmizdə də zahir olmuşdur. Camaatdan çoxları bu hadisəni müşahidə etmişlər. Belə ki, o böyük alimin cəsədi dəfnindən min il keçməsinə baxmayaaq, çürüməmiş, sağlam qalmışdı. Məsələ belə olmuşdu: Güclü sel nəticəsində qəbir yarılmışdı. Onu təmir etmək istəyəndə, cəsədi, qoyulduğu sərdabədə salamat görürlər. Bu məsələ Tehranda ildırım sürətilə yayılır və dövrün şahı Fətəli Şaha çatır. Şah deyir ki, bu kəraməti yaxından görmək istəyirəm. öz vəzir-vəkillərindən və bir neçə alimlə birlikdə həmin yerə gəlirlər. Alimlər şahın oraya girməsini məsləhət görmürlər. Sonra şahın əmri ilə alimlər və vəzirlər sərdabəyə daxil olurlar. Cəsədi olduğu kimi görüb nəql edirlər. Şah əmr edir ki, o şərif qəbrin üstündə əzəmətli bir bina düzəltsinlər. Bu bina hal-hazırda da böyük ziyarətgahlardan biridir.
    İbni Babəveyhin vəfat tarixi 385-ci hicri qəməri ili, qəbrinin açılması hadisəsi isə 1338-ci hicri qəməri ilinə təsadüf edir. Deməli, onun vəfatından qəbrinin açılmasına qədərki vaxt 855 ildir.
    Qısa şəkildə demək olar ki, bərzəx aləminə etiqad insan ruhunun ölümdən Qiyamətə qədər bərzəx aləmindəki verdiyi xəbərlər ilahi vəhydir ki, Quranda və rəvayətlərdə Peyğəmbərdən mütəvatir şəkildə bizə gəlib çatmışdır. Qeyd olunduğu kimi, məlaikə, Qiyamət, Sirat, Cənnət, Cəhənnəm, Mizan və s. kimi məsələlərə iman gətirmək kimi, bunların hamısı qeyb aləminə imandır. Və bunun da səbəbi ilahi vəhylərdir. Burada belə məsələlərin baş verməsinin çox qəribə olmasını, bərzəx aləminin münkirlərin yaratdığı şübhələrə cavab verilməsi, ruhların necə savabda, yaxud əzabda olmaları barədəki şübhələrin cavablarından biri, yaxşı və pis yuxulardır. Yuxuda insan səs-küy, həyəcanlı səhnələri görür, ancaq onun yanında olanlar eşitmir. Bəzən yuxu aləmində ölmüş insanları yaxşı və xoşhal halda; yaxud pis və ağır vəziyyətdə görürük. Yuxunu görən o yuxunu işin həqiqətindən, vaqe olmasından bir xəbər kimi hesab etməməlidir. Çünki, yuxulardan çoxu, insanın vəhm qüvvəsinin yaratdığı şeylərdir. Onlardan çoxu mürəkkəb olub təbirə ehtiyacı var. Amma onlardan bəziləri sadiq yuxular olub həqiqətdən söz açırlar. Bilmək lazımdır ki, sadiq yuxularda da əgər bir kəs ölən bir şəxsi yaxşı halda görsə, onun həmişə bu halda olmasını hökm etmək olmaz. Çünki, ehtimal verilir ki, ölən insan həmin halda itaət və xeyir əməl etdiyi saatlar müqabilində müəyyən nemətlərdən bəhrələnir, başqa saatlarda isə, layiqsiz, yaramaz və pis əməllərinin saatlarında isə ruhi əzablara mübtəla olur. Bunun əksi də mümkündür: əgər meyyiti pis halda, xəstəlik halında görsələr, bu onun həmişə belə halda olmasına dəlalət etmir. Çünki, bu, onun etdiyi günahlar müqabilində olan saatı ola bilər və sonradan yaxşı işlərinin müqabilində yaxşı nemətlərdən bəhrələnə bilər.
    Bütün bunları qeyd etməkdə məqsədimiz budur ki, əgər bir kəs ölmüş bir şəxsi yuxuda pis halda görsə, heç də məyus olmasın və ehtimal versin ki, sonradan o, yaxşı halda olacaqdır. Onun barəsində dua etmək, onun əvəzindən sədəqə vermək, saleh əməllər görməklə ona nicat versin. Əgər meyyiti yaxşı halda görsə, həmişə bu halda olmasına yəqin etməsin və deməsin ki, daha diri şəxslərin onun dadına yetişməsinə ehtiyac yoxdur. Sözün uzadılmasında məqsədimizdən biri də budur ki, biz öləndən sonra bərzəx aləmində olan xəbərlər çox az adamlara aşkar olur. Fərzən əgər məlum da olsa, haradan bizim üçün ürəyi yananlıq etməsi məlum olar? Deməli, yaxşı olar ki, nə qədər ki, diriyik, özümüzün fikrində olaq. Yəni, öz keçmiş əməllərimizi dəqiq şəkildə araşdıraq; əgər hər hansı vacib bir əməli fövtə vermiş olsaq, yerinə yetirək, günahlarımızdan tövbə edək, bacardığımız qədər saleh, yaxşı əməlləri görməyə çalışaq. Xüsusilə, müstəhəb və vacib ehsanlar etməklə axirət səfərinə tədarük görək. 

    Kitabın adı: Quran və qiyamət
    Müəllif: Şəhid Ayətullah Seyyid Əbülhüseyn Dəstğeyb

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 5
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 10 Eylül 2014 20:54 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 8 Eylül 2014 23:46 | İstifadəçi | Şərh yazdı
    Elleriniz derd gormesin insəllah.Allah sonsuz razi olsun sizlerden.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 8 Eylül 2014 23:27 | İstifadəçi | Şərh yazdı
    YUXUNU  KİÇİK  ÖLÜM DƏ  ADLANDIRIRLAR.~~~ALLAH RAZI OLSUN BACIM~~~

    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 8 Eylül 2014 22:43 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH SIZE YAR OLSUN COX MARAQLIDIR
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ya Rebbim sene geldim | Status: İstifadəçi Offline | 8 Eylül 2014 19:10 | İstifadəçi | Şərh yazdı
    Allah raizi olsun bacim cox maraqli di ellerine salig...

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.