Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bir-birimizə yetişdik, salamdan sonra soruşdu… Harada gəzirdin? Hazırlaş, şəhərə gedək. Alimlər, möminlər səni gözləyirlər.
Dedim… Şəhərə nə üçün gedirik?
Dedi… Ey vay, bəs buraya nə üçün gəlmisən?
Dedim… Bilmirəm məni buraya nə üçün gətiriblər.
Dedi… Nemətlərə küfr etmə. Səni o zülmətdən bu işıqlı dünyaya gətiriblər ki, Haqqın nemətlərindən bəhrələnib, həmişə şad olasan.
Dedim… Hansı nemət? Hanı o nemətin dadı? Hanı mənim məşuqlarımın qəlbinin sevinci? Məgər əvvəl gecədə sən Əbülfəzlin, Əli Əkbərin silahlı olduğunu görmədin? Yoxsa mənasını anlamadın? Məgər Əli Əsğərin boğazındakı qırmızı xətti görmədin, ya mənasını dərk etmədin? Əgər bir kəsin onlara müxtəsər məhəbbəti olarsa, qüssədən ölər. Onda qalmış yemək, içmək, şadlıq, huriyə, qəsrlər! Sən düşündüyün qədər də qarınqulu, özünü istəyən deyiləm.
Dedi… Bəs burada qəsrlərdə hurilərlə şadlanan alimlər, möminlər, Əhli-beyt dostu deyillər, yoxsa onlarda intiqam hissi yoxdu? Başqa mətləb budur ki, zalımlar hazırda ilahi cəzadadırlar.
Dedim… Hər kəs öz halını daha yaxşı bilir. Mən nə qədər ki, intiqam almamışam Darüs-sürur Beytül-həzən (qəmlər evi), nemətlər isə dərddir. Başqalarının şadlığını onların özlərindən soruşun. Onların ilahi intiqama giriftar olmaları bizim intiqamımızdan, şəksiz ki, daha ağırdır. Amma təsdiq edirsiniz ki, məzlumlar özləri qisas, intiqam almasalar, qəlbləri soyumaz.
Ona görə də vərəsələr üçün qisas haqqı verilib. Bununla belə, başqaları da zalımlara daha şiddətli əzab verə bilər. Qısası, Allah buyurmuşdur…
"Sevdiyiniz başqa bir nemət də–Allah dərgahından kömək və yaxın qələbə gözləyir.”
İntiqam bizim məhbubumuzdur. Bu məhbuba çatanadək Darüs-sürurumuz yoxdur. Olsa da mən gəlmirəm.
Sevgilisiz şadlıq zindandır, zindan,
Şadlıqdır yarını tapanda insan.
***
Səninlə sevdada olmağım, inan,
Hər iki aləmdən gözəldir hər an.
Sözün canı budur ki, behişt həqiqəti, Darüs-sürur, bunların misli ruhun genişlənməsi, qəlbin muradına çatmaqdır. Qalanları isə artıqdır.
Hadi bir müddət başını aşağı salıb, sakit dayandı. Sonra soruşdu… Burada qalırsan?
Dedim… Yox!
Dedi… Bəs hara gedirsən?
Dedim… Bilmirəm, özümə yer tapa bilmirəm. Onu bilirəm ki, harada olsam, əzabdayam. Biyabana gedərəm, səfil olaram.
Eşqinin qəmindən çöllərə düşdüm,
Qanadsız quş oldum, əllərə düşdüm.
***
Dedin… səbirli ol, səbirlə keçin
Başıma toz tökdü bu səbir neçin?
Hadi bir çarə görməyib, şəhərə qayıtdı. Səfiyyəyə də dedim ki, meylin olsa qayıt vətəninə, mənim sənlik bir işim yoxdur, Həzrət Zəhraya (ə.s) çatanda mənim salamımı yetir və halımı ona bəyan et.
Səfiyyə də xeyməsini, çadırını götürüb getdi. Bir sakit guşə tapıb, zarıyıb ağlamağa, raz-niyaza başladım…
Axtardım, göz yaşlarında dayandım,
Düşdüm möhnət qucağına, Xudaya.
Dilbərin şövqündən, həm fərağından,
Düşdüm gönül ocağına, Xudaya.
***
Dərd özümdə, dərmanı dost əlində,
Vəsl özümdə, hicranı dost əlində.
Qəssab kimi soysa əgər dərimi,
Ayırmaram bu canı dost əlindən.
***
Özümə yaxınsan könlümdən uzaq,
Könlümdə sevdadan başqa dağım yox,
İki aləm gözəlinə andola,
Məhəbbətdən savay umacağım yox.
***
Bizi nə sər, nə saman yaratdılar,
Pərişanam, pərişan yaratdılar.
Pərişanlar basdırıldı torpağa,
O torpaqdan bizə can yaratdılar.
***
Keçinərdik dərdbir olsa nə vardı,
Üzümüzə qəm az gülsə nə vardı!
Başım üstə həbib gələ, ya təbib,
İkisindən biri gəlsə nə vardı!
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |