» » «Mirzənİn kəraməti»


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
«Mirzənİn kəraməti»
+5
Müəllif: Fatimə Nuri Xuda | 31-08-2014, 19:17 | Baxılıb: 1 808
 

«Mirzənİn kəraməti»

Mərhum Ayətullah hacı şeyx Aştiyani belə hekayət edir:
Günlərin birində Qum şəhərinin qəbiristanlığında mərhum Mirzə Quminin (vəfatı 1231 q.) qəbrinin kənarında yaşlı bir kişi gördüm. Əsli Qəzvindən idi və ev-eşiyini buraxıb qəbirin kənarında etikaf saxlamışdı. O, Quran təlavət edir və gözlərindən arasıkəsilmədən yaş tökürdü. Ondan belə narahat və qəmgin olmasının səbəbini soruşanda dedi:
Mən Mirzəni çox gec tanıdığım və tez də itirdiyim üçün bu cür təəssüflənirəm. Soruşdum:
Onunla necə və harada tanış olmuşdun? Dedi:
Ey əziz dost! Mənim əslim Qəzvindəndir. Bu böyük şəxsiyyətin vəfatından iki il öncə dəniz yolu ilə Həcc səfərinə getmişdim. Günlərin birində müsafiri olduğumuz iki təbəqəli gəminin alt təbəqəsində bir küncə çəkilib kisəmdəki pullarımı saymağa başladım. Elə bu zaman gəminin yuxarı təbəqəsində birinin məni pusduğunu gördüm. Həmin şəxs mənim pul kisəm və içindəki pullara diqqətlə baxırdı. Pul kisəsini yenidən kəmərimə bağlayıb öz yerimdə oturdum.
Bir saatdan sonra gəminin yuxarı təbəqəsində hay-küy qalxdığını gördüm. Soruşdum ki, nə olub? Dedilər, müsafirlərdən biri hay-küy salıb ki, filan nişan və əlaməti olan pul kisəmi oğurlayıblar. İndi isə gəminin kapitanı tərəfindən bir qrup, müsafirlər arasında təftişə başlayıb və qərara alınıb ki, əgər oğrunu tapsalar, dənizə atsınlar. Deyilənlərə diqqətlə qulaq asanda gördüm ki, həmin adam mənim pul kisəmin nişanələrini deyib. Mən pullarımı sayanda, o bütün nişanələri yadda saxlayıbmış.
Çox pis vəziyyətə düşdüm. Bütün var-yoxum, abır-heysiyyətim və canım xətərdə idi. Nə qədər fikirləşdimsə, pulumdan keçib abrımı və canımı qorumaqdan başqa çıxış yolu tapmadım. Elə buna görə də pul kisəmi kəmərimdən açıb, Həzrət Əliyə (ə) xitab edərək dedim:
Əlican! Sən Allahın əmanətdar bəndəsi, mən isə pənahsız quluyam. Götür pul kisəmi, sənə tapşırıram − deyib onu dənizə atdım. Tez qayıdıb öz yerimdə oturdum. Amma qəm-qüssəyə qərq olmuş halda fikirləşirdim ki, pul-parasız səfərimi necə davam etdirəcəyəm. Elə bunu fikirləşirdim ki, təftiş qrupu həmin bədxislətli adamla içəri girib, üst-başımı diqqətlə yoxlamağa başladı. Kapitan yalandan iddia edən şəxsə dedi:
Biz gəminin bütün müsafirlərini və onların bağlamalarını yoxladıq. Amma sən nişanələrini verdiyin şeyi tapmadıq. Niyə bu Allah bəndələrinə, "Beytullah” zəvvarlarına töhmət vurursan? O yalançı kişi yerində quruyub qaldı və üzünün rəngi bütünlüklə dəyişdi. Çoxları başa düşdü ki, o yalançı və oğrudur. Beləliklə həmlə edib, onu öz cəzasına çatdırdılar. Amma bunun mənə heç bir faydası yox idi, çünki mən pul kisəmi içi dolu pulla birlikdə dənizə atmışdım.
Özümü çox böyük çətinliklə Məkkəyə çatdırdım. Həcc mərasimini yerinə yetirəndən və Mədinədə Peyğəmbər (s) qəbrini ziyarət edəndən sonra İraqa yollandım. Ora çatan kimi əvvəl Əlinin (ə) hərəminə gedib, ərz elədim:
Ey sərvərim! Dənizdə sizə tapşırdığım pul kisəsinə indi çox ehtiyacım var. Lütf edib onu mənə qaytarın − deyib ağladım. Həmin axşam yuxuda Həzrət Əlini (ə) gördüm ki, mənə dedi:
Quma gedib pul kisəni Mirzə Qumidən təhvil alarsan. Yuxudan ayılanda çox təəccübləndim. Öz-özümə dedim: Mən pul kisəmi Omman dənizinə atmışam. İndi mən onu Qumda, Mirzə Əbulqasim Qumidən necə istəyim. Axı mən o şəxsi tanımıram və bilmirəm kimdir.
