Əbubəkr fürsətdən istifadə edib, saxta hədisi təkrar edərək dedi ki, mən Fədəyi qəsb etmək barəsində müsəlmanlarla məşvərət edib razılığa gəlmişəm.
Xanım Zəhra (s.ə) Peyəmbərin (s) Quran ilə müxalifət etməsinin qeyri-mümkün olduğunu elan edib, Peyğəmbərlərin qoyduqları irs barəsində olan ayələri oxuyaraq subut etdi ki, irs məsələsində heç bir kəs üçün istisna yoxdur.
Əbubəkrin müsəlmanların rəyini irəli sürməsi və onun cavabı
Bu dəfə Əbubəkr cavab verə bilməməsinə etiraf edib dedi:
Mən səninlə öz aramda yalnız müsəlmanları hakim qərar verirəm. Çünki, həqiqətdə mən onların göstərişini icra etmişəm.
Fatimə (s.ə) müsəlmanlara xitab edib, batil sözü qəbul etdiklərinə görə onları möhkəm danladı. Onlara əzab barəsində xəbər verib, işarə etdi ki, əgər camaat da onunla razılaşmasa belə, Allah ondan razıdır. Mən sizin bu qəti qərarlarınızı bilirəm. Amma sizə höccəti tamamlamaq istəyirdim. İstəyirdim ki, camaat həqiqəti başa düşsünlər və qiyamət gününün hesabı üçün hazırlıq görsünlər.
"Qədir- xum" son höccət
Burada Xanımın sözləri sona yetdi. Evə qayıtmaq istəyərkən Rafe ibn Rufaə zahirdə gözəl sözlərlə, təqsiri Əli (ə)-ın boynuna yıxaraq dedi:
Nə üçün Əli (ə) bizi qabaqcadan agah etmədi ki, başqası ilə beyət etməyək və iş bu yerə çatmasın?
Xanım qəzəblənib ona buyurdu:
Qədir hadisəsindən sonra heç bir şəxs üçün üzr qalmayıbdır.
Ümmü Sələmənin etirazı
Sonra Ümmü Sələmə camaata xitab edib, dedi:
Fatimə (s.ə) ilə belə rəftar edirsən? Ona öz dininin hökmünü öyrədirsinizmi? Fatimə (s.ə) kimi bir şəxsiyyət haqqı olmadığı şeyi tələb edərmi? Peyğəmbərin (s) Ona olan xususi məhəbbət və əlaqəsini unutmusunuzmu?
Həzrət Fatimənin (s.ə) xütbəsinin nəticəsi
Beləliklə,Fədəyin qəsbkarları istəmədiyi iclas təşkil oldu və deməyə razı olmadığı sözləri dilə gətirdilər.Camaatın hamısı həqiqəti başa düşdülər.Həqiqət olduğu kimi qeyd edildi,təki gələcək nəsillər də Zəhranın (s.ə) haqq olmasını və onun düşmənlərinin nahaqq olmasını bilsinlər.Qoy həqiqət bütün dünya üçün məlum olsun.
Əli (ə)-ın Fədək barəsində Əbubəkrə yazdığı məktub
Fədək hadisəsinin ən qızğın vaxtı və qəsbkarlar tuğyan etdiyi zaman, Əli (ə) Əbubəkrə yüksək məzmunlu bir məktub yazdı. Çox güman ki, Əbubəkr isə göstərilən həqiqətlərə olduğu kimi var.
Mənbə: "Fatimə Zəhra (s.ə) xütbəsi" kitabı