» » » Gənclər üçün üsuliddin haqqında 38-ci Dərs


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Gənclər üçün üsuliddin haqqında 38-ci Dərs
    +5
    Müəllif: Admin | 8-08-2014, 21:00 | Baxılıb: 939

    38-ci dərs

     


    Quran və çağdaş dövrün nailiyyətləri

    Bilirik ki, Quran təbiətşünaslıq, tibb, psixologiya və ya riyaziyyat kitabı deyil. Quran hidayət və insanın islahı kitabıdır o, bu yolda lazım olan şeylərin heç birini əsirgəmir.

    Biz Quranı bütün elmləri əhatə etmiş olan ensklopediya kimi tanımamalı və ona ensklopediya gözü ilə baxmamalıyıq. Qurandan iman və hidayət nuru, təqva və səadət, insaniyyət və əxlaq, nizam-intizam və qanun tələb etməliyik. Quran bu sayılanların hamısına malikdir.

    Quran bu məqsədə yetişmək üçün bəzən bir sıra təbiət elmlərinə işarə etmiş, dünyanın bəzi sirr və incəliklərini bəyan etmişdir. Xüsusən, tövhidə aid olan bəhslərdə «nəzm» bürhanı ilə əlaqədar olaraq dünya sirlərinin bir neçəsini açıqlanmış və o dövrün hətta alimlərinə məlum olmayan elmi məsələləri aşkara çıxarmışdır. Quranın bu cür elmi kəşflərinə malik olan ayələrini «Quranın elmi möcüzələri» adlandırırıq.

    İndi isə Quranın elmi möcüzələrinin bir qismini oxucuların nəzərinə çatdırırıq.

    Quran və cazibə qanunu

    Nyutondan qabaq heç kim cazibə qanununu kamil surətdə kəşf etməmişdi. Bildiyiniz kimi, Nyuton bir alma ağacının altında oturduğu zaman bir alma ağacdan yerə düşür. Bu kiçik və adi hadisə Nyutonun fikrini özünə elə cəlb edir ki, o, illərlə bu fikrə qərq olur: «alma ağacdan qopduqda nə üçün göyə yox, məhz yerə düşdü»? Nəhayət, neçə ildən sonra cazibə qanununu kəşf edib belə nəticəyə gəlir: « İki maddi nöqtə kütlələrinin hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütanasib olan qüvvə ilə bir-birini cəzb edir.»

    Bu qanunun kəşfi nəticəsində günəş sisteminin quruluşunun haradan olduğu sübuta yetirildi.

    Nə üçün bu əzəmətli kəhkəşan və planetlər öz oxları ətrafında günəşin başına dolanırlar? Nə üçün onlar bir-biri ilə toqquşmurlar? Onları ucu-bucağı olmayan bu geniş asimanda hərəkətə gətirən hansı qüdrətidir? Nə üçün hər biri öz oxu ətrafında fırlanır və bu yoldan çıxmır?

    Bəli, Nyuton kəşf etmişdir ki, bir cismin dövri hərəkəti onun mərkəzdən qaçmasına, cazibə qanunu isə onun mərkəzə cəzb olmasına səbəb olur. Bu iki qüvvə (mərkəzdən qaçma və cazibə) bir-biri ilə kamil bir şəkildə uyğun gəldiyi, yəni, cisimlər və onlar arasındakı məsafələr müdafiə qüvvəsinin dövri hərəkətinin surəti və cismin mərkəzdən uzaqlaşmasının ehtiyacı olan qədər cazibə istehsal etdiyi zaman cazibə və mərkəzdənqaçma qüvvələri həmin cisimlərə öz oxu ətrafında dövr etməyə imkan verir. Quran isə bu hadisəni (cazibə qüvvəsini) Nyutondan min ildən də artıq qabaq söyləyib. «Rəd» surəsinin 2-ci ayəsində açıqlanmışdır: «Göyləri gördüyünüz kimi dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta (dünyanın axırına, qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı (iradəsinə) tabe edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra), Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza) bəlkə inanasınız.»

    Bu ayə barədə imam Rza(ə)-dan söylənilən hədisdə oxuyuruq: (İmam Rza(ə) üzünü rəvayət söyləyənə tutub xitab etdi:) «Allah dayaqsız olaraq göyləri yüksəldən sütünlar deyir? «Rəvayət söyləyən cavab verdi: «Bəli, deyir. İmam buyurdu: «Deməli sütunlar var, lakin siz onları görmürsünüz.»

    Ərəb ədəbiyyatında cazibə qüvvəsini ümumi və avam camaata bəyan etmək üçün  «gözə görünməz sütun» sözündən daha yaxşı nə ifadə var? (Necə ki, Quran bu ifadədən istifadə etmiş və cazibə qüvvəsini sadə yolla camaata çatdırmışdır.)

    Həzrət Əli(ə)-dan söylənilən hədisdə oxuyuruq: «Göydə olan ulduzlar yerdəki şəhərlər kimidir. Bir şəhər digər şəhərlə (bir ulduz digər ulduzla) nurdan olan bir sütunla birləşmişdir.»

    Bu gün alimlər etiraf edirlər ki, göydəki ulduzların arasında milyonlarla ulduz var ki, onlarda canlı və düşüncəli varlıqlar yaşayır. Baxmayaraq ki, bu barədə geniş məlumat hələ mövcud deyildir.

    Yerin öz oxu və günəş ətrafında hərəkətinin kəşfi

    Hamımız bilirik ki, yerin öz oxu ətrafında fırlanmasını dünyada ilk dəfə olaraq ilk dəfə təxminən 4 əsr bundan qabaq yaşamış italyan alimi Qalileo Qaliley kəşf etmişdir. Ondan qabaq isə bütün alimlər Misir aliminin ptolemey sisteminə, yəni, yerin bütün dünyanın mərkəzi olması və digər planetlərin onun ətrafına fırlanması nəzəriyyəsinə inanırdılar. Onu da xatırladaq ki, Qaliley bu nəzəriyyəni irəli sürdüyünə görə din xadimləri tərəfindən kafir adlandırıldı və ölüm cəzasına məhkum olundu. Lakin sonradan tövbə edib heliosentirik sistemdən formal narazılıq etməklə canını qurtardı. Sonralar alimlər onun nəzəriyyəsini qəbul edib onu ortaya çıxardılar. Heliosentrik sistemin (Kopernik sisteminin) Ptolemey sisteminə qalib gəlməsində Qalileyin elmi yaradıcılığının böyük rolu oldu. İndi bu nəzəriyyə artıq hamının qəbul etdiyi bir məsələyə çevrilmişdir. Hətta hissi təcrübələr nəticəsində də bu nəzəriyyə sabitləşmiş, sonralar havaya peyklər göndərildikdən sonra daha ona heç bir şübhə yeri qalmamışdır.

    Bir sözlə, yerin mərkəz olub sabit qalması inkar edildi. Məlum oldu ki, insanlar o vaxtadək (Qalileyin nəzəriyyəsi meydana çıxana qədər) səhv etmişlər, yerin hərəkətini digər planetlərin hərəkəti ilə qarışıq salmışlar. Biz özümüz hərəkətdə olduğumuzdan, onların bizim ətrafımıza hərəkət etdiklərini güman etmişik.

    Bunlara baxmayaraq «Ptolemey sistemi» (geosentrik nəzəriyyə) təxminən 1500 il alimlərin əqidəsinə kölgə salmışdı və Quranın nazil olduğu (və irəli sürən) dövrdə bir nəfər cürət edib «Ptolomey» nəzəriyyəsinin əksinə bir söz deyə bilmirdi.

    Ancaq Qurana nəzər saldıqda görürük ki, «Kopernik sistem və nəzəriyyəsi» «Nəml» surəsinin 88-ci ayəsində çox aydın şəkildə açıqlanmışdır: «Dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki, onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir. Həqiqətən, o, etdiyiniz bütün əməllərdən xəbərdardır.» Bu ayə açıq-aşkar dağların hərəkətindən söhbət edir. Halbuki, biz onları hərəkətsiz zənn edirik. Dağların hərəkətinin buludların hərəkətinə bənzədilməsində məqsəd isə onların həm sürətlə həm də incəliklə hərəkət etdiyini bildirməkdir. «Yerin hərəkəti» əvəzinə «dağların hərəkəti» ifadəsi də bu məsələnin əzəmətini çatdırır. Məlumdur ki, dağlar ətraflarındakı torpaq və yerin öz hərəkəti olmadan hərəkət edə bilməzlər. Dağların hərəkəti elə yerin öz hərəkəti deməkdir. İstər öz oxu ətrafında olsun, istər gunəşin ətrafına da, istərsə də hər ikisinin.

    İndi təsəvvür edin ki, dünyada olan bütün elmi məclislər, akademiyalar, məktəblər hamısı Ptolemey və geosentrik sistemini, yəni yerin sabit qalması və günəş, ulduzlar və digər kəhkəşanların onun ətrafına dövr etməsi nəzəriyyəsini qəbul etsəydilər, belə bir mövqedə Quranın açıq-aşkar «Kopernik sistem və nəzəriyyəsi»ni, yəni yerin öz oxu ətrafında dövretmə nəzəriyyəsini irəli sürməsi möcüzə hesab olmazdımı? Özü də heç bir məktəb görməmiş və dərs oxumamış bir şəxsin (peyğəmbərin) tərəfindən bu cür bir nəzəriyyə irəli sürülür. Bunun özü bu səmavi kitabın (Quranın) haqq olduğuna sübut və şahid deyilmi?

    Fikirləşin və cavab verin

    1.Quranın elmi möcüzələrində məqsəd nədir?

    2.Cazibə qanununu ilk dəfə olaraq kim kəşf etmiş və o şəxs hansı əsrdə yaşamışdır?

    3.Quran hansı ayəsində və hansı ifadə ilə cazibə qanununu bəyan etmişdir?

    4.Geosentrik nəzəriyyə kimlər tərəfindən irəli sürülmüş və insanların əqidəsinə neçə il hakim olmuşdur?

    5.Quran hansı ayəsində və hansı ifadə ilə yerin hərəkətindən söhbət edir?


     

    Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     



     

     
     
    Bölmə: Dərslər / Üsuliddin
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: azan-sesi | Status: İstifadəçi Offline | 9 Ağustos 2014 00:50 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun sizden

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 8 Ağustos 2014 21:59 | İstifadəçi | Şərh yazdı
    ALLAH SİZDƏN RAZI OLSUN TURAL QARDAŞ.DƏYƏRLİ BİLGİLƏR ÜÇÜN SAĞ OLUN.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.