Məkkeyi Mükərrəmədə olan Mütəbərrik məzarların ziyarəti
Məkkə qəbiristanlıqları haqqında qısa izahat:
Pak və məsum imamlar və dini rəhbərlərin bizə tövsiyə etdikləri faydalı və bəyənilmiş əməllərdən biri də onların şərif qəbirlərini ziyarət etməkdir.
Bu əsasla ki, onlar Məkkə qəbiristanında dəfn olunublar və möhtərəm hacılar gəlib onların qəbirlərini yaxından və ya uzaqdan ziyarət etməklə fezyə çatırlar. Onları xatırladırıq:
1. Əbu Talib qəbiristanlığı.
Bu qəbiristanlığa "Hücün” və "Cənnəti-müəlla” da deyirlər. "Bəqi” dən sonra ən şərafətli qəbiristanlıq sayılır. Rəsuli-Əkərəm oranı təkrar-təkrar ziyarət edərdi.
Bu qəbiristanlıqda həzrət Əbdi Mənaf, Həzrət Əbdül Müttəlib, Həzrət Əbu Talib, Həzrət Xədicə, həmçinin böyük alimlər və bir çox mömin müsəlmanlar dəfn ediliblər.
Bununla yanaşı, bir rəvayətə görə Həzrət Peyğəmbərin əziz və doğma anası Həzrət Aminə binti Vəhəb də bu qəbiristanlıqda dəfn olunub. Amma məşhur rəvayətlərə görə o xanımın qəbri "Əbva”da yerləşir.