"Mumtəhənə” surəsi
(əl-imtihan, əlməddə)
Əli ibnil Hüseyn (ə) buyurdu: Bir kəs gündəlik vacibi və müstəbbi namazlarınızda Mumtəhənə surəsini oxusa, Allah onun qəlbini imanla imtahana çəkər və gözlərini nurlu edər. Fəqirlik, dəlilik ona və övladlarına yol tapmaz.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Qiyamət günündə Mumətəhənə surəsini oxuyan kəs üçün, mö`min kişi və mö`minə qadınlar şəfaətçi olacaqlar.
Hər cür xəstəlik üçün, üç gün dalba-dal bunu (Mumtəhənə surəsini) yazsın və hər gün birini yusun, sonra onu içmək üçün dərdi olana versin, ki inşaallah o dərddən sağalar.
Asmanı (təngənəfəsi) müalicə etmək üçün bu ayələri oxusun və xəstəyə yedizdirsin: "Və in fatəkum şəy`un min əzvacikum iləl kuffari. fəaqibtum, fəatul-ləzinə zəhəbət əzvacuhum mislə maənfəqqu vəttəqullahəl-ləzi əntum bihi mö`minun." (Mumtəhən-11) "Vəli-kulli vichətun huvə muvəlliha fəstəbiqul xəyrat." (Bəqərə-147).
"Səf” surəsi
(İsanın (ə) həvariyyunu)
İmam Məhəmməd Baqir (ə) buyurdu: Hər kəs gündəlik vacibi və müstəhəbbi namazlarında Səff surəsini daim oxusa, Allah onu mələklərin və Mürsəl Peyğəmbərin sırasında yazar, inşallah.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs İsanın (ə) (Səff) surəsini oxusa, nə qədər ki Həzrət İsa (ə) dünyadadır ona salavat və salam göndərib onun üçün bağışlanmaq tələb edər. Bundan əlavə o Qiyamətdə də Həzrət İsanın (ə) dostu olar. (Musəlmanların əqidəsinə görə İsa (ə) ölməmişdir).
Mənbə: "Quranla dərman" kitabı