«Xalis incilər silsiləsindən»
İmam Sadiq (ə) buyurmuşdur: "Xəlvətə çəkilib Allahla razü-niyaz edən, Onun pənahına sığınar və mühafizəsində olar. Xoş o kəsin halına ki, gizlində və aşkarda Allahı yad edər, Allahla olar! Allah yolunun yolçusunun on şeyi bilməsi zəruridir:
1. Haqq və batili tanımaq.
2. Sadə yaşamağı sevmək.
3. Zahidanə həyat sürmək və onun çətinliklərinə dözmək.
4. Xəlvət hallardan ruhi bəhrələr götürmək (Allahla munis olmaq üçün fürsətdən istifadə və tənhalığa çəkilmə).
5. İşlərin aqibəti haqda fikirləşmək (ölüm və qiyamət).
6. İbadətdə öz nöqsanlarına diqqət.
7. İbadətdə səy göstərmək.
8. Ücb və xudbinliyin tərki (İlahinin tofiqlərinə görə qürurlanmamaq).
9. Allahı çoxlu zikr və həmişə yad etmək və qəflətin tərki. Çünki qəflət şeytanın torudur və hər bir giriftarçılığın başlanğıcıdır. Allahla bəndəsi arasında bütün hicablar qəflətdən yaranır.
10. İbadət vaxtı fikri Allah və ibadətdən yayındıran şeylərdən uzaq olmaq.
«Hatəmdən də kərimli»
Şeyx Məhəmməd Qumi böyük təqva sahibi alim və zahid Şeyx Ənsarinin müasiri olmuş Seyyid Əhməd Ərcəzinidən belə nəql edir:
Şeyx nə qədər ki, sağ idi, mənim xərcimi ödəməyi öz öhdəsinə götürmüşdü. Amma vəfat edəndən sonra mənim güzəranım pisləşdi və çox çətinlik çəkməyə başladım. Bir gün arvad-uşağa yeməyə bir şey tapmaq üçün evdən çölə çıxdım, amma heç bir şey hasil olmadı. Yavaş-yavaş günorta düşürdü.
Həmin gün yayın isti günlərindən biri idi və qayda üzrə hərəmin də qapıları bağlanırdı. Küçələrdə camaatın get-gəlişi də kəsildi. Hətta borc almağa bir tanış da tapa bilmədim. Çox narahat və qəmgin halda Şeyx Ənsarinin məqbərəsinə gedib dedim:
Ey Şeyx həzrətləri! Siz ki, Hatəmdən əskik deyilsiz. Bir iddə (qrup) adam Hatəmin məqbərəsinə daxil olub ondan ziyafət (qonaqlıq) istədilər. Üstündən bir az keçməmiş Hatəmin qohumlarından olan bir neçə nəfər tez gəlib dəvə kəsdilər və onlara yaxşı qonaqlıq verib dedilər: Yuxuda Hatəmi gördük ki, dedi: "Mənim qonaqlarıma qulluq edin.”
Mən də indi sizin qonağınızam − deyib, fatəhə oxumağa başladım. Bir az keçməmiş gördüm ki, Mirzə Şirazi Tənbakuyi sürətlə mənə tərəf gəlir. Havanın çox isti olduğundan qan-tər içində idi. Məqbərəyə yaxınlaşaraq pəncərədən əlini içəri uzadıb, tez pulu mənə verib geri qayıtdı. Hava çox isti olduğundan heç fatihə də oxumadı.
Mizrə Şirazi çox mülayim və lətif xasiyyətli olduğundan, heç vaxt kimsə təsəvvür etməzdi ki, günortanın o çağında evdən bayıra çıxsın.
Mən həmin pulla lazım olan şeyləri alıb evə apardım və Şeyx Ənsarinin bu qonaqlığından çox sevinib, ona təşəkkür etdim.
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı