» » Dini terminlər 2


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dini terminlər 2
    +45
    Müəllif: Fatimə Nuri Xuda | 28-08-2014, 16:36 | Baxılıb: 6 946
     
     
     İSTİLAHLAR

    Mudd – Təqribən 10 sir (750 qr.) miqdarında ölçü.

    Muhrim – Həcc və umrə ehramında olan şəxs.

    Muhtəzər – Can vermə vəziyyətində olan adam.

    Muhtəlim – Yuxuda ikən cinsiyyət üzvündən məni xaric olan şəxs.

    Muhtərəm mallar – İslami qaydalar üzrə olub, sahibinin icazəsi olmadan başqalarına haram olan mallar.

    Müqəllid – Müctəhidə təqlid edən, onun sözlərinə baxan.

    Müməyyiz – Yaxşı və pisi anlayan uşaq.

    Murdar – Öz-özünə ölən və ya qeyri-İslami qaydada öldürülən heyvan.

    Musaqat – Sulamaq, bağ sahibi ilə bağban arasında bağlanan anlaşma. Bu anlaşmaya görə bağban ağacları sulayıb, onlara qulluq etməsi müqabilində bağın müəyyən bir miqdarda meyvəsindən istifadə edə bilər.

    Mütənəccis – Özlüyündə təmiz olan, lakin nəcis bir şeylə qarışaraq və ya nəcis şeyə dəyərək nəcis olan şey.

    Mut`ə – Daimi olmayan əqd ilə bağlanan nigah.

    Mütləq su – Meyvə və ona bənzər şeylərdən əldə edilməyən və başqa bir şeylə qarışmayan, əgər qarışarsa su halətindən çıxmayan normal su.

    Muvalat – Namazın bölmələrini ara vermədən dalbadal qılmaq.

    Müvəkkil – Özünə vəkil tutan.

    Muzaf su – Bir şeydən əldə edilən su (qarpız suyu və şərbət kimi).

    Muzariə – Yer sahibi ilə əkinçinin arasında bağlanan anlaşma. Bu anlaşmaya görə məhsulun müəyyən miqdarı əkinçinin, qalanı isə torpaq sahibinin olur.

    Müztəribə – Heyz qanı görməsi zamanı normal olmayan qadın.

    Müctəhid – Allahın hökmlərini anlamaqda ictihad dərəcəsinə yetişən, yə`ni Kitab (Qur`an) və sünnətdən İslami hökmləri çıxarmağa elmi gücü olan şəxs.

    Mükəlləf – Həddi-buluğa yetişmiş ağıllı insan.

    Münfəridən – Namazı camaatla deyil, tək qılmaq.

    Mürtədd – Əvvəlcə müsəlman olub müsəlmanlıqdan çıxaraq, Allahını, Peyğəmbərini inkar etmək mə`nasına gələn zəruri din hökmlərindən birini inkar edən şəxs.

    Müstəhəbb – Yerinə yetirilsə savab, yetirilməsə əzabı olmayan şər`i hökm.

    Müstəhəbb qüsl – Bə`zi günlər və gecələr və ya bə`zi ibadətlər və ziyarətlər münasibətilə edilməsi savab olan şeylər (cümə və ziyarət günü).

    Müstəhazə – İstihazə qanını görməkdə olan qadın.

    Nafilə – Müstəhəbb namaz.

    Nasiyə – Adət vaxtını unudan qadın.

    Nəcis – Təmiz olmayan şey.

    Nüfəsa – Nifas qanı görməkdə olan qadın.

    Nəfsi-muhtərəmə – Şər`ən qanı muhtərəm olan, halal olmayan şəxs, öldürülməsi caiz olmayan şəxs.

    Nəzir – Xüsusi bir niyyətlə yaxşı bir işi görməyi və ya pis bir işi tərk etməyi özünə vacib etmək.

    Nifas – Doğumdan sonra qadının bətnindən gələn qan.

    Nigah – Evlənmək.

    Nisab – Tə`yin  edilmiş miqdar.

    Nisa – (qadınlar) təvafı – Həcc və ümrəyi-münfəridənin son təvafı. Bu təvafı tərk etmək təvaf edən üçün haramdır.

    Rəbəvi borc – Artığı ilə ödənilməsi şərtilə verilən borc.

    Rəca`ən – Həqiqətə çatmaq ümidi ilə bir işi görmək.

    Rəca` qəsdilə – (Rica`ən) bir əməlin həqiqi hökmünü bilmədiyimiz təqdirdə onu həqiqətə oxşatmaq ümidilə etmək.

    Rəhn – Borclu şəxsin borc aldığı miqdar əvəzində qoyduğu mal. Tə`yin edilmiş vaxtda borc qaytarılmasa, borc verən həmin maldan alacağı miqdar əvəzində istifadə edə bilər.

    Tərəxxüs həddi – İqamət yerindən oranın azanı eşidlməyəcək və divarı görünməyəcək qədər uzaq məsafə.

    Rükn – Bir şeyin təməl dirəyi, ibadətlərin təməl üzvü.

    Rüku – Önə doğru əyilmək. Namazda  Allahın əzəməti qarşısında əllər dizə çatacaq qədər əyilmək.

    Rükuya bitişik qiyam – Rükuya əyilməmişdən əvvəlki sonuncu anda ayağa qalxmaq. Bu namazın rüknüdür.

    Sə` – Çəkisi üç kiloqram olan bir ölçü.

    Səfəri – Qəsr, dörd rük`ətli namazların səfərdə iki rük`ət qılınması.

    Səhv səcdə – Namazda səhvən əmələ gələn yanlışlıqlar üçün namzdan sonra edilən səcdə.

    Seyyid – Həzrət Əli və Həzrət Fatimə (s.ə.) nəslindən olan şəxs.

    Siğə –

    1. Bir əqdin gerçəkləşməsi üçün işlədilən sözlər, cümlələr.

    2. Müvəqqəti nigahla nigahlanmış qadın.

    Tə`qib – Namazdan sonra zikr, dua və Qur`an oxumaqla məşğul olmaq.

    Təqlid – Müctəhidin fətvalarına əsasən əməl etmək.

    Təlaq – Boşama, evlilik əlaqələrini xüsusi qaydalar üzrə pozmaq.

    Təlaqi-bəin – Kişinin yenidən nigah etməmiş öz qadınının almağa haqqı olmayan təlaq.

    Təlaqi-xul`i – Ərinə meyli olmayan, öz mehrini və ya başqa bir malının ona bağışlayaraq boşanmaq istəyən qadının təlağı.

    Təlaqi-ric`i – İddəsi çıxmamış qadının ərinin yanına dönməsinə haqq verən təlaq.

    Tərəxxüs həddi – Bir yerdən oranın azanı eşidilməyəcək və divarı görünməyəcək qədər uzaqlıqdakı məsafə.

    Təvaf namazı – Həcc və ümrə mərasimlərində Beytullahul-həramı təvaf etdikdən sonra qılınan iki rük`ət namaz.

    Təharət – Təmizlik, dəstəmaz, qüsl və ya təyəmmüm üçün insanda hasil olan mə`nəvi vəziyyət.

    Təkbirətul-ihram – Namaza başlamaq məqsədilə söylənən «Əllahu-əkbər».

    Təlqih – Kişinin nütfəsini (spermasını) hər hansı vasitə ilə qadının rəhminə daxil etmək.

    Tərtibi qüsl – Qüsl niyyəti ilə əvvəlcə baş və boynunu, sonra sağ tərəfi, daha sonra sol tərəfi yumaq.

    Tərtibi dəstəmaz – Dəstəmaz niyyətilə suyu üzə və əllərə tökərək alınan dəstəmaz.

    Təsəttür – Özünü örtmək, örtünmək, İslami geyimə əməl etmək.

    Təsmiyə – Allah-təalanın adını dilə gətirmək. (Bismil-ləhir-rəhmənir-rəhim) demək.

    Təşrih – Ölülərin bədənini tibbi və digər mə`lumatlar əldə etmək məqsədilə kəsmək.

    Təzkiyə edilmiş – Şər`i ölçülərə əməl edərək kəsilən heyvan.

    Umrə – Allahın evini ziyarət etmək. Beytullahda yerinə yetirilməli olan bə`zi əməllər. Umrə müəyyən şərtlər daxilində hər mükəlləfə ömründə bir dəfə vacib olur. Umrə, iki qismdir:

    1. Təməttu` umrəsi; təməttu` həccindən sonra və ya həccsiz yerinə yetirilir.

    2. Mufrədə umrə – Qıran və ifrad həccindən sonra və ya həccsiz yerinə yetirilir.

    Bu iki qismin keyfiyyətinə və fərqlərinə «Həcc əhkamları» bölməsində baxın.

    Fəqir – Möhtac, ehtiyacı olan, özünün və ailəsinin illik dolanışığına sahib olmayan şəxs.

    Fətva – Şər`i məsələlərdə müctəhidin nəzəri.

    Fəcr – Sübhə yaxın Günəş doğmamışdan əvvəl üfüqün gündoğan tərəfdən görünən aydınlığı, dan yerinin ağarması.

    Fəcri-kazib – Birinci fəcr, sübh azanına yaxın şərqdə, dik şəkildə görünən ağartı.

    Fəcri-sədiq – İkinci fəcr, 1-ci fəcrdən sonra üfüq boyu görünən ağartı, sübh azanının vaxtı.

    Fərc – Qadının övrət yeri (cinsiyyət üzvü).

    Fitr bayramı – Mübarək Ramazan bayramı, Şəvval ayının ilk günü.

    Fitrə – Fitr bayramı günündə bayram münasibətilə fəqirlərə verilməsi və ya zəkatın məsrəfi ediləcək yerlərində xərclənməsi lazım olan 3 kq buğda, arpa və ya onların miqdarında pul.

    Fitri mürtədd – Müsəlman atadan və ya müsəlman anadan yaxud da müsəlman ata-anadan doğulan və sonradan kafir olan şəxs.

    Fitriyyə – Fitrə zəkatı.

    Fi səbilillah – Allahı yolunda görülən iş, məscid, körpü, yol tikmək kimi müsəlmanların hamısının faydalanacağı iş.

    Xums – Beşdə bir. Xüsusi yerlərdə məsrəf edilməsi lazım olan yeddi şeyin (qazanc, mə`dən, xəzinə) beşdə biri.

    Xovf (qorxu) namazı – Döyüş və buna bənzər hallarda xüsusi bir şəkildə qılınan gündəlik namaz.

    Həcc-Beytullah – Hərəmi (Kə`bəni) ziyarət etmək və bir sıra xüsusi əməlləri yerinə yetirmək.

    Heyz – Aybaşı olan qadın.

    Hakimi şər`i – İslam hökmlərini icra məqamında olan müctəhid və ya onun naibi, başqa sözlə, İslami ölçülərə görə hökmü keçərli olan müctəhid və ya naibi.

    Haram – İslama görə edilməsi qadağan olan iş.

    Hərbi kafir – Müsəlmanlarla savaş halında olan kafir.

    Hisbi şeylər – Adil bir müctəhidin və ya onun naibinin baxması lazım gələn işlər (yetimlərin mallarına baxmaq).

    Hənut – Ölənin alnına, əllərinin içinə, dizlərinin gözünə və ayaq baş barmaqlarının ucuna kafur sürtmək.

    Cahil – Bilməyən (şər`i hökmlərindən xəbərsiz).

    Cahili-Qasir (günahsız cahil) – Bilmədiyinə görə günahı olmayan cahil, yə`ni Allahın hökmünü öyrənməyə imkanı olmayan və yaxud özünü cahil bilməyən şəxs.

    Cahili-müqəssir – Bilmədiyinə görə günahı olan cahil, yə`ni məsələləri öyrənməyə imkanı olduğu halda, tənbəllik edib öyrənməyən adam.

    Cəbirə – Yara və sairənin üzərinə sürtülən dərman və ya onların üzərinə bağlanan parça, sarğı.

    Cəbirəli qüsl – Bədən üzvlərində yara olduğu halda verilən qüsl.

    Cəbirəli təyəmmüm – Təyəmmüm üzvlərində yara olduğu təqdirdə alınan dəstəmaz.

    Cəllal – İnsan ğaitini yeməyə alışmış heyvan.

    Camaat namazı – İki və daha artıq adamın öz sıralarından birinə iqtida ilə qıldıqları namaz.

    Cəm kəffarəti – Üç kəffarənin cəmi (60 gün oruc tutmaq, 60 fəqiri doydurmaq və bir qulu azad etmək).

    Cənabət – Cünub olma halı. Bir şəxsdən məni çıxması və ya biri ilə cinsi əlaqədən sonrakı hal.

    Cima – Cinsi əlaqə.

    Cu`alə – «Kim mənə filan işi görərsə, ona müəyyən bir şey verəcəyəm» – deyə bildirilən qərar. Bu qərarı bildirənə «cail», ona əməl edənə «amil» deyirlər.

    Cümə namazı – Cümə günü günorta vaxtı günorta namazı əvəzinə ən azı 5 nəfərdən ibarət camaatla qılınan iki rük`ət namaz.

    Cüz` və şərt – Olmaması bir şeyin əslinə zərər verən şey o şeyin cüz`üdür, amma olmaması bir şeyin əslinə deyil, istənilən sifətinə zərər verən şey o şeyin şərtidir. Məsələn; rüku və sücudun olmaması namazın əslinə zərər verdiyi üçün namazın cüz`ü sayılır. Lakin təharət və hüzuri-qəlbin olmaması namazın əslinə deyil, «sihhət» və «kamal» sifətlərini aradan qaldırdığı üçün namazın şərti adlandırılmışdır.

    Şaxis – Günorta vaxtını tə`yin etmək üçün yerə sancılmış ağac və s.

    Şərtləri haiz müctəhid – Təqlid mərcəi ola bilmə şərtlərinə sahib olan müctəhid.

    Şəf`i namazı – 8 rük`ət gecə namazlarından sonra qılınan 2 rük`ət müstəhəbb namaz.

    Şəkk – Şübhə, tərəddüd.

    Şər`i zibh – Heyvanları İslami ölçülərə əməl edərək kəsmək.

    Şükr səcdəsi – Verdiyi ne`mətlər əvəzində Allah-təalaya şükr məqsədilə alnı yerə qoymaq.

     

     

     
     
    Bölmə: Terminlər
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 30 Ağustos 2014 12:07 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 28 Ağustos 2014 18:48 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun Allah imaninizi kamal etsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 28 Ağustos 2014 18:12 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun bacım.Eziyyetini Allah yerde qoymasın inşAllah

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 28 Ağustos 2014 17:27 | Sayt nəzarətçisi | Şərh yazdı
    cox sag olun ALLAH DAIM SIZI VAR ETSIN NE YAXWIKI MEN BU SAYITA GELDIM ALLAH ADMIN QARDAWDAN DUNYALAR QEDER RAZI OLSUN AMIN

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.