» » Dini terminlər 1


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dini terminlər 1
    +99
    Müəllif: Fatimə Nuri Xuda | 28-08-2014, 16:36 | Baxılıb: 15 242

     

     

    İSTİLAHLAR

     

    Adil – Haram olan şeyləri tərk edib, vacib olan şeyləri yerinə yetirməyə sövq edən mələkəyə sahib olan şəxs, ədalətlə davranan adam.

    Axar su – Yerdən qaynayıb axan su – çeşmə, kanal və çay suları kimi.

    Amil – əməl edən, çalışan; zəkatı toplama, bölmə və digər işlər tapşırılmış adam; cu`alə qərarına əməl edən kimsə.

    Ariyə (ariyət) – Öz malını geri alıb əvəzsiz olaraq başqalarının istifadəsinə vermək.

    Asi – Üsyan edən, ilahi əmrlərə itaət etməyən.

    Ayət namazı – Zəlzələ qorxulu olduqda, Ay və Günəş tutulduqda və bu kimi təbii hadisələr baş verərkən vacib olan iki rük`ət namaz.

    Aybaşı – Heyz, qadının adət halı.

    Az su – Yerdən qaynamayan və kürr sudan az olan su.

    Baliğ – Yetişmiş, həddi-buluğa çatmış oğlan və ya qız.

    Batil – Düzgün olmayan, Allahın istədiyi  kimi yerinə yetirilməyən bir əməl.

    Bayram namazı – Fitr və Qurban bayramı günü xüsusi bir şəkildə qılınan iki rük`ət namaz

    Bid`ət – İlahi hökmlərə yenilik gətirmək, dində olmayan bir hökmü din adına yamamaq.

    Birinci fəcr – Sübh azanına yaxın gündoğandan görünən aydınlıq.

    Böyük hədəs – Qüslü vacib edən şeylər (ihtilam və cima kimi)

    Vacib – Edilməsi  Allah tərəfindən əmr olunan əməl.

    Vacib qüsl – Yerinə  yetirilməsi gərəkli olan qüsl.


    Vacib qüsllər: 


    1. Cənabət qüslü.

    2. Heyz qüslü.

    3. Nifas qüslü.

    4. İstihazə qüslü.

    5. Məss meyyit qüsü.

    6. Meyyit qüslü.

    7. Nəzir, and və başqa yollarla vacib olan qüsl.

    Vədi`ə – əmanət.

    Vəhşət namazı – Ölən şəxs üçün dəfn edildiyi günün ilk gecəsi qılınan iki rük`ət namaz.

    Vəqf – Malı öz istifadəsindən çıxarıb, onun mənfəətini bə`zi fərdlərə və ya xeyir işlərə sərf etmək.

    Varis – Ölən adamın malına şər`ən sahib olan şəxs.

    Vəsi – Ölünün vəsiyyət etdiyi şəxs.

    Vəsiyyət – İnsanın ölümündən sonra görüləcək işlər barəsindəki tövsiyyələri.

    Vətən – İnsanın özünə yaşamaq üçün seçdiyi yer.

    Vədi – Bövl etdikdən sonra insandan çıxan su.

    Vəkalət – Bir şəxsi, öz tərəfindən bir işi görməyə vəkil etmək.

    Vəkil – Başqası üçün bir işi görən adam.

    Vəli – Şər`ən başqasının rəhbəri olan şəxs, ata, baba və şər`i hakim kimi.

    Vəzi – Bə`zi vaxtlarda insandan məni gəldikdən sonra çıxan su.

    Vilayət – Rəhbərlik, idarə etmək.

    Vitr namazı – 8 rük`ət gecə namazı və 2 rük`ət şəf`namazından sonra qılınan bir rük`ətlik namaz.

    Qaib olmaq – Gözə görünməmək, yoxa çıxmaq.

    Qəsb – Başqasının malını və ya haqqını zalımlıqla istila etmək, zorla almaq.

    Qişş – Xəyanət, hiylə, xalqı aldatmaq məqsədilə dəyəri az olan malı, dəyəri yüksək olan bir malla bəlli olmayacaq bir şəkildə qarışdırmaq.

    Qünut – Namazın 2-ci rük`ətində qiraətdən sonra əllərin içini üzün qarşısında tutaraq zikr və dua oxumaq.

    Qur`anın vacib səcdəsi – Qur`ani-Kərimdə 15 səcdə ayəsi vardır. Yə`ni insan o 15 ayəni oxuyarkən və ya dərhal Allahın əzəməti və böyüklüyü qarşısında səcdə etməlidir. Bu 15 ayənin dördünün səcdəsi vacib, qalan on birinin səcdəsi müstəhəbbdir.

    Səcdə ayələri aşağıdakılardır

    Səcdəsi vacib olanlar:

    1. 21-ci cüz, «Səcdə» surəsi, 15-ci ayə

    2. 24-cü cüz, «Fusillət» surəsi, 37-ci ayə

    3. 27-ci cüz, «Nəcm» surəsi, son ayə.

    4. 30-cu cüz, «Ələq» surəsi, son ayə

    Səcdəsi müstəhəbb olanlar:

    1. 9-cu cüz, «Ə`raf» surəsi, son ayə

    2. 123-cü cüz, «Rə`d» surəsi, 15-ci ayə

    3. 14-cü cüz, «Nəhi» surəsi, 49-cu ayə

    4. 15-ci cüz, «İsra» surəsi, 107-ci ayə

    5. 16-cı cüz, «Məryəm» surəsi, 88-ci ayə

    6. 17-ci cüz, «Həcc» surəsi, 18-ci ayə

    7. 17-ci cüz, «Həcc» surəsi, 77-ci ayə

    8. 18-ci cüz, «Furqan» surəsi, 60-cı ayə

    9. 19-cu cüz, «Nəml» surəsi, 25-ci ayə

    10. 23-cü cüz, «Sad» surəsi, 24-cü ayə

    11. 30-cu cüz, «İnşiqaq» surəsi, 21-ci ayə

    Qufeylə namazı – Şam namazından sonra günbatandan qızartı çəkilməmiş qılınması müstəhəbb olan iki rük`ətli xüsusi namaz.

    Qüsalə – Yaxantı, bir şeyi yuduqdan sonra ondan öz-özünə və ya sıxmaqla tökülən su.

    Qüsl – Qürbət qəsdilə bədəni xüsusi şəkildə yumaq.

    Dinin zəruriyyəti – Dinin ən mühüm hökmləri (namaz və orucun vacibliyi kimi).

    Diyə – Qan və ya insan bədənində aşkar edilən yaranın, üzvlərinin nöqsanlığının əvəzində ödənilən mal.

    Eyni nəcis – Bövl, ğait, məni, murdar, qan, it, donuz, kafir, şərab və pivə kimi nəcis olan şeylərin əsli.

    Ədalət – İnsanı haramları tərk edib, vacibləri yerinə yetirməyə sövq edən mələkə.

    Əhd – Öhdəyə alma, söz vermə. Yaxşı bir iş görmək, pis bir işi tərk etmək üçün xüsusi bir siğə ilə Allah-təala ilə əhd bağlamaq, Allah-təalaya söz vermək.

    Əqdi-daim – Ömrünün sonuna kimi həyat yoldaşı ilə bərabər yaşamaq məqsədiylə qurulan evlənmə əlaqəsi.

    Əqd – Bağlılıq, evlənmə bağlılığı.

    Ehtiyat – Həqiqətə yetişdiyinə güvənə biləcək şəkildə hərəkət etmək, Allahın hökmü bilinməyən bir yerdə, allahın adını hökmünə görə əməl etdiyindən əmin olacaq şəkildə davranmaq.

    Ehtiyat vacib – Fətva ilə bərabər olmayan və edilməsi lazım olan ehtiyat. Vacib ehtiyat və lazım ehtiyat deyilən məsələlərdə müqəllid istəsə, başqa bir müctəhidin fətvasına əməl edə bilər.

    Ehtiyat lazım – Ehtiyat vacib, edilməsi lazım olan ehtiyat.

    Ehtiyat müstəhəbb – Müctəhidin fətvasından kənar bir ehtiyat, yə`ni fətva ilə birlikdə olan ehtiyat. Buna görə də, bu ehtiyata əməl etmək gərəkli deyildir.

    Ehtiyat namazı – Gündəlik namazların rük`ətlərində şəkk edildiyi namazı tamamladıqdan sonra şəkk edilən rük`ətləri kamil etmək üçün surəsiz qılınan namaz.

    Ehtiyat tərk edilməsin – Bu termin müctəhidin fətva vermədiyi bir yerdə istifadə edildiyi zaman vacib ehtiyat mə`nasındadır. Amma fətva verdiyi bir yerdə ehtiyatın çox yaxşı olduğu bildirilir.

    İcarə – Bir malın və ya bir şəxsin işin mənfəətlərini bəlli bir qiymətlə başqasının istifadəsinə vermək barədə bağlanan müqavilə.

    İftar – Orucu pozmaq.

    İfza – Açmaq, qadının bövl və haiz məcrasını və ya haiz və ğait məcrasını ya da hər üçünü bir eləmək, yə`ni məcralar arasındakı  pərdəni yırtmaq.

    İhtilam – İnsandan məni çıxması.

    İqamət qəsdi – Yolçünün bir yerdə  on gün qalmağa qərar verməsi.

    İkinci fəcr – Birinci fəcrdən sonra uzununa görünən ağarma, sübh namazı həmin vaxtdan görünür.

    İmsaq – Bir şeydən çəkinmək.

    İnşa qəsdi – Alqı-satqı və s. kimi mühüm işləri, bir sıra xüsusi kəlmələri dilə gətirməklə vücuda gətirməyi qəsd etmək.

    İrtimas – Suya baş vurmaq.

    İrtimasi-qüsl – Qüsl niyyətilə bir dəfə suya baş vurmaqla yerinə yeirilən qüsl.

    İrtimasi dəstəmaz – Üzü və əlləri suya batırıb-çıxararkən dəstəmaz niyyəti edilərək alınan dəstəmaz.

    İrs – Ölən bir şəxsdən varisinə qalan mal.

    İstibra – Murdardan təmizlənməyə çalışmaq, bu söz üç yerdə istifadə olunur:

    1. Bövldən istibra.

    2. Mənidən istibra; belə ki, məni çıxdıqdan sonra məcrada məni zərərlərinin qalmadığına əmin olmaq üçün bövl etmək.

    3. Nəcis yeməyə alışmış heyvanın istibrası; yə`ni nəcis yeyən heyvan, öz təbii yeməyinə alışana qədər insan nəcasatını yeməkdən qorumaq.

    İstihalə – Bir şeyin başqa bir şey sayılacaq qədər dəyişməsi; ağacın yanıb kül olması və ya itin bir duzluğa düşüb duza çevrilməsi.

    İstihazə – Qadınların gördüyü üç növ qandan birinin adı.

    İstimna – Məni çıxmasına səbəb olacaq bir işlə məşğul olmaq (əlilə məni çıxmasına səbəb olmaq kimi).

    İstisqa namazı – Yağmur yağması üçün xüsusi bir şəkildə qılınan namaz.

    İstitaət – Vacib həcci yerinə yetirməyə bədən, mal və yol baxımından qüvvəsi çatmaq; şəxsin boynuna həcc gəlməsi.

    Zə`f – Qüvvətsizlik, qüdrətsizlik, bir işi görməyə gücü çatmamaq.

    Zamin – Təzminə məcbur olan və ya təzmin etməyi qəbul edən, kəfil.

    Zərurət – Çarəsizlik, məcburluq.

    Zəkat – İnsanın bə`zi mallardan nisab həddinə yetişincə xüsusi yerlərdə məsrəf edilmək üçün ayırdığı miqdir.

    Zəkat nisabı – Zəkatı vacib olan şeylərin hər birində tə`yin edilmiş miqdar.

    Zimmət şərtləri – Müsəlman ölkəsində yaşayan kitab əhli olan kafirlərin İslam dövləti sayəsində can və mallarının hifz olunması üçün əməl etməli olduqları şərtlər.

    Zimmi – İslam torpaqlarında İslamın ictimai qanunlarına bağlı qalmaları əvəzində İslam dövlətinin himayəsi altında yaşayan kitab əhli olan kafirlər, xristianlar və yəhudilər.

    Zina – Kəbindənkənar əlaqə, bir-birinə haram olan kişi və qadının cinsi əlaqəyə girməsi.

    Yaisə – Heyz qanı görməyəcək yaş yetişən qadın.

    Yəqin – Doğru bilgi, yanlışlığına heç bir ehtimal olmayan mə`lumat.

    Kafir –

    1. Allahın varlığını inkar edən kimsə

    2. Allaha şərik qoşan adam

    3. Nübüvvəti qəbul etməyən şəxs

    4. İmamlardan birinin Allah olduğuna və ya Allahın onlardan birinə hülul etdiyinə inanan məxluq

    5. İmamlara qarşı düşmənlik izhar edən xəvaric və nəvasiblər.

    Kitab əhli – Özlərini kitabı peyğəmbərlərdən  birinə tabe bilən qeyri-müsəlmanlar (yəhudi və xristianlar kimi).

    Kiçik hədəs – Dəstəmazı pozan şərtlər; bövl, ğait, yel xaric etmək, yatmaq, ağıl aparan şeylər, istihazə və qüslü lazım etməyən şeylər.

    Gecə namazı – Gecə  yarısından sonra qoşa rük`ətlə qılınan 8 rük`ətli namaz.

    Gündəlik nafilələr – Gündəlik müstəhəbb namazlar. Cümə günü 38, qalan günlərdə 34 rük`ətdir.

    Ləhv alətləri – Əyyaşlıq və digər əyləncə alətləri (saz, nağara və s.).

    Məhrəm – İnsanın evlənməsi əbədi haram olan şəxslər.

    Məzalim – Satıcıdan və alıcıdan, illər ərzində müamilə zamanı bilməyərəkdən pullardan qalan qalıqların miqdarının fəqirlər arasında paylanması.

    Məzməzə – Suyu ağızda çalxalamaq.

    Məkruh – Edilməsi haram olmayan, lakin şər`i qaydada edilməməsi daha yaxşı olan iş.

    Məsh – Bir şeyin üstünə əli sürtmək, dəstəmazda əlləri və üzü öz hissəsinə və ayaqların üzərinə məsh etmək, sürtmək.

    Meyyit – Ölü, cənazə.

    Məzi – Qadınla oynaşarkən kişidən gələn su (bu məni deyil).

    Milli mürtədd – Qeyri-müsəlman ata-anadan doğulan və kafir olduğunu bildikdən sonra müsəlman olub, təkrar kafir olan şəxs.

    Miskin – Fəqir, yoxsul, vəziyyəti fəqirdən də pis olan şəxs.

    Mubah – Şər`i nöqteyi-nəzərdən yaxşı və ya pis olmayan iş, vacib, müstəhəbb, haram və məkruhdan qeyri-işlər.

    Mübtədiə – İlk dəfə heyz qanı görən qadın.


     
     
    Bölmə: Terminlər
    Şərhlər: 15
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Miryehya | Status: İstifadəçi Offline | 11 Mayıs 2017 00:39 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun.
    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: said abilzada | Status: İstifadəçi Offline | 8 Ocak 2015 13:41 | İstifadəçi | Şərh yazdı
    allah  razi olsun. bilmediklerimi oyrendim


    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Efsane | Status: İstifadəçi Offline | 30 Aralık 2014 12:09 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun inşAllah

    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Rehime | Status: İstifadəçi Offline | 9 Kasım 2014 00:05 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN AMIN REHIMLI ALLAHIM QARSINIZA HEMISE XEYIR CIXARSIN AMIN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: islam awiqi | Status: İstifadəçi Offline | 23 Ekim 2014 16:31 | Redaktor | Şərh yazdı
    Can ellerine sagliq gozelim.var olasan.Bilmediklerimi oyrendim Elhemdulillah.Allah razi olsun In wa Allah.Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: sema huseynli | Status: İstifadəçi Offline | 20 Eylül 2014 00:35 | İstifadəçi | Şərh yazdı
    tewkkurler baci ALLAH razi olsun


    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ya Rebbim sene geldim | Status: İstifadəçi Offline | 16 Eylül 2014 19:14 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun gozeller gozeim bacim... Ellerine salig..... Cox sagol

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: La_ilahe_illellah | Status: İstifadəçi Offline | 1 Eylül 2014 12:11 | İstifadəçi | Şərh yazdı
    Lazimli melumatlardi,bilmediklerimi de oyrenmiw olduM. ALLAH razi olsun..

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nezrin | Status: İstifadəçi Offline | 30 Ağustos 2014 16:50 | İstifadəçi | Şərh yazdı
    Bacim cox gozel ve lazimli melumatdir Allah razi olsun Yazan elllerin var olsun Amin InsaAllah

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 30 Ağustos 2014 12:04 | İstifadəçi | Şərh yazdı
    ÇOX GÖZƏL İŞDİR.MARAQLI  MƏLUMATLAR ÜÇÜN ÇOX  SAĞ OLUN.ALLAH  SİZDƏN RAZI OLSUN BACIM.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 29 Ağustos 2014 14:27 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim.Hemiseki kimi gozel movzular secmisiz.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 28 Ağustos 2014 19:24 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun bacim, cox deyerli xeberdir, Allah komeyin olsun.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 28 Ağustos 2014 18:28 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bilmediklerimizi bize oyredirsen Allah daima yardimcin olsun inwaAllah

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 28 Ağustos 2014 18:06 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun bacım.Çox lazımlı melumatlardır.Allah eziyyetinizi yerde qoymasın inşAllah.Allah imanınızı kamil etsin...AMİN...

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 28 Ağustos 2014 16:51 | Sayt nəzarətçisi | Şərh yazdı
    COX SAG OLUN BACI TEBRIK EDIREM UGURLU LAHIYEDIR HAVA KIMI SU KIMI LAZIM OLAN MELUMATLARDIR XEYIRLI UGURLU OLSUN AMIN COX COX BEYENDIM EHSEN EHSEN EHSEN

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.