Vəhşət namazı
0
Müəllif:
Qonaq | 2-09-2014, 11:03 | Baxılıb: 5 006
Vəhşət namazı
Məsələ 628: Meyyitin qəbrə qoyulduğu ilk gecə,
iki rük`ət vəhşət namazı qılmaq daha yaxşıdır. İki rük`ətdən ibarət olan bu
namazın qılınma tərzi belədir: Birinci rük`ətdə Həmddən sonra bir dəfə
«Ayətəl-kürsi», ikinci rük`ətdə də Həmddən sonra on dəfə «Qədr» surəsi oxunur.
Namazın salamından sonra belə deyilir:
«Əllahummə səlli əla Muhəmmədin və ali
Muhəmmədin vəb`əs səvabəha ilə qabri fulan.»
«Fulan» kəlməsinin yerinə meyyitin adını
deməlidirlər.
Məsələ 629: Vəhşət namazı, meyyitin qəbirə
qoyulduğu ilk gecənin hər zamanında qılına bilər. Amma gecənin əvvəlində və
xiftən namazından sonra qılmaq daha yaxşıdır.
Məsələ 630: Əgər meyyiti uzaq bir şəhərə
aparmaq istərlərsə və ya başqa bir səbəbdən onun dəfni tə`xirə salınarsa,
vəhşət namazını da söyləndiyi tərzdə meyyitin qəbrə qoyulduğu ilk gecəyə qədər
tə`xirə salmaları gərəkdir.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.