İkinci gün yenə Əlinin (ə) hərəminə gedib pul kisəmi həzrətin özündən istədim. Həmin axşam yenə Həzrət Əlini (ə) yuxuda gördüm və birinci gün yuxuda eşitdiklərimi yenidən eşitdim.
Üçüncü gün bir daha olaraq hərəmə yollandım və gecə həmin yuxunu gördüm. Həzrətə dedim:
Ey sərvərim! Axı, mən Mirzə Qumini tanımıram. Buyurdu:
O çox tanınmış adamdır,   (mərcə təqliddir) müctəhiddir. Dedim:
Ağa, axı mən özümü Quma necə çatdırım? Mən "Beytullah” səfərimi çox çətinliklə başa çatdırmışam və indi heç nəyim yoxdur. Həzrət dedi:
Bazarda bu ünvana get və 20 lirə filan sərrafdan alıb qayıdarsan.
Yuxudan ayıldım. Həmin gecənin səhəri bazara getdim. Deyilən ünvan üzrə o sərraf kişini tapdım. O məni çox yaxşı qarşılayaraq dedi:
Mənimlə bir işin var? Dedim:
Bəli! Yolxərcim sizə tapşırılıb. Dedi:
Nə qədərdir. Dedim:
20 lirə. O, həmin məbləği mənə verdi. Səfər xərcimin düzəlməsinə görə çox şad idim. Bir az sovqat alıb Quma yola düşdüm.
Qum şəhərinə çatdıqdan sonra Mirzə Quminin mənzilini soraqlaya-soraqlaya gəlib tapdım. Mənzilə daxil olduğum zaman Mirzə dərs tədris edirdi. Dərs qurtarıb, şagirdlər gedəndən sonra məni çağırıb soruşdu: Mənimlə işiniz vardı? Dedim:
Bəli. Dedi:
Buyurun. Mən bütün olub-keçənləri əvvəldən axıracan ona nəql etdim. Mənə ürək-dirək verib dedi:
Pul kisən hazırdır. Özü pul kisəsini gətirib dedi:
Yaxşı-yaxşı bax, gör hər şey yerindədirmi? Pul kisəsini alıb gördüm, əcəba! Odur! Açıb içinə baxanda gördüm ki, pulları dənizə atmamışdan qabaq səliqəylə yığdığım kimidir. Sevindiyimdən o böyük şəxsi qucaqlayıb öpməyə başladım. Onunla sağollaşıb Qəzvinə qayıtdım.
Günlərin bir günü arvadım mənə dedi:
Eşidəndə ki, yolda pullarını itirmişdin, çox narahat oldum. Dedim:
Bəli və başıma gələnləri hamısını əvvəldən axıracan ona danışdım. Amma o, inana bilmirdi və mən and içəndən sonra qəbul etdi. Bu zaman dedi:
Ay Allahın bəndəsi, bəs niyə görə Qum şəhərini və o cür böyük şəxsiyyəti buraxıb gəldin?
Ona xidmət etmək, mənəviyyət və kamal kəsb etmək üçün niyə orada qalmadın? İndi isə qalx, birgə o ruhani alimin hüzuruna gedək.
Arvadımın təşviqiylə hər nəyimiz vardısa satıb, ailə üzvlərimlə birlikdə Qum şəhərinə gəldik. Amma əfsus ki, Qum şəhərinə daxil olanda şəhəri Aşura günündə olduğu kimi qəm-qüssə içində gördük. Soruşdum:
Nə olub? Dedilər:
Rəbbani alim Ayətullah Mirzə Qumi vəfat edibdir. Onun yoxluğunun çox ağır itki olduğunu və hamı üçün əziz olan bir şəxsiyyəti itirdiyimi hiss etdim. Elə ona görə də, o zamandan özümlə əhd-peyman bağladım ki, ömrümün sonuna qədər gecə-gündüz onun nurlu qəbrinin yanında qalıb və ruhunun şad olması üçün Quran tilavət edəm (oxuyam).20
Həmin şəxs nəql etdiyi başqa bir hekayətdə belə deyir:
Mirzənin evinin qapasına çatanda, onun xadimi dedi:
Ağa yatıb. Bir az gözlə, yuxudan qalxar, sonra: Dedim:
Mən bu şəhərdə qəribəm və uzaq yoldan gəlmişəm. Xadim narahat halda dedi:
Onda özün qapını döy. Qapını döydükdə, içəridən Mirzənin səsi gəldi:
Ay filankəs, gəldim! Mən çox təəccübləndim ki, Mirzə mənim adımı haradan bilir. Bu zaman qapı açıldı və Mirzə əbasının altından ağzı bağlı pul kisəmi çıxarıb dedi:
Pul kisəni götür və öz şəhərinə qayıt. Nə qədər ki, mən sağam, bu əhvalatı heç kimə danışma.
 

Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı

 
 
Bölmə: İslam alimləri
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 29 Ekim 2015 20:17 | İstifadəçi | Şərh yazdı
ALLAH MİRZƏ QUMİ AĞAYANİ REHMET ETSİN. ALLAH BİZLEREDE TOFİQ VERSİN,KÖMEK OLSUN O GÖZEL ALİ MEQAMLARA ÇATAQ İNSALLAH  

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.