Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Namaz üçün əcir tutmaq
Məsələ 1514: İnsan öləndən sonra, onun diriliyində yerinə yetirmədiyi namaz və başqa ibadətlər üçün başqasını əcir tutmaq olar. Əgər bir kəs muzd almadan özü onları yerinə yetirsə, səhihdir.
Məsələ 1515: İnsan bə`zi müstəhəbb işlər üçün məsələn; Həcc, Ümrə, Peyğəmbər və imamların (əleyhimus-səlam) qəbirlərini ziyarət etmək üçün diri adamlar tərəfindən əcir ola bilər. Habelə müstəhəbb iş görüb onun savabını dirilərə və ölülərə hədiyyə edə bilər.
Məsələ 1516: Meyyitin qəza namazları üçün əcir olunmuş şəxs, gərək ya müctəhid olsun, ya namazı təqlid edilməsi səhih olan müctəhidin fətvasına uyğun olaraq yerinə yetirsin, ya da ehtiyata əməl etsin. Belə ki, gərək ehtiyatın əsaslarını kamil bilsin.
Məsələ 1517: Əcir niyyət edərkən meyyiti müəyyən etməlidir. Amma onun adını bilməsi lazım deyildir. «Onun üçün əcir olduğum şəxs tərəfindən qılıram» deyə niyyət edərsə, kifayətdir.
Məsələ 1518: Əcir, gərək əməli meyyitin zimməsində (boynunda) olanın qəsdi ilə yerinə yetirsin. Əgər əncam verdiyi əməlin savabını onun üçün hədiyyə etsə, kifayət deyil.
Məsələ 1519: Əməli yerinə yetirəcəyinə əmin olduqları və səhih yerinə yetirməsinə ehtimal verdikləri bir şəxsi əcir tutmalıdırlar.
Məsələ 1520: Meyyitin namazları üçün əcir tutmuş olduqları şəxsin onları yerinə yetirmədiyini və ya batil olaraq yerinə yetirdiyini anlayarlarsa, ikinci dəfə əcir tutmaları gərəkdir.
Məsələ 1521: Əgər əcrin əməlləri yerinə yetirib-yetirmədiyində şəkk edərsə, əcir əməlini yerinə yetirdiyini e`tiraf etsə belə, onun sözünə xatircəmliyi olmazsa, yenidən əcir tutmaları gərəkdir. Amma əgər onun əməlinin düzgün olub-olmadığında şəkk edərsə, düzgün olduğunu qəbul edə bilər.
Məsələ 1522: Üzrü olub, məsələn; təyəmmümlə və ya oturaq halda namaz qılan bir şəxs, meyyitin namazları da bu cür qəza olmuş olsa belə, ehtiyata əsasən mütləq şəkildə meyyitin namazlarını qəza etmək üçün əcir tutula bilməz. Amma cəbirə dəstəmaz və ya qüsl ilə namaz qılan şəxsin əcir tutulmasının eybi yoxdur. Əli, ya ayağı kəsilmiş olan şəxsin əcir tutulması da belədir.
Məsələ 1523: Kişi qadın üçün, qadın kişi üçün əcir ola bilər və namazı ucadan və ya yavaşdan qılmaqda gərək əcir öz təklifinə əməl etsin.
Məsələ 1524: Bir günün zöhr ilə əsr və şam ilə xiftən namazları kimi, tərtiblə qılınması lazım olan namazlardan başqa, meyyitin namazlarının tərtiblə qəza edilməsi lazım deyildir. Amma əgər onu əcir etsələr ki, meyyitin mərcəyinin fətvasına uyğun, ya vəlisinin dediyi kimi yerinə yetirsin, əgər o mərcə tərtibi lazım bilərsə, gərək tərtibə riayət etsin.
Məsələ 1525: Əcirlə, əməli xüsusi bir şəkildə yerinə yetirməsini şərt etmiş olsalar, o şəkildə yerinə yetirməlidir. Amma əgər həmin şəkildə edilən əməlin batil olmasına yəqinləri olsa, bu istisnadır. Əgər şərt etməmişlərsə, o əməldə öz təklifinə görə əməl etməlidir. Amma özünün və ya meyyitin vəzifəsindən hansı biri ehtiyata daha uyğundursa, ona görə əməl etməsi ehtiyat-müstəhəbbdir. Məsələn; meyyitin vəzifəsi təsbihati ərbəəni üç dəfə oxumaq olduğu halda, öz vəzifəsi yalnız bir dəfə oxumaq olarsa, üç dəfə oxuyar.
Məsələ 1526: Əgər əcirlə namazı, müstəhəbblərindən nə qədəri ilə birlikdə qılması şərt edilməmişdirsə, namazın müstəhəbblərindən normal olan miqdarını yerinə yetirməsi lazımdır.
Məsələ 1527: Əgər insan bir neçə nəfəri meyyitin qəza namazı üçün əcir tutsa, 1524-cü məsələyə görə, onların hər biri üçün bir vaxt müəyyən etməsi lazım deyil.
Məsələ 1528: Əgər bir şəxs məsələn; bir il boyunca meyyitin namazlarını qılmağa əcir olsa və həmin müddət tamamlanmadan ölərsə, onun yerinə yetirmədiyi mə`lum olan namazlar üçün, başqasını əcir tutmaları gərəkdir. Yerinə yetirmədiyinə ehtimal verdikləri üçün də əcir tutmaq vacib-ehtiyatdır.
Məsələ 1529: Bir meyyitin namazları üçün əcir tutulan şəxs onların hamısının haqqını alsa və namazları qılıb qurtarmamış ölərsə, bütün namazları özü qılmasını şərt etmişdirsə, ya ücrətül-müsəmmanın qalanını ala bilər, ya da icarəni poza bilər və ücrətül-misli qaytarar. Əgər bütün namazları özü qılmasını şərt etməmişdirsə, vərəsələri gərək onun malından əcir tutmalıdır. Amma əgər meyyitin malı olmasa vərəsələrə bir şey vacib olmaz.
Məsələ 1530: Əgər əcir, meyyitin namazları qılıb qurtarmamış ölərsə, özünün də qəza namazı olsa, əvvəlki məsələdə deyilən göstərişə əməl etdikdən sonra, əgər meyyitin malı artıq olsa, belə ki, vəsiyyət etmiş olsa və vərəsələr icazə versə onun bütün namazları üçün əcir tutmaları gərəkdir. Əgər icazə verməsələr, onun üçdə birini namazına sərf etməlidirlər.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |