Kərbubəla, Kərbubəla bu qəmə ağlar bu gün,
Sinəsini Həzrəti Zəhra özü dağlar bu gün.
Başınə Zeynəb kimilər qarəni bağlar bu gün,
Başda "Hicab" dildə zikir, məktəbi iman oxur.
Zeynəbə bax, Zeynəbə bax zalimə meydan oxur,
Qardaşının başı odur, nizədə Quran oxur.
Zeynəbə bax, Zeynəbə bax gör necə mərdanədir,
Eşqi Huseyn ilə susub, çöldə o divanədir.
Bu qəmə bu dərdə yanan kimdi o dürdanədi,
72 Aşiq üçün, gözləri giryan oxur.
Zeynəbə bax, Zeynəbə bax zalimə meydan oxur,
Qardaşının başı odur, nizədə Quran oxur.
Kərbubəla, Kərbubəla bu nə bəla bu nə qəm,
Həzrəti Əbbasimə qurban qolu oldu qələm.
Düşdü Əbəlfəzlin qolu yatmadı əmma ələm,
Şiyələr əldə ələm, küçə xiyaban oxur.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.