» » » Namaz qılanın bədən və paltarının pak olmasının lazım olmadığı hallar


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Namaz qılanın bədən və paltarının pak olmasının lazım olmadığı hallar
    0
    Müəllif: Qonaq | 2-09-2014, 16:30 | Baxılıb: 1 484
     

    Namaz qılanın bədən və paltarının pak olmasının lazım olmadığı hallar

     

    Məsələ 835: Aşağıda izah olunacaq üç halda namaz qılanın bədən və ya paltarı nəcis olarsa, namazı səhihdir:

     

    1. Bədənində olan yara, cərahət və ya çiban vasitəsilə paltarına və ya bədəninə qan bulaşırsa.

     

    2. Bədən və ya paltarı bir dirhəmdən az qana bulaşmış olsa, vacib ehtiyata görə dirhəm şəhadət barmağının bəndi qədər olur.

     

    3. Nəcis bədən və ya paltarla namaz qılmağa məcburdursa;

     

    Bir halda da əgər namaz qılanın paltarı nəcis olsa, namazı səhihdir. Bu hal namaz qılanın corab və ərəqçin kimi kiçik paltarının nəcis olduğu haldır. Bunlara aid hökmlər aşağıda geniş izah olunacaqdır.

     

    Məsələ 836: Namaz qılanın bədəni və ya paltarında yara, cərahət və ya çiban qanı olarsa, o yara, cərahət və ya çiban sağalıncaya qədər həmin qanla namaz qıla bilər. Həmçinin əgər qanla çirk gəlsə və ya yara üzərinə qoyulan dərman nəcis olarsa və onun paltar və ya bədənində olsa, hökm eynidir.

     

    Məsələ 837: Əgər tez yaxşılaşan və yuyulması asan olan bir kəsik və ya yaraya aid qan namaz qılanın bədən və ya paltarında olsa, dirhəm qədərində və ya ondan çox olsa namazı batildir.

     

    Məsələ 838: Əgər bədənin və ya paltarının yaraya uzaq olan bir yeri yaranın rütubəti ilə nəcis olsa, onunla namaz qılmaq caiz deyildir. Amma əgər bədən və ya paltarının adi halda yaradan rütubət yetişəcək miqdarı o rütubətlə nəcis olsa, onunla namaz qılmağın maneçiliyi yoxdur.

     

    Məsələ 839: Əgər bavasir yarasından və ya ağız, burun və bu kimi üzvün içində olan yaradan gələn qan bir kimsənin bədən və ya paltarında olsa, onunla namaz qıla bilər. Gözü çöldə olan bavasirlə daxildə olan arasında heç bir fərqi yoxdur.

     

    Məsələ 840: Bədənində yara olan bir şəxs, əgər bədən və ya paltarında dirhəmdən çox miqdarda olan bir qan görsə və onun yaradan gələn qanmı, yoxsa başqa bir qanmı olduğunu bilmirsə, vacib ehtiyata görə onunla namaz qılmamalıdır.

     

    Məsələ 841: Bədənində bir neçə yara olub və bir tək yara hesab olacaq şəkildə bir-birlərinə yaxın olarsa, hamısı yaxşılaşanadək onların qanı ilə namaz qılmağın maneçiliyi yoxdur. Amma əgər hər biri ayrı bir yara sayılacaq qədər bir-birlərindən uzaq olarsa, hansı yaxşılaşsa namaz üçün o yaradan bədən və paltara bulaşan qanı yumalıdır.

     

    Məsələ 842: Əgər iynə ucu qədər heyz qanı namaz qılanın bədən və ya paltarında olarsa, namazı batildir. Ehtiyata görə donuz kimi eyni-nəcis olan heyvanın habelə, murdar və əti haram olan heyvanın qanı və nifas və istihazə qanı da eyni hökmü daşıyır. Amma insan qanı və ya əti halal olan heyvan qanı kimi digər qanlar bədənin bir neçə yerində olsa belə, üst-üstə dirhəm miqdarından az olarsa, onunla namaz qılmağın eybi yoxdur.

     

    Məsələ 843: Astarsız paltara tökülüb arxasından çıxan qan, bir qan hesab edilir; hər tərəfin sahəsi çox olsa, onu hesab etmək lazımdır. Ammaəgər onun arxasına ayrıca bir qan dəymiş olsa, hər birisini ayrı hesab etmək gərəkdir. Deməli paltarının üzü və arxasında görünən qan üst-üstə bir dirhəmdən az olsa, onunla namaz qılmaq səhihdir, əgər dirhəm qədər, ya ondan çox olsa batildir.

     

    Məsələ 844: Əgər qan astarlı paltarın üstünə tökülüb astarına da yetişərsə və ya astarına tökülüb üzünə də çıxarsa, ya bir paltardan digərinə dəysə, hər birini ayrı qan hesab etmək gərəkdir. Əgər üst-üstə hesab etdikdə dirhəmdən az olsa, onunla namaz səhih, əks halda isə batildir. Amma əgər məsələn, xalq arasında bir qan sayılacaq qədər bir-birilə bitişik olarsa, sahəsi çox olan tərəfin qanı dirhəmdən az olarsa, onunla namaz səhihdir. Əgər dirhəm qədər ya ondan çox olarsa, batildir.

     

    Məsələ 845: Əgər bədən və ya paltarında olan qan dirhəmdən az olsa və ona bir rütubət dəyəndən sonra ətrafa yayılsa, o rütubət və qan birlikdə bir dirhəm miqdarınca olmazsa belə, onunla namaz batildir. Amma əgər rütubət yalnız qana dəyib və ətrafa yayılmazsa, onunla namaz qılmağın bir maneçiliyi yoxdur.

     

    Məsələ 846: Əgər bədən və ya paltar qana bulaşmayıb islaq olaraq qana dəyməsi nəticəsində nəcis olsa, nəcis olan miqdar bir dirhəmdən az olsa belə, onunla namaz qılmaq olmaz.

     

    Məsələ 847: Əgər bədən və ya paltarda olan qan dirhəmdən az olsa və ona başqa bir nəcasat da dəyərsə, məsələn, onun üzərinə bir damla bövl tökülsə, o bədənin və ya paltarın pak bir yerinə də dəysə, onunla namaz qılmaq caiz deyildir. Hətta bədən və ya paltarın pak bir yerinə dəyməyibsə belə, lazım ehtiyata görə onunla namaz qılmaq səhih deyildir.

     

    Məsələ 848: Namaz qılanın ərəqçin və corab kimi övrət yerini örtməyən kiçik paltarları nəcis olsa, əgər murdar və it kimi eyni-nəcis heyvandan düzəldilməmişsə, onlarla namaz səhihdir. Əgər nəcis murdardan, ya nəcis heyvandan düzəldilibsə, vacib ehtiyata əsasən onlarla namaz qılmaq batildir. Əgər nəcis üzüklə namaz qılarsa, maneçiliyi yoxdur.

     

    Məsələ 849: Namaz qılanın üstündə nəcis dəsmal, açar, bıçaq və buna bənzər şeylərin olması caizdir. Həmçinin nəcis bir paltarın namaz qılanın üstündə (yanaşı) olmasının namaza bir zərəri yoxdur.

     

    Məsələ 850: Əgər onun bədən və ya paltarında olan qanın bir dirhəmdən az olduğunu bilirsə, amma namazda əfv olunan (icazə verilən) qanlardan olduğuna ehtimal verirsə, o qanla namaz qılması caizdir.

     

    Məsələ 851: Əgər paltar və ya bədənində olan qan bir dirhəmdən az olsa və əfv olunan (icazə verilən) qanlardan olduğunu bilmədən namaz qılsa, sonra da icazə verilməyən qanlardan olduğu aydınlaşsa, namazı yenidən qılmaq lazım deyil. Həmçinin əgər qanın bir dirhəmdən az olduğuna e`tiqad edib namaz qılsa və sonra da bir dirhəm miqdarınca və ya daha çox olduğu üzə çıxırsa, o namazı yenidən qılmaq lazım deyildir.

     

    Namaz qılanın paltarında müstəhəbb olan şeylər

     

    Məsələ 852: qihlər (Allah onlara rəhmət eləsin!) namaz qılanın paltarında bir neçə şeyi müstəhəbb bilmişlər: o cümlədən: əmmamə təhtül-hənəklə (əmmamənin ucunu açıb çənənin altından dolandırıb boyuna salmaq), əba və ağ paltar geymək, ən pak paltar geymək, xoş ətirdən istifadə etmək, əqiq üzük taxmaq bunlara misaldır.

    Namaz qılanın paltarında məkruh olan şeylər

     

    Məsələ 853: Fəqihlər (Allah onlara rəhmət eləsin!) bir neçə şeyi namaz qılanın paltarında məkruh bilmişlər. O cümlədən qara, çirkli, dar paltar geyinmək, şərab içənin paltarını geymək, nəcasatdan pəhriz etməyənin paltarını geymək, paltarın düymələrini açıq qoymaq, üzərində şəkil olan üzüyü barmağa taxmaq və üzərində şəkil olan paltar geymək.


     
     
    Bölmə: Risalələr / Ayətullah Sistani
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.