» » 3-cü xütbə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    3-cü xütbə
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 28-08-2014, 22:00 | Baxılıb: 887
     
     
    3-cü xütbə

    İmam Əli əleyhis-salamın «Şiqşiqiyyə» adlanan xütbəsidir.
    Agah ol! Allaha and olsun ki, Əbu Quhafənin oğlu (cahiliyyət dövründə Əbu Bəkrin adı Əbdülüzza olmuş, sonra Həzrət Rəsul -səlləllahu əleyhi və alih- onun adını dəyişərək Abdullah qoymuşdur) mənim xəlifəlik üçün dəyirmanın orta qütbü kimi (elmdə və əməldə kamillik baxımından) oduğumu bildiyi halda xəlifəliyi köynək kimi əyninə geydi. Elm və maarif mənim feyz bulağımda sel tək çağlar, elm və bilik səmasında qanad çalanların heç biri mənim zirvəmə çata bilməz. Sonra (Əbu Quhafənin oğlu xəlifəlik köynəyini haqsız yerə geydiyinə və camaat onu təbrik etdiyinə görə) xəlifəlik köynəyini soyunub, ondan kənara çəkildim. Öz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hücum edim (öz haqqımı tələb edim), yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, möminlərin (fəsadın aradan qalxması üçün) ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa (xalqın azğınlığına) səbr edim. Səbr etməyin ağıllı iş olduğunu görüb, gözlərimi toz, çör-çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim. Mirasımın tarac olunduğunu görürdüm.
    (Allah Peyğəmbərinin - səlləllahu əleyhi və alih - vəfatından sonra xəlifəliyi haqsızcasına qəsb edərək xalqı azğınlığa düçar etdikləri vaxt İslamın qorunub saxlanılması, daxili inqilabın baş verməməsi və düşmənlərin ondan sui-istifadə etməmələri üçün xəlifəlikdən çəkinərək dözməyi məsləhət bildim.) Birincisi (Əbu Bəkr) öz yolunun sonuna çatıb (iki il, üç ay, on iki gündən sonra öldü. Ölməmişdən qabaq) xəlifəliyi-özündən sonra-İbn Xəttabın (Ömərin) boynuna atdı. (Seyyid Rəzi əleyhir-rəhmə deyir): Bunları bəyan etdikdən sonra Həzrət, məsəl olaraq şair Əşanın şerini (Amirin mədhi və Əlqəmənin həcvi barədə olan qəsidəsini) oxudu:
     شَتَّانَ ما يَوْمِى عَلى كُورِها *** وَ يْوْمُ حَيَّان
    َ أَخِى جابِرِ 
    (Bu şeri iki cür izah etmək olar, birincisi) dəvənin donqar və palanı üstündə səfərin əzab-əziyyətinə qatlaşdığım bu günümlə Cabirin qardaşı Həyyanın dostu olaraq naz-nemət içrə keçirdiyim dünənim arasında nə qədər fərq var. (İkinci məna isə): və dəvənin belinə minən mənimlə, səfərin məşəqqət və çətinliklərindən azad olan Cabirin qardaşı Həyyanın güzəranı arasında nə qədər fərq var. Çox heyrətamiz və təəccüblüdür ki, sağlığında xalqdan beyətinin geri götürülməsini istəyir. Ancaq ölümünə bir neçə gün qalmış xəlifəliyə Öməri vəsiyyət edir. Bu iki qarətçi xilafəti dəvənin iki döşü kimi öz aralarında böldülər (dəvənin bir döşünü Əbu Bəkr, digərini isə Ömər öz əlinə götürüb sağdılar, dəvənin sahibini isə ondan məhrum etdilər). (Beləliklə, Əbu Bəkr xilafəti) hamar olmayan, sərt yerdə yerləşdirdi (Öməri özündən sonra xəlifə etdi), halbuki Ömər sərt və acıdil idi, onunla görüş əziyyət verici idi və (dini məsələlərdə) səhvləri, (verdiyi səhv fətvalara görə) etdiyi üzürxahlıqları saysız-hesabsız idi. Onunla ünsiyyət (həm İmamın, həm başqalarının onunla ünsiyyəti) cilovunu bərk tutduqda burnunu yaralayıb dağıdan, cilovunu boş tutub, öz başına buraxdıqda isə süvarsini həlak edən dikbaş, itaətsiz dəvəyə minmək kimi idi. Allaha and olsun, onun vaxtında camaat çətinliyə düçar olaraq, səhvə yol verdi və doğru yola qədəm qoymadan haqqdan uzaqlaşdı. Mən də bu uzun müddətdə (on il altı ay) dözdüm və ağır möhnətlə, qəmlə yoldaş oldum.
    Ömər də öz yolunun sonuna yetişdi (və libası tərk etməzdən öncə) xilafət məsələsini, məni də onlardan biri güman etdiyi bir neçə adamın arasında ortaya qoydu. Pərvərdigara, təşkil olunmuş şuradan və etdikləri məşvərətdən sənə pənah gətirirəm. Camaat məni necə Əbu Bəkrə bərabər tutub, mənə şəkk-şübhə ilə yanaşdı? İş o yerə çatdı ki, bu gün belə şəxslərlə (şura üzvü olan beş nəfərlə) bir sırada dayandım. Bununla belə (yenə də səbr edib şurada iştirak etdim) eniş-yoxuşlarda onların ardınca getdim (məsləhətə görə, hər yerdə onlarla razılaşdım). Beləliklə, onlardan biri paxıllıq və kininə görə haqdan əl çəkərək batil yola qədəm qoydu, başqa birisi Osmanın kürəkəni və qohumu olduğundan məndən üz döndərdi. Başqa iki nəfərinsə (Təlhə ilə Zübeyr rəzalət və alçaqlığına görə) adını çəkmək rüsvayçılıqdır.
    (Ömərin ölümündən sonra, onun göstərişilə yaradılan şurada) qövmün üçüncüsü (Osman) ayağa qalxdı (haqsız yerə xəlifəlik məqamını qəsb etdi). Yeyib bayıra getməkdən (çox yeyib-içməkdən şişən dəvə kimi) hər iki tərəfini şişirtmişdi (onun işi heyvanlar kimi yeyib peyin tökmək idi və xəlifəliyə aid məsələlərə riayət etmirdi) və onun atalarının övladları da (onun qohumu olan Əməvilər) onunla əlbir idilər. Onun dolaşıq ipi çözülənə qədər (səhabələr əhdlərini pozaraq yan-yörəsindən uzaqlaşana qədər) iştahlı dəvə bahar otlarının hamısını yediyi kimi Allahın malını (müsəlmanların beytulmalını) yeyirdilər (yoxsulları və bu mala haqqı olanları isə məhrum, ac saxlayırdılar). Rəftarı qətlinin tezləşməsinə, qarnının doluluğu devrilməsinə səbəb oldu.
    (Osmanın öldürülməsindən) sonra kaftarın boynunun tükü tək camaatın məni dövrəyə almasından başqa heç nə məni bu çətin və böyük işə vadar etmədi. Hər tərəfdən üstümə elə hücum çəkdilər ki, izdihamdan, camaatın çoxluğundan Həsən və Hüseyn ayaq altında qaldılar. Paltarım və əbam hər iki tərəfdən cırıldı, (beyət etmək üçün) qoyun sürüsü kimi məni dövrəyə aldılar. Beyətlərini qəbul edib xəlifəliyə başladıqda isə bir hissəsi (Təlhə, Zübeyr və başqaları) mənimlə olan beyətlərini pozdu, bir dəstə (Nəhrəvan Xəvarici və başqaları) beyətdən çıxdı, bəziləri isə (Müaviyə və sair şəxslər) Allah-təalanın itaətindən çıxdılar. Sanki, müxaliflər pak olan Allahın (Qəsəs surəsinin 83-cü ayəsində) «əbədi sarayı məqsədləri yer üzündə ucalıq və fitnə-fəsad törətmək olmayanlar üçün yaratdıq. Gözəl mükafat pərhizkarlar üçündür»-deyə buyurduğunu eşitməyiblər. Bəli, Allaha and olsun, bu ayəni eşidib və əzbərləyiblər. Lakin dünya onların gözlərini qamaşdırıb və dünyanın zinəti isə onları aldatmışdır. (Haqqdan əl çəkərək itaətsizlik etmiş, yer üzündə fitnə-fəsad törətmişlər.)
     Agah olun! Toxumu ortadan yaran və insanı xəlq edən Allaha and olsun, bu qədər camaat (mənə beyət etmək üçün) toplaşmasaydı, höccətin tamam olmasına kömək etməsəydilər, Allah-təalanın zalımın (zülm vasitəsilə) doyması və məzlumun (onun zülmündən) ac qalmasına razılaşmamaları üçün üləmalardan aldığı əhd olmasaydı xəlifəlik dəvəsinin yüyənini hər an onun hörgücünün üstünə atardım66 xəlifəliyin sonuna əvvəlcə verdiyim kasada su verərdim. (Əvvəllər də bu işi etmədiyim kimi indi də kənara çəkilər, xəlifəliyi tərk edib camaatı azğınlıq içində buraxardım, çünki) bilirsiniz ki, sizin bu dünyanız mənim üçün dişi keçinin asqırığı qədər dəyərsizdir.
    Deyirlər, Həzrət bu sözləri buyurduqda İraq kəndlilərindən olan bir kişi ayağa qalxaraq ona bir məktub verdi. O Həzrət məktubu oxumağa başladı. Oxuduqdan sonra İbn Abbas dedi: «Ey Əmirəl-möminin, kaş ki, sözünü kəsdiyin yerdən nitqinə davam edəydin. O Həzrət buyurdu: «Heyhat, ey İbn Abbas (belə sözlər bir daha deyilməyəcək, sanki) səslənib, sonra yenidən öz yerində duran dəvənin şiqşiqəsi idi.» İbn Abbas dedi: «Allaha and olsun, mən heç bir sözün kəsilməsinə o Həzrətin öz sözünün istədiyi yerə çatdırmadan kəsilməsi qədər kədərlənməmişdim».
    (Seyyid Rəzi əleyhirəhmə deyir:) Bu xütbədə Həzrətin (ikinci xəlifə Ömər barədə)
     كَراكِبِ الصَّعْبَةِ إِنْ أَشْنَقَ لَهاَ خَرَمَ وَ إِنْ أَسْلَسَ لَهاَ تَقَحَّمَ 
    dedikdə məqsədi budur ki, itaətsiz dəvəni minən şəxs hər zaman onun cilovunu bərk tutsa, dəvə itaətsizlik edib burnunu dağıdar, əgər cilovunu boş tutsa onu möhkəm çırpıb tullayar, bir daha sahibinə qayıtmaz. أَشْنَقَ النّاقَةَ dəvəyə minib cilovu vasitəsilə başını yuxarı dartmağa deyilir, وَشَنَقَهَا də deyilər,  İbn Sikkitin «İslahul-məntiq» kitabında deyildiyi kimi, belə ki, Həzrət أَشْنَقَ لَهَا buyurur أَشْنَقَهَا demir, bu iki söz eyni bir mənada işlədilməsinə baxmayaraq, o Həzrətin أَشْنَقَ لَهَا deməsinin səbəbi bu sözün əvvəlki cümlədəki أَسْلَسَ لَها ilə həmvəzn olması üçündür. Sanki, o Həzrət belə buyurub: Dəvəyə minən onun başını cilovuyla yuxarı dartsa, yəni, cilovu dəvənin üstündə möhkəm saxlasa dəvənin burnu dağılar. Hədisdə buyurulur: Allahın Rəsulu dəvənin üstündə olduğu halda camaata xütbə oxuyurdu. 

     قَدْ شَنَقَ لَهَا وَ هِىَ تَقْصَعُ بِجَرَّتِهَا 
    - yəni, dəvənin cilovunu dartıb saxlamışdı, dəvə boğazından çıxardığı bir şeyi çeyniyirdi. (Bu hədisdən məlum olur ki, «شَنَقَ» və «أَشْنَقَ» eyni mənalı sözlərdir.) اَشْنَقَ sözünün شَنَقَ ilə eyni mənada olmasına başqa bir dəlil isə Ədiyy ibn Zeyd İbadinin aşağıdakı beytdə söylədiyi sözdür.
    سائَهَا ما تَبَيَّنَ فِى الْأَيْدِى                 وَإِشْناقُها إِلَى الْأَعْناقِ 
    Cilovları bizim əlimizdə olmayan itaətsiz dəvələr ram olmurlar, onlar pis dəvələrdir.
     
    Kitabın adı: Nəhcül-bəlağə (xütbələr)
    Müəllif: Seyyid Rəzi

     
     
    Bölmə: Nəhcül Bəlağə
    Şərhlər: 7
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Musulmanka313 | Status: İstifadəçi Offline | 30 Ağustos 2014 14:40 | İstifadəçi | Şərh yazdı
    Allah bizleri heqiqi ibadet edenlerden qerar versin In shaa Allah!

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Babel Hevaic | Status: İstifadəçi Offline | 29 Ağustos 2014 17:40 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim maraqli melumatdi.Menim ucun sizin dunyaniz diwi kecinin burnundan duwen suyun deyerine beraberdir.Hz,Eli
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 29 Ağustos 2014 14:38 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim.Yazan elleriniz yorulmasin insAllah.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 29 Ağustos 2014 10:03 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN GOZEL MELUMATLARDIR
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zergule | Status: İstifadəçi Offline | 29 Ağustos 2014 10:00 | İstifadəçi | Şərh yazdı
    Maraqlı hədisdir. Mənasınını başa düşən üçün çox şey dəyişə bilər. Allah razı olsun.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 29 Ağustos 2014 05:36 | İstifadəçi | Şərh yazdı
    ALLAH  RAZI OLSUN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 28 Ağustos 2014 22:07 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun bacım

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.