![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||
Soruşdum… Səfərin necə keçdi?
Dedi… Birinci mənzildə və həsəd ərazisində bir qədər təzyiq, çətinlik gördüm. Bu çətinliklər başqaları üçün ağır keçirdi. Bəzi yerlərdə anladım ki, mənim nicatım sizin tərəfinizdəndir. Buna görə də sizə xeyir-dua etdim. Hətta bacım bu aləmə gələndə və sizin səfəriniz yaxınlaşanda Allahdan sizin üçün şəfa istədim ki, anam, o biri bacılarım başsız qalmasınlar.
Soruşdum… Bu aləmə gəlmiş o biri bacından nə xəbər var?
Dedi… Burada bacımı gördüm. Cəlalı, əzəməti məndən yüksəkdir. Ondan halını, yolda başına gələnlərdən soruşdum. Həmin çətinlikləri, piyada gedişləri görməmişdi. Yalnız kobudluq ərazisində olmuş, onu da xoş keçirmişdi. Qalan yolu "teyyül-ərz” ilə, birbaşa gəlmişdi.
Dedim… Bunun səbəbi onun on yeddi yaşında, bizim kimi yükünü ağırlaşdırmadan, işini çətinləşdirmədən bu dünyaya köçməsi olub.
Dərin fikrə getdim. Mənim vücudumda, işlərimdə hansı nöqsan var idi ki, belə oldum. Gələcək əziyyətlərdən hazırda azadam. Dünyada qalanlarımla əlaqəm kəsilib. "Sur çalındığı vaxt artıq aralarında nə qohumluq olar, nə də bir-birlərindən hal-əhval tutarlar.” Övladlarım bu aləmə müsafir olublar. Rifah və rahatlıqdadırlar. Bəs mən nə üçün...
Kamil axtarışdan, qəlbimin künc-bucağını araşdırdıqdan sonra bu otun toxumunu tapdım. Bildim ki, haradan bitib və haraya qol atıb.
Mənbə: "Axirət aləminə səyahət" kitabı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









