«Bərəkətli torpaq»
Nəql olunur ki, "Qisəsul Uləma” kitabının müəllifi mərhum Mirzə Məhəmməd Tonikaboni ildə bir neçə dəfə Mərhum Mirağa Məhəmməd Bəsməli (vəfatı 1300 q.) görmək üçün Süleymanabaddan Sadatməhəlləyə gedərdi. Amma mərhum Mirzə Məhəmməd onun mənzilinə çatmamış, Bəsməl başını otaqdan bayıra çıxarıb deyərdi:
Bəsdir, kifayət edər, daha qayıdın. Mərhum Tonikaboni də elə oradan geri qayıdardı.
Mərhum Mirağa Məhəmməd Bəsməldən çoxlu kəramətlər görünüb ki, onlardan biri də belədir:
Bir balıqçı dövlətdən müqavilə ilə bir çayı icarəyə götürür. Bir müddət keçəndən sonra başa düşür ki, vəziyyət elə bu cür davam etsə, ilin axırında ziyan görəcək. O, mərhum Bəsməlin yanına gedib ondan kömək istəyir. Bəsməl ona bir az torpaq verib deyir ki, onu çaya töksün. O, həmin torpağı çaya tökdükdən sonra, orada balıq o qədər çoxalır ki, onların hamısını tutmaqda aciz qalır.
«Quşun vəzifəsi»
Seyyid Əli ibn Hadi Məhəmməd Rza Hüseyni (vəfatı 1300 q.) qırx il ardıcıl olaraq oruc tutub, "təhzibi nəfs” (öz nəfsilə mübarizə) ilə məşğul olan böyük şəxsiyyət və çoxlu kəramət sahibi imiş. Onlardan birini onun nəvəsi Mərhum Seyyid Hüseyn mir Müştaqi öz anasının dilindən belə nəql elədi:
Ramsər yaylağında hava çox isti idi və Mərhum Seyyid Əli də oruc tutmuşdu. Evin qabağındakı çeşmədə dəstəmaz alarkən mənə dedi:
Bu gün körfəz balığı iftar üçün münasibdir. Hələ sözü ağzında qurtarmamış başımızın üstündə balıq yeyən bir quş ağzında böyük bir "azad” balığı peyda olub, onu qabağımıza atdı və balıq hələ də diri idi.
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı